“Milli Nüvə Tədqiqatları Mərkəzi”nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi açılıb

2020/03/3444-1584093821.jpg
Oxunub: 464     13:45     13 Mart 2020    
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub.

Ordu.az xəbər verir ki, kompleks Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Proqramı üzrə Milli Layihə çərçivəsində (AZB 8002) istifadəyə verilib.

Layihə üzrə Azərbaycan tərəfi qurğu və laboratoriyalar üçün bina, elektrik, su, kanalizasiya və digər kommunikasiya vasitələri ilə təmin etmək, AEBA isə qurğunu və 100 000 küri aktivlikdə Co-60 izotopu, kadrların tədrisi treninqi, ekspert yardımı ilə təmin etməyi öz öhdəsinə götürüb. Hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirib və nəticədə unikal qurğu yaradılıb. Sterilizasiya məqsədli qamma-şüalanma qurğusu beynəlxalq tələblərə tam uyğundur.

Qamma Sterilizasiya Kompleksi Abşeron rayonu Qobu qəsəbəsində yerləşir və 3 hektar ərazini əhatə edir. Qurğunun iş həcmi 38 m3/sutka və ya 1548 litr/saatdır. Qurğuya Co-60 radioizotoplarının ilkin yüklənən aktivliyi 300 000 küridir. Qurğunun maksimum yüklənmə tutumu 2 milyon küri təşkil edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Nüvə-Tədqiqatları-Mərkəzi  

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi açılıb

2020/03/3444-1584093821.jpg
Oxunub: 465     13:45     13 Mart 2020    