Hərb tarixində bir ilk| TSQ-nin PUA-sı qırıcıya hədəf göstərir, yoxsa bombardmançını məhv edir? (EKSPERT)

2020/03/04349-3166606166.jpg
Oxunub: 6572     13:02     04 Mart 2020    
Türkiyə Silahlı Qüvvələri tərəfindən istənilən coğrafiyada, xüsusilə Suriya və İraq ərazisində keçirilən bütün hərbi və antiterror əməliyyatlarının məqsədi, miqyası, istifadə edilən döyüş vasitələri və nəticələri barədə operativ və analitik məlumatları Ordu.az oxucularına davamlı olaraq ən qısa müddətdə çatdırmağa çalışırıq. Hazırda Suriyanın İdlib vilayətində “Bahar Qalxanı” əməliyyatı davam edir. Əməliyyatların başa çatmamasına baxmayaraq, PUA-ların iştirakı ilə yeni döyüş metodlarının tətbiqi, bizi zaman itirmədən bu mövzuya müraciət etməyə sövq etdi.

Türkiyə Suriya ərazisində “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Barış Pınarı”əməliyyatlarında XXI əsrin standart metodlarından yararlanaraq əvvəlcə aviasiya, sonra isə artilleriya, PUA və Quru Qoşunlarının tətbiqi sxemindən istifadə edirdi. Əməliyyatların uğurla başa çatması, dost ölkələri sevindirsə də, əks tərəfdə mövqe tutan dövlətlərdə xüsusi narahatlığa səbəb olmurdu. Çünki bu əməliyyatlarda TSQ imkanlarının əks tərəflə müqayisə edilməyəcək qədər yüksək olması, əməliyyatların nəticəsini əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi.

“Bahar Pınarı” əməliyyatının başlanması məcburi xarakter daşıyır. Əsəd qüvvələrinin Soçi razılaşmasının sərhədlərini aşaraq TSQ-nin müşahidə məntəqələrini ələ keçirməsi, gecə hava hücumunda 33 nəfər türk əsgərinin şəhid etməsi (Əsəd qüvvələrinin gecə, dəqiq hava hücumu gerçəkləşdirə biləcək aviasiya vasitələrinə malik olmasına böyük şübhə ilə yanaşıram), TSQ-yə digər seçim yeri qoymadı. Nəticədə TSQ Suriyanın İdlib vilayəti ərazisində “Bahar Qalxanı” əməliyyatına başlamaq məcburiyyətində qaldı. Soçi razılaşmasının İdlib hava məkanını Türkiyə HHQ-nin pilotlu aviasiya vasitələrinin uçuşu üçün qapalı elan etməsi, bu əməliyyatın fərqli taktiki metodlarla aparılmasını tələb etdi. Nəticədə dünya ictimaiyyətinə indiyə qədər baş verən müharibələrdə heç rast gəlinməyən hərbi əməliyyatların yeni planlaşdırılması və aparılması metodlarına şahidlik etmək nəsib oldu.

TSQ-nin İdlib vilayətində pilotsuz uçan aparatları tətbiqi etməsi, sözün həqiqi mənasında müasir müharibə anlayışına da özünəməxsus yeniliklər əlavə edir. Yalnız İsrail tərəfindən məhdud miqyasda tətbiq edilən nöqtə atışlı zərbə PUA-larının və “sürü” dronlarının tətbiqi əməliyyatları, TSQ tərəfindən həm daha geniş miqyaslı, həm də uzunmüddətli və eşalonlaşdırılan əsl PUA müharibəsi ilə əvəzləndi. PUA-ların keçirdiyi əməliyyatlarda müxtəlif ölçülü və təyinatlı PUA-ların ardıcıl və məntiqli tətbiqinə xüsusi diqqət yetirildi. Əməliyyatlarda hədəfin yalnız zərbə PUA-ları ilə hücum edib, rəqibin hərbi obyektlərinin məhv edilməsindən ibarət olmadığı da diqqətləri çəkən məqamlar arasında yer aldı.

Əməliyyatların birinci fazasında yerüstü idarəetmə məntəqələrinin, HHM vasitələrinin və idarəolunan sursatların fəaliyyətinə müdaxilə etmək məqsədilə REM və idarəetmə modulu yerləşdirilən dronlar əməliyyat zonası üzərində fəaliyyətə başlayır. Onların ardınca artıq rəqibin görmədiyi kəşfiyyat və atəşi nizamlamaq üçün nəzərdə tutulan PUA-lar (bu PUA-lar lazer tuşlama sisteminə malikdir) havada görünür. Yalnız bundan sonra zərbə tipli “Bayrakdar TB2” ağır PUA-lar fəaliyyətə başlayaraq göstərilən hədəfləri silahlanmasında mövcud olan ağıllı sursatlarla məhv edir.

Əsas zərbələrdən sonra düşmənin texnikalardan məhrum olaraq sağ qalan şəxsi heyəti isə - əgər onlardan qalıqlar varsa - TSQ-nin piyada qüvvələrini əvəz edən dron “sürüsü”nün hücumuna məruz qalır. Sadəcə canını qurtarmağa çalışan əsgərin bir göz qırpımında 0.5 kq TNT ekvivalentində partlayıcı ilə yaxından “tanış” olması, təbii ki, həm prosesin sağ qalan digər iştirakçılarına, həm də onu kənardan izləyənlərə kifayət qədər qorxu hissi bəxş edir. Əslində sözügedən anın görüntülərinin düşmən üçün nə qədər tükürpədici olduğu həmin hücumlar zamanı başlanan panikanın miqyası ilə məlum olur.

Yayılan çoxsaylı videolardan məlum olur ki, “Bayraktar TB2” PUA-ları üçün HHM vasitələri, zirehli texnikalar, hərbi aerodromlar, qərargahlar, silah-sursat anbarları, komanda məntəqələri və şəxsi heyətin cəmləşmə rayonlarının potensial hədəf olaraq seçilməsi şansları daha yüksəkdir. Komanda məntəqəsində toplantı keçirən 3 nəfər (bəzi mənbələrdə isə 2 general və 1 polkovnik) rejim generalının “Bayraktar TB2” PUA-sının tək raket zərbəsi ilə məhv edilməsi, rəqib ölkənin hərbi rəhbərliyinin ən məxfi fəaliyyətlərinin belə TSQ nəzarətində olduğunu göstərir.

İki gün əvvəl ardıcıl olaraq rejimə məxsus 2 ədəd (bəzi mənbələrdə 3 ədəd) Rusiya istehsalı “Su-24” bombardmançısının vurulması isə hərbi əməliyyatlar teatrında həm ərazi, həm qüvvə, həm də mənəvi üstünlük nisbətini tamamilə TSQ-nin xeyrinə dəyişdi. Onlardan birinin Hələb üzərində vurulduğu artıq dəqiqdir. Bir çox mənbələr “Su-24” təyyarələrinin Türkiyənin F-16 qırıcıları ilə vurulduğunu (əslində bu fakt yenilik sayılmır, çünki hələ 2015-ci ildə eyni tip rus təyyarəsi Türkiyənin hava məkanını pozduğuna görə F-16 qırıcısının türk pilotu tərəfindən məhv edilib) bildirir. Lakin nəzərə alsaq ki, Türkiyə qırıcıları hələlik Suriyanın hava məkanına daxil olmur, o zaman haqlı olaraq sual yaranır: Hələb üzərindəki “Su-24” bombardmançısı F-16 ilə vurulmayıbsa, bəs nə ilə vurulub?

Burada yalnız iki versiya mövcud ola bilər:

1. Türkiyənin F-16 qırıcısı Suriya hava məkanına daxil olmadan, kəşfiyyat PUA-sı tərəfindən kifayət qədər radarlara yaxşı görünən “Su-24” bombardmançılarına yönəldilib;
2. “Su-24” qırıcısı zərbə tipli “Bayraktar TB2” PUA-sının “hava-hava” tipli idarəolunan raketi ilə məhv edilib.

Türkiyənin İdlib ətrafında uzaq və orta mənzilli HHM sistemləri olmadığına görə təyyarələrin bu ZRK-lar tərəfindən məhv edilmə versiyası birmənalı şəkildə istisna edilir.

İstənilən halda həm pilotlu vasitəyə pilotsuz aparatın hədəf göstərməsi, həm də pilotsuz vasitə ilə bombardmançının məhv edilməsi TSQ tarixində ilk dəfə baş verir. Bu hadisələr isə TSQ-nin texnoloji səviyyəsinin göstəricisi hesab edilir və hətta rəqib ölkə KİV-lərində ekspertlər tərəfindən dərin qısqanclıqla etiraf edilir.

Baş verən hadisələrin xronologiyasını və bu etirafları izləyərək belə qənaətə gəlmək mümkündür ki, İdlib ətrafında gedən döyüşlərdə iştirak edən Suriya ilə bərabər orada mövcud olan digər qüvvələr üçün də əməliyyatlarda PUA-ların pilotlu aviasiya vasitələrini əvəz etməsi, onların eşalonlaşdırılma ilə tətbiqi və s. kimi baş verən yeniliklər gözlənilməz olub. Əməliyyatların gedişi göstərir ki, Türkiyənin pilotsuz hava əməliyyatlarına hazırlıqsız yaxalanan rəqibləri, alışdıqları keçən əsrin konvensional mübarizə metodları ilə texnoloji müharibədə uğur əldə edə bilmirlər. Lakin əllərindən gələn başqa bir şey də yoxdur...

P.S. Yazı dərc olunmağa hazırlanarkən Türkiyə Milli Müdafiə Nazirliyi rejim güclərinə aid L-39 “Albatros” təlim-döyüş təyyarəsinin Türkiyə HHQ-si tərəfindən məhv edildiyini açıqladı. Qısa araşdırmadan sonra məlum oldu ki, bu dəfə rəqib hava vasitəsi F-16 qırıcısından buraxılan raket vasitəsilə vurulub. Əməliyyatın qısa xronologiyası yenə də öz unikallığı ilə fərqlənib. Belə ki, Suriya ərazisindən uçan PUA qırıcıya hədəf göstərir, qırıcı “hava-hava” raketini buraxır, müəyyən uçuş trayektoriyasını qət edən raket sonrakı mərhələdə PUA tərəfindən idarə edilərək hədəfə yönəldilir və hədəf məhv edilir. Türkiyəli mütəxəssislər raketin fəaliyyət radiusu çərçivəsində PUA tərəfindən digər hədəflərə kilidlənməsinin də mümkün olduğunu israrla iddia edirlər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bayraktar   TSQ   Suriya   PUA  

Hərb tarixində bir ilk| TSQ-nin PUA-sı qırıcıya hədəf göstərir, yoxsa bombardmançını məhv edir? (EKSPERT)

2020/03/04349-3166606166.jpg
Oxunub: 6573     13:02     04 Mart 2020    