İndoneziya Rusiya qırıcılarından imtina etdi

2020/03/1200x-1584075432.jpg
Oxunub: 841     11:43     13 Mart 2020    
Donald Tramp Administrasiyası İndoneziyanı “Su-35” qırıcılarının alınmasını nəzərdə tutan Rusiya ilə sazişdən imtina etməyə məcbur edib.

Ordu.az "Bloomberg" Agentliyinə istinadən xəbər verir ki, sövdələşmənin dəyəti 1 milyard dollardan çoxdur.

Bundan əlavə, rəsmi Cakartanın 200 milyon dollarlıq dəniz patrul qayığını almaqdan imtina etdiyi də vurğulanıb.

Agentliyin məlumatına görə, ABŞ İndoneziyaya müqavilənin həyata keçiriləcəyi təqdirdə mümkün sanksiyalar barədə məlumat verib.

Dövlət Departamenti bu məlumatı şərh etməkdən imtina edib, lakin amerikalı diplomatlar Vaşinqtonun müttəfiqlərini Rusiya ilə hərbi-texniki əməkdaşlığı tərk etməyə çağırdığını xatırladır. Əks təqdirdə ABŞ CAATSA (Rusiya ilə qarşılıqlı əlaqədə olan üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqinə icazə verən qanun) tətbiq edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   İndoneziya  

İndoneziya Rusiya qırıcılarından imtina etdi

2020/03/1200x-1584075432.jpg
Oxunub: 842     11:43     13 Mart 2020    