Rusiya Pakistanın silah bazarı uğrunda Çinlə rəqabət aparır

2020/03/44-1584098505.jpg
Oxunub: 979     16:18     13 Mart 2020    
Uzun illərdir ki, Pekin İslamabadın ən böyük silah tədarükçüsü olub. İki ölkə arasındakı əlaqələrin açar elementini hərbi satınalmalar təşkil edir. İndi isə Rusiya Pakistanın silah bazarına daxil olmağa çalışır. Rusiyanın “RIA Novosti” informasiya agentliyi aprelin 15-də xəbər verib ki, Pakistan Rusiyadan çox sayda hərbi texnika almaqda maraqlı olduğunu ifadə edib. Bu barədə mərkəzi Moskvada yerləşən beyin mərkəzi Strtegiyalar və Texnologiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko bildirib.

Onun sözlərinə görə, ümumi dövriyyə 9 milyard dollara qədər yüksələ bilər. Çünki Pakistan Rusiyadan ağır və orta qırıcı təyyarələr, orta və qısa mənzilli havadan müdafiə sistemləri, döyüş helikopterləri, tanklar və döyüş gəmiləri almağı düşünür.

Makienko Rusiyanın iki əsas hərbi texnika növünü söyləyib ki, o da İslamabadın siyahısında üst pillələrdə yer alır. Bunlar Rusiyanın yeni “MiQ-35” qırıcıları və Mi-26T2 ağır nəqliyyat helikopterləridir. Pakistan rəsmiləri belə bir planın olmasını hələlik təsdiqləməsə də, Makienko söyləyib ki, Pakistanda hərbi bazarın az rəqabətcil təbiətini nəzərə alsaq, Rusiyanın böyük müdafiə sənayesi kontraktlarından faydalana biləcəyini güman etmək olar.

Çin 2008-2018-ci illər ərzində Pakistana 6,4 milyard dollar dəyərində silah tədarük edərək Pakistanın ən böyük silah tədarükçüsü olub. Bununla bağlı məlumatı Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutunun hesabatlarından da tapmaq olar. Bu mənada ikinci yerdə 2,5 milyard dollarla ABŞ, üçüncü yerdə isə 471 milyon dollarla İtaliya dayanır.

Hazırda Çin istehsalı qırıcı təyyarələr Pakistanın qırıcı təyyarə filotiliyasının əsasını təşkil edir. Bunlara “Chengdu J-7”, JF-17 “Thunder”i misal göstərmək olar. Birincisi Rusiyanın “MiQ-21” qırıcısı əsasında hazırlansa da, ikincisi Pakistanın dövlət aerokosmos kompaniyası ilə ortaq şəkildə istehsal edilib.

2016-cı ildə Çinlə Pakistan arasında ən böyük silah müqavilələrindən biri imzalandı. Müqavilənin məqsədi Çinin 8 ədəd dizel enerjili sualtı hücum qayığının 2028-ci ilə qədər Pakistan donanmasına çatdırılması idi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Pakistan   Çin  

Rusiya Pakistanın silah bazarı uğrunda Çinlə rəqabət aparır

2020/03/44-1584098505.jpg
Oxunub: 980     16:18     13 Mart 2020    