Rusiya niyə Metsamor AES-in kredit proqramını uzatmır?

2019/07/15897-1563868088.jpg
Oxunub: 712     17:47     16 Mart 2020    
Ermənistan Atom Elektrik Stansiyasının (yaxud Metsamor Atom Elektrik Stansiyası - red.) modernləşdirmə işləri qeyri-müəyyən müddətə təxirə salınır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan AES-in ikinci enerji blokunun moderləşdirilməsi üçün verilmiş, 270 milyon dollar dəyərində olan kredit vəsaitləri bitib və ruslar işləri davam etdirmək üçün Ermənistan hökumətindən avans istəyirlər.

Lakin Ermənistan hökuməti razılaşmır və rus tərəfi ilə kredit proqramının heç olmasa 2021-ci ilə qədər uzadılması istiqamətində danışıqlar aparır. 270 milyon dolların ödəniş müddəti 2019-cu ildə başa çatmışdı.

Erməni jurnalistlər Ermənistan Ərazi İdarəetməsi və İnfrastrukturlar Nazirliyindən dəqiqləşdirməyə çalışıblar ki, Metsamor Atom Elektrik Stansiyasının ikinci enereji blokunun modernləşdirilməsinin texniki işləri niyə həyata keçirilmir, gecikmələrin səbəbi nədir və məgər rusların işlərin davam etdirilməsi üçün avans tələb etməsi doğrudur?

Bir neçə gündən sonra Ermənistan Ərazi İdarəetməsi və İnfrastrukturlar nazirinin müavini Hakob Vardanyandan aşağıdakı cavabı verib:

“Bildiririk ki, Ermənistan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında “Ermənistan Respubliaksı ərazisində atom elektrik stansiyasının istismar müddətinin uzadılması işlərinin maliyyələşməsi üçün Ermənistan Respublikası hökumətinə dövlət ixracatı krediti verilməsi haqqında” 2015-ci ilin 5 fevral razılaşması ilə Rusiya Federasiyasından ayrılan 270 milyon ABŞ dolları kredit vəsaitlərinin istifadə müddəti 2019-cu il dekabrın 31-də başa çatıb. Kredit vəsaitlərinin istifadə müddətinin uzadılması və müvafiq dəyişiklərin edilməsi məsələləri hazırda rus tərəfi ilə müzakirə mərhələsindədir. Ermənistan AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılmasına yönəlmiş işlər davam etdirilir”.

Əslində, nazirlik etiraf edir ki, yarım ildən çox davam edən müzakirələr müqavilənin avtomatik olaraq uzadılması ətrafında heç bir müsbət nəticə verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   AES   Kredit  

Rusiya niyə Metsamor AES-in kredit proqramını uzatmır?

2019/07/15897-1563868088.jpg
Oxunub: 713     17:47     16 Mart 2020    