“Kommersant”: Köçəryanın ətrafında başlayan proses Ermənistan-Rusiya münasibətlərini çətinləşdirə bilər

2020/03/56756-1583409559.jpg
Oxunub: 1580     16:08     05 Mart 2020    
“Martın 3-də məhkəmə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın müdafiə qrupunun cinayət işini bağlamaq barədə vəsatəti ilə bağlı qərara gələ bilmədi. Hakim bütün fakt və sübutları araşdırmaq üçün fasilə verdi”.

Ordu.az xəbər verir ki, bu, Rusiyanın “Kommersant” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşt qeyd edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılan Köçəryanın vəkilləri və qohumları vəsatətin rədd ediləcəyini və təxminən iki il əvvəl başlayan məhkəmə prosesinin daha bir neçə il uzadılacağını düşünürlər.

Məqalədə Rusiya Prezidenti Vladimir Putinin dostluğunu gizlətmədiyi Köçəryana qarşı olan təqib Ermənistan-Rusiya münasibətlərində əsas ağırlaşdırıcı amil olduğu vurğulanır.

“Koçaryandan başqa KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin Prezident Administrasiyasının keçmiş rəhbəri Armen Qevorgyanın da ittiham edildiyi Konstitusiya quruluşunun pozulmasına dair cinayət işinə Şenqavit Birinci İnstansiya Məhkəməsində baxılır. Həm Köçəryanın tərəfdarları, həm də əleyhdarları əvvəllər olduğu kimi 3 mart məhkəməsinə də gəlmişdiilər”, - deyə “Kommersant” qeyd edib.

Məhkəmə iclasında hakim Anna Danibekyan Koçaryanın müdafiə komandasının ittiham aktına son verməsi barədə vəsatətinə baxmalı idi. Bənzər iddialar digər müttəhimlərin vəkilləri tərəfindən də edilib. Lakin Danibekyan heç bir qərar verməməyi üstün tutdu.

“İşin bütün halları aydınlaşdırılmayana və sübutlar araşdırılana qədər müdafiə qrupunun vasitəçiliyi qərarını təxirə salınsın”, - deyə Danibekyan elan edib.

Məlumata görə, Köçəryanın müdafiə komandasının vəsatətlərinin nəticə verəcəyinə ümidi yoxdur. Üstəlik, vəkil Aram Vardevanyan 2018-ci ildə başlanan prosedurun çox uzun çəkə biləcəyini də istisna etmir.

“Ən azı iki il çəkə bilər. Nəzərə almaq lazımdır ki, ittihamçı, prokurorluq və istintaq heyəti elə bir geniş miqyaslı iş təqdim edib ki, qısa müddətdə bu işə baxmağa imkan yoxdur”, - deyə vəkil rus mənbəsinə bildirib.

Rus mənbəsinə danışan eks-prezidentin oğlu, Levon Koçaryan ittihamçı tərəfin 800-dən çox şahid təqdim etdiyini, bunların hamısının dinlənilməli olduğunu və bunun da məhkəmənin müddətinə təsir edəcəyini söyləyib.

Qeyd olunur ki, Köçəryana qarşı məhkəmə işi təkcə Ermənistanın daxili məsələsi deyil. Əvvəldən Moskva siyasətçinin ətrafındakı hadisələri yaxından izləyir. Proses 2018-ci ildə başlayanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür hərəkətlərin “yeni Ermənistan hakimiyyətinin sələflərinə qarşı siyasi təqib göstərmək niyyətində olmadıqları ilə bağlı açıqlamalarına ziddir” deyə açıqlama verib.

Maraqlıdır ki, Köçəryana qarşı cinayət işi açıldıqdan sonra Rusiya prezidenti ona zəng vurub və ad günü münasibətilə təbrik edib. Ötən ilin oktyabrında Avrasiya İqtisadi Birliyinin Ali Şurası İrəvanda toplaşarkən Rusiya lideri Ermənistanın keçmiş prezidentinin həyat yoldaşı Bella Koçaryan və oğlu Levon Koçaryanla görüşmüşdü. Görüş Rusiyanın İrəvandakı səfirliyində baş tutmuş və hər kəs bunu Rusiya prezidentinin dəstəyi kimi qiymətləndirmişdi.

“Belə bir adam, ən böyük ölkənin prezidenti, atamı doğum günü, Yeni il ərəfəsində təbrik edərkən, hakimiyyətimizin bəyənməyəcəyini yaxşı dərk edərək, bizimlə görüşürsə, bu, onun necə adam olduğunu və necə dost olduğunu göstərir” - deyə Levon Koçaryan jurnala açıqlamasında bildirib.

Məsələyə münasbətinin sonunda nəşr yazır ki, Rusiya tərəfi Ermənistanın ikinci prezidentinə qarşı başlanan prosesi siyasi təqib hesab edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Ermənistan   Rusiya  

“Kommersant”: Köçəryanın ətrafında başlayan proses Ermənistan-Rusiya münasibətlərini çətinləşdirə bilər

2020/03/56756-1583409559.jpg
Oxunub: 1581     16:08     05 Mart 2020    