“Ən böyük mükafatımız hərbçilərin xoş sözləridir”

2020/03/5c445-1584176614.jpg
Oxunub: 376     16:29     16 Mart 2020    
Elmi-texniki tərəqqinin inkişafı bir çox sahələrdə olduğu kimi, səhiyyə sistemində çalışan həkim-mütəxəssislərin də işini xeyli asanlaşdırıb. İndi həkimə müraciət edən xəstələri müayinə etmək, xəstəliyini müəyyənləşdirib dəqiqləşdirmək üçün elə də çox vaxt itirmək lazım gəlmir. Müasir tipli qurğu və avadanlıqların köməkliyi ilə qısa müddət ərzində xəstəliyi "tapmaq" mümkündür. Amma o da var ki, gərək bu sahədə çalışan həkim-mütəxəssislər müasir qurğu və avadanlıqlarla, müayinə zamanı onlardan bacarıqla istifadə etsinlər. Necə deyərlər, öz sahəsinin peşəkarı olsunlar. Peşəkarlara isə həmişə ehtiyac duyulub.

Beş ilə yaxındır Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında çalışan tibb xidməti baş leytenantı Nigar Musayeva USM üzrə bacarıqlı, işini bilən peşəkar həkim-mütəxəssisdir. Hərbi qulluqçulara tibbi xidmət göstərən Nigar Musayeva 2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2006-cı ildə isə təhsilinin interna mərhələsini uğurla keçib. Mütəxəssis kimi bir müddət özəl klinikalarda çalışıb. Xeyli təcrübə toplayıb, yorulmaq bilmədən peşəkarlığını artırıb. Amma harada işləsə də, hərbi xidmətə böyük marağı və məhəbbəti olub. Həmişə əyninə hərbi forma geyinəcəyi günün intizarını çəkib. Hərbçi olmaq istək və məhəbbətinin onda yaranıb formalaşmasında həkim, şair və hərbi vətənpərvərlik mahnılarının bəstəkarı olan Şahin Musaoğlunun da (Əbilov) təsiri az olmayıb. Nigar xanım bir müddət həkim-mütəxəssis Şahin Musaoğlundan USM-in sirlərini öyrənib.

- Hərbi xidmətə olan marağımın artmasında həkim, şair və bəstəkar Şahin Musaoğlunun böyük təsiri olub, - deyə tibb xidməti baş leytenantı Nigar Musayeva söhbətə başladı. - Təsadüf elə gətirdi ki, USM-in sirlərini Şahin həkimdən öyrənməli oldum. Hələ məktəb illərindən onun hərbi vətənpərvərlik ruhunda bəstələdiyi mahnılara sevə-sevə qulaq asardım. Bu gözəl mahnılar Vətən sevgisini zərrə-zərrə qanımıza, canımıza hopdurub. Bir vaxtlar bizə vətənpərvərlik hissləri aşılayan Şahin müəllimdən həm də USM-in sirlərini öyrəndim. 2016-cı ildən zabit kimi xidmətə başladım. Yurdumuzun keşiyində dayanan hərbi qulluqçulara tibbi xidmət göstərməkdən məmnunam, işimdən zövq alıram. Bu günə qədər qazandığım tibbi bilikləri hərbi qulluqçulara sərf etməyimə görə sevinirəm. İşim diqqət tələb edən bir sahədir. Ona görə də bizə müraciət edən hərbi qulluqçuların müayinəsinə məsuliyyətlə yanaşıram. Yaxşı bilirəm ki, müayinənin dəqiqliyi müalicənin düzgün aparılmasına böyük təkan verir. Ona sevinirəm ki, hərbi qulluqçular həmişə işimizdən razılıq edirlər. Bizim ən böyük mükafatımız hərbi qulluqçuların xoş sözləridi.

Ordumuzun sıralarında belə peşəkar, öz işini bilən həkim-mütəxəssislərin xidmət etməsi, hərbi qulluqçularımızın sağlamlığı keşiyində dayanması bizi çox sevindirdi. Nigar xanım gəncdir, hələ qarşıda onu uzun xidmət illəri gözləyir. Əminik ki, həkim-mütəxəssis həmişə hərbi qulluqçularımıza böyük sevgi və məhəbbətlə yanaşacaq. Müayinə etdiyi hərbi qulluqçular isə heç vaxt ondan xoş sözlərini əsirgəməyəcəklər.

Tibb xidməti baş leytenantı Nigar Musayeva ilə söhbətimizi yekunlaşdırdığımız ərəfədə otağa bir hərbçi daxil odu. Nigar xanım onu müayinə edəcəkdi.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-əsgəri   Ordu  

“Ən böyük mükafatımız hərbçilərin xoş sözləridir”

2020/03/5c445-1584176614.jpg
Oxunub: 377     16:29     16 Mart 2020    