ABŞ Hərbi Hava Qüvvələri MQ-9 dronlarını dəyişdirmək istəyir

2020/03/15840-1584099216.jpg
Oxunub: 690     15:57     13 Mart 2020    
ABŞ Hərbi Hava Qüvvələri MQ-9 “Reaper” hücum dronlarını yeni və daha təkmil, düşmənin hava sahəsində daha çox qala biləcək dronlarla dəyişdirmək istəyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dronun nə ilə dəyişdiriləcəyi hələlik müəyyənləşdirilməyib.

Bildirilir ki, MQ-9 dronlar müasir hücumundan müdafiə sistemləri ilə asanlıqla vurula bilinir və uzunmüddətli döyüşlər üçün əlverişli deyil.

“Reaper” dronları ilk dəfə 2007-ci ildə təqdim edib. Orijinal “Predator” dronlarından daha böyük, daha sürətli və daha güclü silahlara malikdir. Dronlar İraq, Əfqanıstan, Yəmən və Somali kimi yerlərdə ciddi əməliyyatlar keçirib.

Ekspertlər qeyd edir ki, Pentaqon perspektiv olaraq Rusiya və Çinlə mübarizədədir. Ona görə, Əfqanıstan, İraq kimi yerlərdən fərqli olaraq, daha böyük dövlətlərlə mübarizədə daha güclü dronlar lazımdır. Təsadüfi deyil ki, 2021-ci il maliyyə büdcəsində alınacaq MQ-9 dronlarının sayı ciddi şəkildə azaldılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MQ-9   ABŞ   HHQ  

ABŞ Hərbi Hava Qüvvələri MQ-9 dronlarını dəyişdirmək istəyir

2020/03/15840-1584099216.jpg
Oxunub: 691     15:57     13 Mart 2020    