Rusiya ilə Türkiyə arasında memorandum imzalanıb

2020/03/Getty-1583471006.jpg
Oxunub: 732     09:14     06 Mart 2020    
Rusiya və Türkiyə prezidentləri Suriyada münaqişənin nizama salınmasına dair memorandum imzalayıblar.

Ordu.az xəbər verir ki, martın 5-də Moskvada keçirilən danışıqların yekununa dair iki ölkə arasında imzalanmış memorandumu Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu oxuyublar.

Sənəddə martın 6-na keçən gecə saat 1-dən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlər əksini tapıb.

Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər.

Türkiyə Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə  

Rusiya ilə Türkiyə arasında memorandum imzalanıb

2020/03/Getty-1583471006.jpg
Oxunub: 733     09:14     06 Mart 2020    