Cənubi Koreya və ABŞ gələn həftə müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı görüş keçirəcək

2020/02/20200-1582014017.jpg
Oxunub: 526     15:04     13 Mart 2020    
Gələn həftə Cənubi Koreya və ABŞ rəsmiləri arasında amerikalı hərbi qulluqçuların Koreya yarımadasında saxlanılma xərclərinin bölüşdürülməsi ilə bağlı görüş keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq.

Bildirilir ki, görüş heyətlərinə Cənubi Koreya diplomatı Yonq Eonbu və onun amerikalı həmkarı Ceyms Dehart rəhbərlik edəcək.

Qeyd edək ki, tərəflər arasında ötən ilin sentyabr ayından 6 dəfə görüş keçirilsə də, heç bir nəticə əldə olunmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   ABŞ  

Cənubi Koreya və ABŞ gələn həftə müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı görüş keçirəcək

2020/02/20200-1582014017.jpg
Oxunub: 527     15:04     13 Mart 2020    