Suriya ordusu Hümsdə yeni hərbi həbsxana inşa edir

2020/03/16139-1584003618.jpg
Oxunub: 890     14:48     12 Mart 2020    
Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr ölkənin qərbində yerləşən Hüms ərazisində yeni hərbi həbsxana inşa edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib.

Bildirilir ki, Əsəd qüvvələri tərk edilmiş Hassiya həbsxanasını yenidən inşa edir. Hərbi İntizam Mərkəz adlandırılan həbxana Hüms-Şam magistral yolunun qərb tərəfində yerləşir.

Həbsxananın əsas hissəsi 2011-ci ildə tamamlanıb və içərisi hazır olsa da vətəndaş müharibəsinin başlaması ilə tikinti dayandırılıb.

Peyk görüntülərinə görə, həbsxana hər biri təxminən altı metr hündürlükdə üç beton divarla əhatə olunub. Ümumi sahəsi 505.000 kvadrat metrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həbsxana  


Suriya ordusu Hümsdə yeni hərbi həbsxana inşa edir

2020/03/16139-1584003618.jpg
Oxunub: 891     14:48     12 Mart 2020    
Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr ölkənin qərbində yerləşən Hüms ərazisində yeni hərbi həbsxana inşa edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib.

Bildirilir ki, Əsəd qüvvələri tərk edilmiş Hassiya həbsxanasını yenidən inşa edir. Hərbi İntizam Mərkəz adlandırılan həbxana Hüms-Şam magistral yolunun qərb tərəfində yerləşir.

Həbsxananın əsas hissəsi 2011-ci ildə tamamlanıb və içərisi hazır olsa da vətəndaş müharibəsinin başlaması ilə tikinti dayandırılıb.

Peyk görüntülərinə görə, həbsxana hər biri təxminən altı metr hündürlükdə üç beton divarla əhatə olunub. Ümumi sahəsi 505.000 kvadrat metrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həbsxana  


Bizi "telegram"da izləyin