Azərbaycan əsgəri hərtərəfli hazırlıqlıdır

2020/03/cbe24-1584181413.jpg
Oxunub: 502     15:00     16 Mart 2020    
Hərbi qulluqçuların mənəvi-psixoloji və sosial-məişət şəraitinin yüksək səviyyədə olması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Hərbi hissələrdə yaradılan şərait bunun bariz nümunəsidir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, şəxsi heyətin döyüş hazırlığına da həmişə diqqət yetirilir. Gələcək döyüşlərdə uğur əldə etmək üçün şəxsi heyətin nizam-intizamı, peşəkar döyüşçü kimi formalaşması, qorxmazlığı, düşmənə olan nifrəti, ruh yüksəkliyi vacib şərtlərdəndir. Bu səbəbdən ordumuzda əhəmiyyətli rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir.

"N" hərbi hissəsində şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq dərsində komandir və əsgərlərimizi yaxından izləmək şansı qazandıq. Məşğələ müvafiq standartlara uyğun olan ideoloji otaqda keçirilirdi. Otaq ümummilli lider Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə şəxsi heyətlə görüşünü əks etdirən şəkillərlə, dövlət atributlarımızı, tarixi qəhrəmanlarımızı, qan yaddaşımızı əks etdirən stendlərlə, müasir standartlara cavab verən texnika ilə təchiz olunub.

Dərs prosesi leytenant Səyavuş Qurbanlının əsgərləri salamlaması, onların say tərkibini yoxlaması ilə başladı. Zabit məşğələyə başlamazdan əvvəl ötən dərslər haqqında şəxsi heyətə suallar ünvanladı. Bir anlıq orta məktəbdə bizə tarix fənnini tədris edən Mahir müəllimin dediyi "təkrar biliyin anasıdır" fikrini xatırlayıram. Mahir müəllim yeni mövzuya keçməzdən əvvəl ötən dərsdə mənimsədiklərimizi soruşar, əgər nəsə yadımızdan çıxardısa, usanmadan bir daha izah edərdi. Zabitin bu hərəkəti məni məktəb illərimə qaytardı.

Səyavuşun həvəslə əsgərlərə dərsi anlatması zabitin peşəsinin aşiqi olduğundan xəbər verirdi. Məşğələ bitdi. Gənc zabit və əsgərlərimizlə həmsöhbət olmaq imkanı qazandıq. Öyrənirik ki, leytenant Səyavuş Qurbanlı Azərbaycan Müəllimlər İnstitutunun məzunudur. Vətənə olan sevgisi və düşmənə olan nifrəti gəncin həyatını hərb sənətinə bağlayıb. İctimai-siyasi hazırlıq dərsinin əhəmiyyətindən danışan zabit bildirdi ki, hər bir hərbi qulluqçu Vətəninin tarixini bilməlidir. "Şəxsi heyətə ictimai-siyasi hazırlıq dərslərini keçməklə, onlara keçmişimizi, qəhrəmanlarımızı, tariximizi öyrədirik. Hər kəs keçmişdə xalqımızın qonaqpərvərliyindən istifadə edən, əlverişli şərait yarananda bizi arxadan vuran düşmənini tanımalıdır. Əgər döyüşdən qalib ayrılmaq istəyirsənsə, mahir döyüşçü olmaqla yanaşı, qarşında dayanan düşmənin haqqında da məlumatlı olmalısan. Keçirilən dərslər sayəsində şəxsi heyətdə ruh yüksəkliyini artırmağa, onları gələcək döyüşlərə hazırlıqlı əsgər kimi yetişdirməyə çalışırıq. Torpaqları işğal altında olan Azərbaycan əsgəri hərtərəfli hazırlıqlı olmalıdır".

Əsgərlərə yaxınlaşıb onların fikirlərini də öyrəndik. Həmsöhbət olduğumuz əsgərlərin sözlərindən Vətənimizə olan məhəbbətləri hiss olunurdu. Belə əsgərlərimizdən biri də əsgər Fəxri Quliyevdir. Fəxri Xocavənd rayonunun Kuropatkino kəndindəndir. Əsgər söhbət zamanı bildirdi ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qisasını almağa hər zaman hazırdır: "İşğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etmək, günahsız soydaşlarımızın tökülən qanlarının qisasını almaq hər birimizin borcudur. Atam da Qarabağ müharibəsi veteranıdır. O, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Hələ uşaq vaxtlarımdan atamla fəxr edirdim. Atam Vətənin dar günündə onun müdafiəsinə qalxanlardandır. Vətənə sədaqət andı içdiyim gün atam mənimlə qürur duyduğunu, daşıdığım formaya uyğun xidmət etməli olduğumu dedi. Həmin an sevincimin həddi-hüdudu yox idi. Çünki atamın gözündə balaca Fəxridən Vətənin müdafiəçisinə çevrilmişdim. Əsgəri xidmətimin ilk günündən komandirlərimizin rəhbərliyi altında öyrədilən bütün dərsləri, təlimləri mükəmməl dərəcədə mənimsəməyə çalışırıq. Ali Baş Komandanımızın döyüş əmri ilə erməni işğalçılarını doğma torpaqlarımızdan asanlıqla çıxara bilərik".

Əsgər yoldaşının fikrini təsdiqləyən əsgər Eldəniz Nuşiravanlı dedi ki, tarixən ermənilər siyasi disbalansdan istifadə edərək torpaqlarımıza hücum ediblər. "Ancaq fitnəkar niyyətlərini həyata keçirmək istəyən mənfur qonşularımızın hücumlarının qarşısı həmişə alınıb. Ötən əsrin axırlarında da ermənilər öz çirkin əməllərinə davam etdilər. Minlərlə soydaşımız qətlə yetirildi, doğma el-obalarından didərgin düşdü. Bu gün Azərbaycan Ordusu nəinki düşmən hücumlarının qarşısını almağa, hətta torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri gələcək uğurlardan xəbər verir. Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də bunu bir daha sübut etdi. İnanıram ki, tezliklə təlimlərə deyil, döyüşə hazırlıq komandası alacağıq. O zaman Azərbaycan əsgərinin gücünü görən düşmən arxasına baxmadan qaçacaq".

Həmsöhbət olduğumuz hər bir gənc ön xətdə xidmət etməyin, düşməni daima qorxu içində saxlamağın qürurverici olduğunu dedi. Əsgərlərimizin hər cümləsindən açıq-aydın məlum olur ki, onlar Vətən qarşısında borcunu bundan sonra da layiqincə yerinə yetirməyə hazırdırlar. Bir daha əmin olduq ki, Vətənimizin keşiyində mərd, cəsur, qorxmaz, igid Azərbaycan əsgəri dayanır.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Əsgər   Hazır  

Azərbaycan əsgəri hərtərəfli hazırlıqlıdır

2020/03/cbe24-1584181413.jpg
Oxunub: 503     15:00     16 Mart 2020    