Erməni ekspert: “Oğru submədəniyyəti Paşinyanı müdafiə edir”

2020/03/15843-1584352380.jpg
Oxunub: 471     12:13     17 Mart 2020    
Bir neçə gün bundan öncə Ermənistanda “İnqilab keşilçiləri” adlı bir qruplaşma öz fəaliyyətini açıqlayıb.

Qruplaşma söz verir ki, Paşinyanı təhlükə təhdid etdiyi müəyyən olsa, terror törədəcək. Qruplaşma video da yayımlayıb. Videoda onlarla qruplaşma üzvünün Ermənistan Baş naziri Nikol Paşinyanı təhqir edən bir şəxsi əhatəyə aldığı görünür.

Qruplaşma üzvləri vətəndaşdan Nikol Paşinyandan üzr istəməyi tələb ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni ekspert Mihrdat Madatyan baş vermiş hadisəni qanunun bütün sərtliyi ilə hələ də cəzalandırılmayan banditizm hesab edib.

“Hakimiyyət və onun rəhbəri tərəfindən növbəti dəfə bir şey deyildiyini, başqa bir şey edildiyini gördük. Bilirsiniz, bütün bunlar artıq gülməlidir. Baş nazirin reaksiyası da gülməlidir. Oğru submədəniyyəti Nikol Paşinyanı müdafiə edir və mən bunun Baş nazirə şərəf gətirdiyini düşünmürəm”, - deyə erməni psixoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Erməni ekspert: “Oğru submədəniyyəti Paşinyanı müdafiə edir”

2020/03/15843-1584352380.jpg
Oxunub: 472     12:13     17 Mart 2020    