İranın zənginləşdirilmiş uran ehtiyatı bir tona çatıb

2019/05/iran--1557902509.jpg
Oxunub: 513     10:34     04 Mart 2020    
İran nüvə anlaşmasından (Hərtərəfli Birgə Fəaliyyət Planı) tədricən çıxması ilə bağlı tempi artırıb və bu ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının həcmi 1020 kiloqrama çatıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) verib.

Almaniyanın DPA agentliyinin əldə etdiyi məlumata əsasən, İranda uran ehtiyatı ötən ilki BAEA-nın hesabatı ilə müqayisədə üç dəfə artıb.

Bundan başqa, Tehran BAEA müfəttişlərinin iki nüvə məntəqəsində yoxlama aparmasına icazə verməyib. BAEA rəhbəri Rafael Qrossi İranı nüvə agentliyi ilə əməkdaşlığı tam şəkildə bərpa etməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Nüvə  

İranın zənginləşdirilmiş uran ehtiyatı bir tona çatıb

2019/05/iran--1557902509.jpg
Oxunub: 514     10:34     04 Mart 2020    