Paşinyan Daşnaksütunla nəyi müzakirə edib?| Pərdəarxasında ciddi müzakirələr gedir

2020/03/r-1584098935.jpg
Oxunub: 845     17:41     13 Mart 2020    
Erməni mətbuatı yazır ki, Qarabağ məsələsi referendum ajotajı ilə məşğul olan Ermənistan hakimiyyətinin başında Damokl qılıncı kimi asılıb.

Pərdəarxasında kifayət qədər ciddi müzakirələr gedir. Sarkisyandan sonra dərhal Nikol Paşinyan Brüsselə yola düşüb. İndi isə Levon Ter Petrosyanın səfəri gözlənilir.

Ermənistanda baş tutan daxili görüşlərdə Daşnaksütun partiyası da iştirak edir. Paşinyanla görüşməzdən öncə Ermənistan İnqilab İttifaqı (Daşnaksütun) nümayəndələri Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla da görüşərək, Qarabağ danışıqlarında nə baş verdiyini dərk etməyə çalışıblar.

Daşnaksütun partiyasının nümayəndələri bu görüşlərin əsl məqsədi barədə az məlumatlıdırlar. Paşinyanla görüşdən sonra sanki daşnakların daxilində hərəkətsiz passiv bir vəziyyət yaranıb.

Erməni jurnalistlər bu barədə açıqlama vermək üçün Daşnaksütun partiyasının ali orqanının nümayəndəsi İşxan Sağatelyana müraciət edib.

Sağatelyan bildirib ki, partiya daxilində passivlik hökm sürməsi ilə razı deyil.

“Tələbələr kifayət qədər fəaldır, müzakirələrdə iştirak edirlər. Referenduma gəlincə isə bu məsələdə fəal iştirak edəcəyik, referendumun saxta gündəm olduğu barədə bəyanatla çıxış edəcəyik”, - deyə o qeyd edib.

Jurnalistin “Paşinyanla görüş keçirilməsinin təşəbbüskarı kim idi?” sualına partiya funksioneri bildirib ki, “ümumerməni məsələlərində qarşılıqlı maraq vardı”.

Jurnalist “Deyilənlərə görə yaxın gələcəkdə Qarabağla bağlı hadisələr baş verəcək. Bu görüşdə bununla bağlı məsələ nəzərdən keçirildimi?” deyə ona sual ünvanlayıb.

“Qapalı görüş idi. Deyilənlərdən əlavə açıqlamaya ehtiyac görmürəm”, - deyə Sağatelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Daşnaksütun  

Paşinyan Daşnaksütunla nəyi müzakirə edib?| Pərdəarxasında ciddi müzakirələr gedir

2020/03/r-1584098935.jpg
Oxunub: 846     17:41     13 Mart 2020    