Erməni politoloq: "Azərbaycan ABŞ üçün prinsipial əhəmiyyətə malik olan dövlətdir”

2020/03/00-13-1583409896.jpg
Oxunub: 1135     16:05     06 Mart 2020    
Amerikanın erməni konqresi bildirir ki, Birləşmiş Ştatlar Konqresinin erməni məsələləri üzrə komissiyasının həmsədri, konqresmen Frenk Pallon (demokrat, Nyu-Cersi) Azərbaycana hərbi yardımı dayandırmağı təklif edib və Ermənistana böyük yardım etməyə çağırış edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni amerikaşünas politoloq Suren Sarkisyan məsələni şərh edib.

O bildirib ki, lobbiçi strukturlar nə qədər güclü iş həyata keçirsə də, Birləşmiş Ştatlar həmişə öz marağını rəhbər tutacaq.

“Son parlaq nümunəni - prezident Obama və yəhudi lobbiçiləri, yaxud hətta yəhudi dövləti arasında İranın nüvə proqramı ilə bağlı yaranmış problemi unutmayaq. Demək istəyirəm ki, Birləşmiş Ştatlar hər zaman öz milli maraqlarını rəhbər tutur, əgər Azərbaycana yardım etmək məqsədi varsa və bu məqsəd məhz hərbi sahədə əməkdaşlıq barədədirsə, hansısa lobbiçi qrup hər hansı formada Birləşmiş Ştatlara mane ola, öz milli təhlükəsizliyi və dövlət maraqlarından irəli gələn addımları ata bilməz”, - deyə erməni mütəxəssis bildirib.

Sarkisyanın sözlərinə görə, təşəbbüs olduqca vacibdir, lakin Azərbaycan ABŞ üçün prinsipial əhəmiyyətə malik olan dövlətdir.

“Azərbaycan Birləşmiş Ştatlara müxtəlif istiqamətlərdə ciddi dəstək nümayiş etdirir. Aydındır ki, nə qədər lobbiçilik işi həyata keçirilsə də, Azərbaycana verilən yardım azaldılmayacaq və ya sıfırlaşmayacaq, çünki aşkar Amerika marağı var. Lobbiçilərimiz bunun ən azından Ermənistana verilən yardımla bərabərləşməsi üçün işləməlidirlər”, - deyə Suren Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan  

Erməni politoloq: "Azərbaycan ABŞ üçün prinsipial əhəmiyyətə malik olan dövlətdir”

2020/03/00-13-1583409896.jpg
Oxunub: 1136     16:05     06 Mart 2020    