Erməni kəşfiyyatçı: “Ermənistanın təhlükəsizliyi təhdid altındadır və cavabdeh Nikoldur”

2020/03/Gevor-1584344974.jpg
Oxunub: 598     20:48     16 Mart 2020    
“Bu gün hər kəs əmin oldu ki, Ermənistanın təhlükəsizliyi təhdid altındadır və cavabdeh Nikoldur”.

Ordu.az xəbər verir ki, bunu erməni kəşfiyyatçı, hərbi ekspert, kəşfiyyatçı Gevorq Gevorqyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, “təhlükəsizlik” deyəndə yalnız cəbhə xəttini nəzərdə tutmur, təhlükəsizlik həm də sağlamlıq, iqtisadi sahələrə, ümumiyyətlə bütün sahələrə aiddir.

“Getdikcə vəziyyət ölümcülə yaxınlaşır. Sağlamlıq baxımından, iqtisadi baxımdan hazırda təhlükəli sərhəd xəttindəyik, hakimiyyət isə lazımi tədbirlər görmək iqtidarında deyil və yalnız virus daşıyıcılarının hesablanması ilə məşğuldur. Hökumət pandemiya vəziyyətində fəaliyyət göstərəcək operativ təşkilat nümayiş etdirmir. Ölkənin Baş naziri isə 24 saat fövqəladə rejimdə işləmək əvəzinə özünü təcrid edib”, - deyə Gevorqyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Xaos   Təhlükəsizlik  

Erməni kəşfiyyatçı: “Ermənistanın təhlükəsizliyi təhdid altındadır və cavabdeh Nikoldur”

2020/03/Gevor-1584344974.jpg
Oxunub: 599     20:48     16 Mart 2020    