İsrailin supergüc olmasının səsləndirilməyən səbəbi: Nüvə silahları

2019/01/israe-1547625563.jpg
Oxunub: 1015     17:42     05 Mart 2020    
1950-ci illərdə İsrail Yaxın Şərqin indiki kimi güclü dövləti deyildi. 1948-ci ildə əsası qoyulan və ona düşmən, 1970-ci illərə qədər müxtəlif səbəblərdən dolayı davamlı müharibə aparan Ərəb dövlətləri ilə çevrələnən ölkənin rəhbərliyi artıq ənənəvi silahlarla bu müharibələrdən sağ qurtulmağın asan olmayacağını dərk etməyə başladı. Dövlətin əsas qurucularından olan, ilk Baş nazir Ben Qurion İsrailin düşmənlərdən ibarət bir qonşuluq mühütündə sağ qalması üçün zəmanətli siyasətə ehtiyac duyduğunu irəli sürdü.

İsrailin nüvə arsenalı ilə bağlı çoxsaylı miflər var. Bunlar, qismən İsrail təhlükəsizlik dairələrinin “çəkindirmə prinsipini qorumaq məqsədilə ictimaiyyətə heç vaxt ölkənin nüvə silahları proqramı haqqında danışma” kimi yazılmamış qaydasından meydana gəlir. Lakin həmin proqramın bəzi fundamental elementləri var ki, həm ABŞ-da, həm də dünyanın müxtəlif yerlərindəki hərbi analitiklər tərəfindən qəbul edilir.

Hər kəs İsrailin ciddi bir nüvə arsenalına sahib olduğuna inansa da, heç kəs həqiqətdə bu arsenalın nə qədər olduğundan xəbərdar deyil. 2008-ci ildə ABŞ-ın keçmiş prezidenti Cimmi Karter İsrailin minimum 150 istifadəyə hazır belə silahı olduğunu təxmin etdi. Bundan altı il sonra isə Karter müxtəlif hesabları da işə qataraq İsrailin həmin altı illik dövr ərzində öz nüvə arsenalını iki dəfə artırdığını iddia etdi.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif P5+1 formatlı nüvə danışıqlarının qızğın bir vaxtında BMT arenasında İsrailin 400 atom döyüş başlığına sahib olduğunu bəyan etdi. Atom Alimlər Bülleteni düşünür ki, Zərifin bu təxmini həddindən artıq böyük və qeyri-realdır. Çünki İsrailin silahları gerçək istifadədən çox, çəkindirmə məqsədi üçün nəzərdə tutulub. Onların hesabına görə isə bu rəqəm əslində 65-85 arasıdır.

Səmimi olsaq, bu gün İsrailin nə qədər nüvə silahına sahib olması ilə bağlı hər hansı ipucumuz belə yoxdur və elə bu da İsrail üçün önəmli nöqtədir. İsrailin nüvə silahları ətrafında dolaşan “təxmin oyunu” onun regiondakı düşmənlərini biz üstündə saxlayır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Nüvə-silahı  

İsrailin supergüc olmasının səsləndirilməyən səbəbi: Nüvə silahları

2019/01/israe-1547625563.jpg
Oxunub: 1016     17:42     05 Mart 2020    