Naxçıvan ƏƏB müasir maddi-texniki bazası və yüksək döyüş qabiliyyəti ilə seçilir - FOTOLAR

2020/03/15840-3168030188.jpg
Oxunub: 1637     16:07     12 Mart 2020    
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il martın 12-si Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur.

Daxili Qoşunların inkişafı yeni mərhələyə yüksəlib

Ölkəmizdə Daxili Qoşunların formalaşması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılıb. 1994-cü il fevralın 8-də qəbul olunmuş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Daxili Qoşunların əsas funksiyaları, vəzifələri və fəaliyyət prinsipləri müəyyən edilib.

2003-cü ildən etibarən Daxili Qoşunların inkişafı yeni bir mərhələyə yüksəlib. “Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmlənməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir”, – deyən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası getdikcə daha da gücləndirilir.

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir

1995-ci ildə Daxili Qoşunların Naxçıvandakı “N” saylı taboru, sonradan taborun bazasında Daxili Qoşunların Naxçıvan Alayı, 2014-cü ildə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılıb. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazası xeyli möhkəmləndirilib, genişmiqyaslı quruculuq işləri həyata keçirilib, hərbi hissə abad və müasir şəhərciyə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir. Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərdə daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir”.

Şəxsi heyətin döyüş qabiliyyəti daim yüksəldilir, mənzil-məişət şəraiti yaxşılaşdırılır

Bu gün şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Son illər zabit-gizir ailələri üçün 60 və 45 mənzildən ibarət iki beşmərtəbəli yaşayış binası istifadəyə verilib. Hazırda Şərur rayonu ərazisində yerləşən Əməliyyat Taboru üçün müasir standartlara uyğun hərbi şəhərcik və əsgəri-məişət kompleksinin tikintisi davam etdirilməkdədir. Aparılan islahatlar qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və muxtar respublikada dayanıqlı ictimai sabitliyin qorunması bu gün Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının qarşısında duran əsas vəzifələrdir. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq toplantılar, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir.

Bu gün Naxçıvan Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdir. Ötən il Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə “Dövlət sərhədi pozulduqda sərhəd axtarışının keçirilməsi” üzrə taktiki və “Sarsılmaz qardaşlıq-2019” devizi altında döyüş atışlı əməliyyat taktiki təlimləri bunu bir daha təsdiq etdi. Həmin təlimlərdə aktiv iştirak edən Naxçıvan Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirdi. Taktiki təlimlərdə fəal iştirak edən bir neçə hərbi qulluqçu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırıldı.

Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti yüksək vətənpərvərliyi və dövlətçiliyə sədaqəti ilə seçilir

Ümummilli lider Heydər Əliyev deyirdi: “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu olsun. Gərək bizim Silahlı Qüvvələrimizdə Azərbaycanın dövlətçiliyinə daim sədaqət olsun. Azərbaycanın güclü ordusu bu gün də, sabah da, yüz il bundan sonra da lazımdır. Bunun üçün planlı iş aparılmalı, peşəkar münasibət göstərilməlidir”.

Ümummilli Liderimizin ideyalarına sadiq qalan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını etibarlı qoruyacaq. (AzərTac)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Daxili-Qoşunlar  

Naxçıvan ƏƏB müasir maddi-texniki bazası və yüksək döyüş qabiliyyəti ilə seçilir - FOTOLAR

2020/03/15840-3168030188.jpg
Oxunub: 1638     16:07     12 Mart 2020    