Dronlar üçün yeni vəzifə - Minalardan təmizləmə sistemləri

2020/03/p04x1-1583392267.jpg
Oxunub: 1200     11:03     05 Mart 2020    
İctimai şüurda Pilotsuz Uçuş Aparatlarına və ya dronlara bir neçə vəzifə təyin edilib. Bunlardan biri operatorları təhlükəyə məruz qoymadan maneəsiz hava zərbələri endirməkdən ibarətdir. KPQ-lərin və partlamamış hərbi sursatı aşkar etmək, hətta məhv etmək qabiliyyəti barədə isə az məlumat mövcuddur.

KPQ-lərin artan dağıdıcı gücündən müxtəlif coğrafi bölgələrdə, o cümlədən Afrika, Asiya və Cənubi Amerikada istifadə olunduğunu və münaqişədən sonra ölkələrdə tərk edilən, sahibsiz partlamayan sursatların və minaların yaratdığı problemləri nəzərə alsaq, artıq hər yerdə personalları riskə atmadan bu təhlükələri tez bir zamanda həll etmək bacarığı mühüm strateji ehtiyac halına gəlib. Problemi həll etməyin bir yolu, partlayıcı obyektlərin axtarışı və məhv edilməsi üçün şaquli uçuş və enmə üçün kiçik çoxrotorlu cihazlardan istifadə olunmasından ibarət ola bilər.

Əfqanıstanda “Talisman” əməliyyatı zamanı Kustar Partlayıcı Qurğuları (KPQ) aşkar etmək və “T-Hawk2 yollarını təmizləmək üçün ingilis ordusu mini-PUA-lardan istifadə etdi

Əvvəlcə bu metod Əfqanıstandakı ingilis ordusunun “Talisman” əməliyyatı zamanı tətbiq edildi. Burada yolların təmizlənməsi, KPQ və partlayıcı tələlərin aşkarlanması və məhv edilməsi, sonrakı nəqliyyat vasitələrinin yollarının təmizlənməsi üçün kompleks tədbirlərdə istifadə edildi. Belə vasitələrdən biri də 45 dəqiqəlik uçuş müddəti olan “Honeywell T-Hawk” mini PUA-sı oldu. Onlar nəqliyyat karvanlarının və onların marşrutunun kəşfiyyatını aparırdı. PUA-ların rotorlarının küləyi isə yollara yerləşdirilən şübhəli KPQ-nin üstünü örtən qumu kənara sovururdu.

“Talisman” əməliyyatı, Londonda yerləşən “SteelRock Technologies” (SRT) şirkəti üçün stimul oldu və o, “Richmond Defence Systems” (RDS) ilə birlikdə SR1 “Protector” adlı həm havadan, həm yerdən partlayıcı sursat zərərsizləşdirmə sistemini inkişaf etdirdi.

Artan KPQ təhlükəsi ilə mübarizə üçün hazırlanan bu sistem, inkişaf edən termal görüntüləmə optik elektron kamera və şifrəli atəşə nəzarət sistemi olan 40 mm-lik təpməsiz cihazdan ibarət hədəf yükü ilə təchiz edilir.

“SteelRock”un SR1 pilotsuz vasitəsi KPQ ilə mübarizə üçün hazırlanıb

Pərli qanad platforması, künclərdə yerləşən və əks istiqamətdə iki pərvanəni döndərən fırçasız mühərrikləri olan X8 KDE “Direct” sisteminə əsaslanır. SR1 PUA-sının maksimum sürəti 100 km/saat, məlumat kanalının maksimal diapazonu isə baza stansiyasından 150 km məsafədədir. Aparat iki iki saat ərzində 50 kq yüklə havada qala bilir. “SteelRock”un Cənubi Uels sınaq sahəsindəki sınaqlarda “Protector” sistemi təmizləmə cihazı ilə yerdə və havadan KPQ-ləri müvəffəqiyyətlə zərərsizləşdirdi.

Bənzər bir KPQ neytrallaşdırma sistemi Sinqapurda “ST Engineering” tərəfindən STINGER (Stinger Intelligent Network Gun Equipped Robotics) kompleksi olaraq hazırlanır. Sistem “ST Engineering”in “Future Soldier Solution” proqramının bir hissəsi olaraq hazırlanır və dünyanın ən yüngül 5.56 mm-lik “Ultramax” U100 Mk.8 pulemyotu ilə təchiz edilən kvadrokopteridir.

Dron 300 metrədək məsafədə yüksək dəqiqliklə avtomatik rejimdə atəş aça bilir. STINGER atəşdən 1.5 saniyə sonra ilkin sabit vəziyyətini bərpa edə bilir. O, həm 5.56 mm çaplı 100 ədəd yüngül polimer mərmi daşıyır, həm də inkişaf etdirilən atəşi idarəetmə sistemindən istifadə edərək hədəfi avtomatik rejimdə müşayiət edə bilir.

Floridanın “Duke Robotics” şirkəti də təyyarəyə yerləşdirilən tam robotlaşdırılan silah sistemini hazırlayıb. TIKAD pilotsuz vasitəsində silahların geri təpməsini sabitləşdirmək üçün unikal bir metoddan istifadə edilib. TIKAD, öz kütləsindən üç qat ağır hədəf yükünü qəbul edən və onu sabitləşdirən yüngül bir elektromaqnit asqısı ilə təchiz edilir. 50 kq kütləyə malik TIKAD aparatı M4 karabinindən, SR25 yarımavtomatik snayper tüfəngindən və ya 40 mm qumbaraatandan ibarət 9 kq faydalı yük daşıya bilər. Terror qruplaşmalarına qarşı istifadə və yerləşdirilən quru qüvvələri üçün müvafiq risklərin azaldılması üçün pilotsuz silah sistemi kimi yaradılan TİKAD aparatları, KPQ və ya minaları zərərsizləşdirmək üçün də istifadə edilə bilər. Yeri gəlmişkən, onlar İsrail ordusu tərəfindən silahlanmaya qəbul edilib.

Pilotsuz hava sistemləri (PAK) böyük ərazilərdə və ya əlçatmaz ərazilərdə partlamayan hərbi sursatı aşkar etmək üçün çox uyğundur. Partlamayan sursatların yoxlanılması və aşkarlanması müxtəlif maqnitometrlərdən, məsələn, üç komponentli, yüksək dəqiqlikli və aşağı səs-küylü vektor cihazına malik olan rəqəmsal maqnitometrdən istifadə edərək həyata keçirilir. Uçuş zamanı PUA yüksək qətnamə ilə dəqiq nəticələr əldə etmək üçün lazer sensorundan istifadə edərək təxminən bir-üç metr yüksəklikdən uçur. Sürət, hündürlük və yerləşmə nöqtəsi kimi bütün uçuş məlumatları qeyd olunur və çəkilişin analiz keyfiyyətini yaxşılaşdırmaq üçün nümayiş oluna bilir. Tədqiqat lazımi dəqiqliyi və qətnaməni təmin etmək üçün aşağı hündürlükdə uçmağı tələb edirsə, onda bir neçə rotorlu dronlardan istifadə olunur. Bir maqnitometr ilə dronun çəkisi 4.5 kq-dan azdır.

SR1 PUA-sında 40 mm-lik təpməsiz RDS zərərsizləşdirmə cihazı quraşdırılır

Son zamanlarda, daha çox PUA yüksək dəqiqliklə basdırılan şübhəli əşyaları, məsələn, partlayıcı obyektləri, minaları və s. aşkarlaya bilən sintetik anten radarı (SAR- Sintetik Aperture Radar) ilə təchiz edilir. Bu tətbiqin mürəkkəbliyi SAR üçün yeni texnologiyalar və yeni sistem anlayışları tələb edir. Alman Aerokosmik Mərkəzinin bu yaxınlarda apardığı bir araşdırma aydın şəkildə göstərdi ki, ingilis terminologiyasında P3M-SAR adı ilə tanınan polimetrik, multistatik (bir ötürücü və bir neçə qəbuledici antenli), çoxbucaqlı və çoxkanallı SAR sistemi həm kifayət qədər məkan həllini, həm passiv müdaxilənin etibarlı bir şəkildə boğulmasını, həm də 20 santimetr dərinlikdə basdırılan əşyaların bir neçə metr məsafədən aşkarlanmasını təmin edə bilər.

Sınaqlar zamanı TIRAMI-SAR adlanan pilotsuz vasitədə quraşdırılan P3M-SAR sistemi müxtəlif ətraf mühit şəraitində fərqli obyektləri, o cümlədən PFM-1/PRB-M35 kiçik plastik minaları və ya təzyiqlə işə düşən taxta korpuslu KPQ-ləri aşkaretmədə əla imkanlar nümayış etdirdi.

SAR texnologiyasından istifadə edən əvvəlki təcrübələr göstərdi ki, yüksək fəza qətnaməsi və azimutal istiqamətin dəqiq müəyyənləşdirilməsi, effektiv səpələnmə sahəsinin məkana dağılması sayəsində, mina kimi süni obyektlərin SAR görüntüsündə eyniləşdirilməsinə imkan verir.

5.56 mm “Ultramax U100 MK8” pulemyotu ilə silahlanan “ST Engineering” şirkətinin “Stinger” PUA-sı

Hazırda, demək olar ki, ixtiyari PUA traektoriyası səbəbindən, P3M-SAR tipli radarlardan müvafiq görüntülər əldə etmək və müdaxiləni effektiv şəkildə aradan qaldırmaq, eyni zamanda əlavə 3D görüntülər yaratmaq da mümkündür. Bu sinerji, basdırılan obyektlər üçün qabaqcıl aşkarlama və identifikasiya imkanlarına malik bir sistemin yaranmasına səbəb ola bilər. Bu sistemlərin iki əsas iş rejimi var:

Birincisi PUA-ya quraşdırılan multistatik və çoxkanallı antendən istifadə edərək tədqiqat sahəsi boyunca birbaşa uçuş yoluna əsaslanan aşkarlama rejimidir;
İkincisi isə zonanı daha yüksək məkan qətnaməsi ilə öyrənmək və tomoqrafik darama aparmaq üçün müəyyən bir sahə üzərində kifayət qədər dairəvi və ya spiral traektoriyası ilə uçuşda həyatda keçirilən eyniləşdirmə rejimidir.

PUA müstəqil olaraq çətin keçilən ərazilərdə işləyə bilir, əksər ssenarilərdə isə təhlükəli ərazilər üzərində demək olar ki, məhdudiyyətsiz uça bilir. Daha inkişaf etmiş bir sistem əldə etmək üçün, partlayıcı obyektlərin aşkaretmə imkanlarını daha da genişləndirən çox yüksək bistatik və ya çoxstatik radiodalğaların meydana gəlməsi üçün bir neçə drondan istifadə edilə bilər.

Amerika şirkəti “Giobal UAV Technologies”, bu yaxınlarda ABŞ-dan olan iki müştəridən partlamayan sursatları aşkarlamaq üçün ərazi araşdırma müqavilələri əldə etdi. Çəkilişlərdən biri əvvəllər Pearl Harborda axtarışlar aparan “Global UAV”ın bölməsi “Pioneer Aerial Surveys” tərəfindən yerinə yetirildi. Partlayıcı obyektlərin axtarış layihələrində, şirkətin geofiziki və geodeziya tədqiqatlarında istifadə etdiyi UAV-MAG pilotsuz uçuş texnologiyasından istifadə olundu. UAV-MAG texnologiyası “Gem Systems” kompaniyasının GSMP-35U ultrayüngül maqnitometrindən istifadə edir. PUA-dan istifadə edən “Pioneer Aerial”, yüksək və aşağı hündürlükdə avtonom hava fotoçəkilişini apara bilir ki, bu da partlayıcı vasitələri aşkar etməyə imkan verir.

“DIK Robotics”dən giro sabit asqıda silaha malik çoxrotorlu TIKAD PUA-sı

ABŞ Ordusunun Mühəndislər Korpusu kimi təşkilatları, innovasiyalı ərazi çəkilişi texnologiyaları sursatlarının axtarışı üçün layihələrin tətbiq edilməsində istifadəni tələb edirlər. “Global UAV Technologies” şirkətinin nümayəndəsinin sözlərinə görə, onların inkişaf etdirdiyi UAV-MAG tədqiqat texnologiyası, tətbiqin funksional rahatlığı və etibarlılığını təsdiqləyib. “Pioneer Aerial” sürətlə geofiziki pilotsuz uçuş sahəsində dünya liderlərindən biri kimi şöhrət qazanıb. Partlamayan sursatların aşkarlanması və hava çəkilişi texnologiyası olduqca sürətlə inkişaf edir, bu sahədə xidmətlərə və məhsullara marağın artmasına səbəb olan daha çox innovativ həllər ortaya çıxır.

“Pioneer Aerial” sürətlə geofiziki pilotsuz uçuş sahəsində dünya liderlərindən biri kimi şöhrət qazanıb. Partlamayan sursatların aşkarlanması və hava çəkilişi texnologiyası olduqca sürətlə inkişaf edir, bu sahədə xidmətlərə və məhsullara marağın artmasına səbəb olan daha çox innovativ həllər ortaya çıxır.

Əfqanıstan, KPQ və partlamayan sursatlardan ən çox əziyyət çəkən ölkələrdəndir. Bu ölkədən olan iki qardaş, “Mine Kafon” (MKD) adlı qlobal bir layihə çərçivəsində hazırlanan leqal mina təmizləmə cihazı formalaşdırıb. Hollandiyada yerləşən MKD kompaniyası minadan təmizlənmənin daha sürətli, daha etibarlı, daha ucuz və daha asan olmasına imkan yaradan texnologiyalardan istifadə edərək, böhrandan sonrakı ərazilər üçün geniş çeşiddə mina təmizləmə metodlarını inkişaf etdirir.

Partlamayan sursatları aşkar etmək üçün istifadə olunan GSMP-35U ultrasəs maqnitometri ilə təchiz olunan “Pioneer Aerial” PUA-sı

Keçmiş müharibə zonaları milyonlarla mina və digər partlayıcı maddələrlə doludur və bu “gizli qatillər” hər gün çox sayda mülki insanı yaralayır və öldürür. Bundan əlavə, bu minalar münaqişədən sonra ölkənin iqtisadi və sosial inkişafına da böyük maneə yaradır. Bu əraziləri yoxlamaq, ərazi tipinə və bir çox digər amillərə görə hələ də bahalıdır və çətin başa gəlir.

MKD partlamayan sursatlarla mübarizə aparmaq üçün bir neçə çoxrotorlu PUA hazırlayıb. Hava fotoşəkilləri və xəritəçəkmə üçün kiçik və ucuz “Vento” mikro PUA-ları ən çox ehtiyac duyan strukturlar, o cümlədən qeyri-hökumət təşkilatları üçün də əlçatandır. Bu aparatların 3D printerdə çap edilən korpusu və sadə funksional dizaynı, istismar və təmir işlərini asanlaşdırır, bu isə onun maya dəyərinə təsir göstərir. Təhlükəli ərazilər yüksək qətnaməli və yüksək böyüdücüyə malik kameradan videolara baxmaqla müəyyən edilir. Daha sonra rəqəmsal xəritədəki istifadəçi çuxurları və ya təpələri, həmçinin torpağın şübhəli pozuntularını müəyyənləşdirir, bundan sonra oflayn xəritə rejimindən istifadə edərək maraq dairəsində olan ərazinin 3D xəritəsi yaradılır.

Məsud Hassani tərəfindən hazırlanan “Mine Kafon”un uzaq mənzilli PUA-sı Əfqanıstan kimi təhlükəli ərazilərin xəritələşdirilməsi üçün yaradılıb

Bu xəritə daha sonra ərazi yoxlamaq və bəlkə də kompüter vizual alqoritmlərindən istifadə edərək təhlükəli əraziləri müəyyən etmək üçün istifadə edilə bilər. MKD-nin “Destiny” mikro PUA-sı, üçoxlu sabit elektromaqnit asqısına quraşdırılan 10 qat yüksək qətnamə kamerası ilə təchiz edilir. PUA RTK texnologiyasından (real zamanlı kinematik GPS peyk və naviqasiya sistemi) istifadə edərək funksiyalarını dəqiq qoruyub saxlamaqla 5 km məsafəyə uçmaq iqtidarındadır. Çətin hava şəraitində işləyə bilən kompakt və dayanıqlı “Destiny” pilotsuz vasitəsi, çəkisini azaltmaqla uçuş müddətini bir saata qədər artırırıb. Korpus davamlı karbon lifindən hazırlanır. “Destiny” pilotsuz aparatı səkkiz elektrik mühərriki ilə təchiz olunduğuna görə, bir və ya iki mühərriki sıradan çıxdıqda belə, uçmağa davam edə bilir.

“Manta” PUA-sı partlamayan sursatların yanında partlayıcı yük qoya bilər, bundan sonra isə uzaqdan partladıla bilər

Kartoqrafik dronlar tərəfindən yaradılan 3D xəritələrə əsaslanaraq, ağır “Manta” MKD PUA-sı, müəyyən edilən ərazinin hər metrinə nəzarət edərək uçur. PUA metal detektoru, yeraltı səsli radar və kimyəvi analiz üçün nümunə toplama cihazı da daxil olmaqla müxtəlif aşkarlama sensorlarını daşımağa qadirdir. Dəqiq yer haqqında məlumat əldə etmək üçün sensorlardakı məlumatların alqoritmlərini birləşdirən informasiyadan istifadə edilir.

Ətrafdakı ərazidən və partlayıcı obyekt haqqında məlumatlarından asılı olaraq, partlamayan sursat ya pilotsuz aparat tərəfindən uzaqdan partladılır ya da istehkamçı tərəfindən zərərsizləşdirilir.

Səkkiz güclü elektrik mühərrikli “Manta”, ümumi çəkisi 30 kq-a qədər mina təmizləmə robotlarını və sensorları daşımağa imkan verir. Smartfonlarda quraşdırılan 8 ədəd 6S batareyası 60 dəqiqəlik maksimum uçuş müddətini təmin edir. Müxtəlif tapşırıqları yerinə yetirmək üçün bir neçə saniyə ərzində yenidən proqramlaşdırılan “Manta” platforması, 6.6 kq ağırlığında olan “Destiny” də daxil olmaqla, bütün MKD mina təmizləmə dronlarına uyğundur. “Manta” PUA-sı, proqram təminatı şirkətinin bütün PUA ailəsi üçün ortaq olan və hər avtonom sistem üçün xüsusi interfeys təqdim edən “Mine Kafon” GCS yerüstü idarəetmə stansiyasına da inteqrasiya edilə bilir.

Yazı Aleks Alekseyevin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Dron   Mina   KPQ  

Dronlar üçün yeni vəzifə - Minalardan təmizləmə sistemləri

2020/03/p04x1-1583392267.jpg
Oxunub: 1201     11:03     05 Mart 2020    