PUA sahəsində Çin-İsrail əməkdaşlığı - ARAŞDIRMA (III YAZI)

2020/03/sotru-1583905087.jpg
Oxunub: 2452     11:32     19 Mart 2020    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

1960-1970-ci illərdə NATO ilə Varşava Paktı arasındakı qarşıdurmanın bir hissəsi olaraq, ABŞ və SSRİ-də taktiki kəşfiyyat üçün nəzərdə tutulan reaktiv mühərriklərə malik ağır pilotsuz uçuş aparatların yaradılması həyata keçirildi. Fövqəldövlətlərin hərbi rəhbərliyi, yüngül sinif dronlarını əhəmiyyətli döyüş potensialından məhrum olan bahalı oyuncaqlar hesab edirdilər.

İsrail 1980-ci illərin əvvəllərində Suriyanın hava hücumundan müdafiə sistemini məhv etmək üçün nisbətən kiçik PUA-lardan fəal istifadə etdikdən sonra bu sahədə çox şey dəyişdi. Bu hadisələrdən sonra bir sıra ölkələrdə təkcə hava hücumundan müdafiə sistemləri üçün hədəf kimi çıxış etməyə və düşmənin arxa cəbhələrində kəşfiyyat aparmağa qadir olan deyil, həm də zərbə vasitələri kimi istifadə edilən yüngül və orta sinif dronların inkişafına başlandı.

ASN-104, ASN-105 və ASN-205 pilotsuz uçuş aparatları

İcmalın birinci və ikinci hissəsində qeyd edildiyi kimi, 1980-ci illərin əvvəllərinə qədər Çin hərbi qüvvələri PUA əməliyyatında müəyyən təcrübəyə sahib idi. Qoşunlarda radio ilə idarə edilən, yüngül, çox primitiv və aşağı gücə malik porşenli mühərriklərdən istifadə edən modellər istismar edilirdi. Bu dronların əsas məqsədi zenit artilleriya heyətlərini hazırlamaqdan ibarət idi. Texnoloji baxımdan daha inkişaf etmiş reaktiv pilotsuz hədəflər və kəşfiyyat vasitələri əsasən ABŞ və Sovet modelləri əsasında yaradılırdı.

ÇXR-də baş verən inkişaf və Qərb şirkətləri ilə əməkdaşlıq, cəbhə bölgəsində kəşfiyyat üçün istifadə edilə bilən kiçik pilotsuz vasitələrin hazırlanmasını, mənimsənilməsini, artilleriya atəşinin tənzimlənməsini və düşmən radarlarının basdırılmasını təmin etdi.

1985-ci ildə sonradan ASN-104 təyinatını alan D-4 PUA-sının təcrübə istismarına başlandı. Uzaqdan idarə edilən bu vasitə, Xian Tədqiqat İnstitutundakı PUA laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb (sonradan “Xian Aisheng Technology Group”a çevrildi). Onun hazırlanmasında əsasən karbon lifi ilə möhkəmləndirilən şüşə plastikdən istifadə edildi.

ASN-104 PUA-sı

ASN-104, Çinin əvvəlki radio ilə idarə olunan “Va-2” və “Va-7” hədəf PUA-ları ilə eyni sxemdə hazırlanır. Bu miniatür porşenli təyyarəyə bənzəyir və aparatın ön hissəsində quraşdırılan dörd silindrli, hava ilə soyudulan, ikitaktlı, porşenli və 30 at gücündə olan HS-510 mühərriki ilə təchiz edilir. Onun qanad açılımı 4.3 m, uzunluğu isə 3.32 metrdir.

Əvvəlcə aparat bərk yanacaq sürətləndiricisini istifadə edərək qoşqudakı atıcı qurğudan buraxılırdı. Daha sonra isə atıcı qurğu “Dongfeng” EQ 1240 hərbi yük maşınının üzərinə yerləşdirildi. Enmə paraşütdən istifadə edərək həyata keçirilirdi.

Zamanına görə ASN-104 yaxşı xüsusiyyətlərə malik idi. Uçuş kütləsi 140 kq olan PUA yerüstü stansiyasından 60 km məsafədə kəşfiyyat apara bilirdi. Həcmi 18 litr olan yanacaq çəni 2 saat uçuş üçün kifayət edirdi. Maksimal sürət saatda 250 km, kreyser sürəti isə saatda 150 km idi. Maksimum uçuş yüksəkliyi 3200 m, daşıdığı foto və kameralar kimi faydalı yükün kütləsi isə 10 kq-a qədər idi.

Avtopilot, uzaqdan idarəetmə sistemi, telemetriya sistemi və televiziya siqnal ötürücü cihazları ilə təchiz edilən pilotsuz aparat yerüstü stansiyanın nəzarəti altında və ya əvvəlcədən müəyyən edilən proqrama əsasən uçuş həyata keçirə bilirdi. PUA bölməsinin tərkibinə 6 ədəd aparat, 3 ədəd atıcı qurğu, məsafədən idarəetmə və kəşfiyyat məlumatlarını real vaxt rejimində qəbul etmək üçün avadanlıqları olan komanda və idarəetmə maşını, həmçinin fotomaterialların emalı laboratoriyası daxildir.

Qərb mediasının məlumatlarına görə, ilk ASN-104 eskadrilyası 1989-cu ildə döyüşə hazır vəziyyətə çatdırılıb. Qansu şəhərindəki Dingxin təlim poliqonunda təlim keçdikdən sonra, dronlarla təchiz olunan bölmələr SSRİ və Vyetnamla sərhəd bölgələrdə yerləşən Heilongjiang və Yunnan şəhərlərinə göndərildi.

ASN-104 PUA-sının istismar təcrübəsini analiz edən Çin hərbi rəhbərliyi, dizaynerlərə kəşfiyyat məsafəsini artırmaq və texnikanın tərkibinə bir gecə kanalını daxil etmək vəzifəsi qoydu. 1990-cı illərin əvvəllərində bu tələblərə uyğun olaraq silahlanmaya qəbul edilən aparat ASN-105 təyinatını aldı. Bu aparat da görünüşünə görə ASN-104 PUA-sını xatırladır, lakin ondan daha böyükdür.

ASN-105 PUA-sı

Çin mediasında yayımlanan məlumatlara görə, ASN-105 PUA-sı döyüş vəziyyətındə 170 kq kütləyə malik olur. Qanad açılımı 5 m, uzunluğu 3.75 m olan yeni PUA-nın maksimal sürəti ASN-104-lə müqayisədə azalaraq 200 km/saat təşkil etdi. Lakin bu göstərici pilotsuz kəşfiyyat vasitəsinin uçuş müddətini 6 saata qədər artdırdığı üçün bir o qədər də vacib hesab edilmədi. ASN-105A modifikasiyasında uçuşun maksimal hündürlüyü 5000 m-ə qədər artırıldı, bu isə həm qısa mənzilli mobil zenit artilleriya vasitələrinə, həm də qısa mənzilli ZRK-lara qarşı həssaslığı azaltdı.

Yeni idarəetmə cihazlarının, hündürlüyü 18 m olan teleskopik antenin istifadəsi və televiziya ötürücüsünün gücünün artması sayəsində PUA-nı 100 km məsafədə idarə etmək və onda televiziya şəkilləri əldə etmək mümkün oldu. Qaranlıq şəraitdə gecəgörmə kameralarından istifadə olunur.

2009-cu ildə ÇXR-in qurulmasının 60 illiyinə həsr olunan hərbi paradda ASN-105B təyinatını alan təkmilləşdirilən versiya nümayiş etdirildi. Nəqliyyat atıcı maşını olaraq üçoxlu “Dongfeng” EQ1240 hərbi maşınından istifadə edilir.

Pilotz vasitənin korpusu və güc qurğusu xüsusi dəyişikliklərə məruz qalmasa da, onun elektron avadanlıqları xeyli təkmilləşdirildi. Yerüstü idarəetmə avadanlıqları tam kompüterləşdirilib, elektron qurğularının isə yeni bir element bazasına keçirildiyi bildirilir.

“Beidou” peyk naviqasiya sisteminin istifadəsi sayəsində müşahidə olunan obyektlərin koordinatlarını müəyyənləşdirmək dəqiqliyi artıb, bu isə artilleriya atəşinin tənzimlənməsi və təyyarələrin hədəf təyinatında səmərəliliyini artırıb. Bundan əlavə, pilotsuz vasitəni proqram rejimində istifadə etdikdə və ya idarəetmə kanalı itirildikdə, onun buraxılış nöqtəsinə qayıtmaq ehtimalı yüksəkdir. Uçuş zamanı əldə edilən bütün kəşfiyyat məlumatları elektron daşıyıcıda qeyd edilir. ASN-105 PUA-sının sonrakı inkişaf versiyası ASN-215 aparatı oldu. Yeni aparatın kütləsi 220 kq-a qədər artdı, lakin ölçüləri ASN-105 PUA-sı ilə eyni qaldı.

ASN-215 PUA-sı

Faydalı yükün kütləsinin artması səbəbindən PUA-ya yüksək gücə malik mühərrik quraşdırmaq və onun yanacaq sərfiyyatını azaltmaq lazım idi. Bu səbəbdən uçuş müddəti 5 saata endirildi. Maksimum uçuş yüksəkliyi 3300 m-dən çox deyil, maksimum sürət saatda 200 km, kreyser sürəti isə saatda 120-140 km-dir. Ötürücünün gücünün artması idarə olunan aparatın uçuş məsafəsini 200 km-ə qədər artırmağa imkan verib. Televiziya kamerasından alınan məlumatlar rəqəmsal kanal vasitəsilə idarəetmə məntəqəsinə ötürülür.

ASN-104/105 ilə müqayisədə real vaxt rejimində ötürülən görüntünün keyfiyyəti xeyli yaxşılaşıb. ASN-205 PUA-sının füzelyajının aşağı hissəsindəki sabitləşdirilən,dönə bilən platformaya gecəgündüz kamerası yerləşdirilib. Bu kamera aparatın istiqamət və mövqeyindən asılı olmayaraq hədəfi izləməyə imkan verir. Döyüş istifadəsi imkanlarını genişləndirmək üçün modul tipli faydalı yük yerləşdirmə variantından istifadə edilib. Zərurət yarandıqda vizual kəşfiyyat avadanlığı əvəzinə PUA-ya maneə ötürücüsü və ya ultra-qısa dalğalı radio siqnalların təkrarlayıcısı quraşdırıla bilər.

Yüngül ASN-104, ASN-105 və ASN-215 PUA-ları böyük seriyalarla istehsal edilib və hələ də silahlanmadadır. Bu aparatlar vahid platforma bazasında yaradılan PUA ailəsinin xüsusiyyətlərinin təkamül və inkişafının yaxşı bir nümunəsidir. Bu nisbətən ucuz və sadə qurğular alay və divizion səviyyəsində, əsasən düşmən arxasında kəşfiyyat və döyüş bölgəsini müşahidə etmək üçün nəzərdə tutulurdu. Yüksək qətnaməli kameraların və peyk naviqasiyasının istifadəsi sayəsində artilleriya atəşini dəqiq tənzimləmək mümkün oldu. Sonradan silahlanmadan çıxarılan köhnə PUA-lar həm quruda, həm də dənizdə zenit heyətlərinin döyüş hazırlığı prosesində hədəf kimi fəal istifadə edildi.

Çin və İsrail arasında PUA sahəsində əməkdaşlıq

Qəribə görünsə də, XX əsrin sonlarında Çin yüngül və orta sinif pilotsuz uçuş aparatlarının yaradılmasında Rusiyanı qabaqladı və bu üstünlük indi də müşahidə olunur. Bunu əsasən Sovet generalları tərəfindən dronların rolunun başa düşülməməsi və İttifaqda 1980-ci illərin ortalarında başlayan ümumi sosial-iqtisadi tənəzzüllə əlaqələndirirlər.

Çinin yüksək rütbəli hərbçiləri isə onu İsrail PUA-larının Livanda istifadəsindən nəticə çıxararaq, texnoloji cəhətdən inkişaf etmiş düşmənlə qarşılaşmada belə, düzgün istifadə edildiyi təqdirdə, hərbi əməliyyatların gedişatına nəzərəçarpan təsir göstərə bilən ucuz və olduqca səmərəli mübarizə vasitəsi hesab etdlər. 1980-ci illərin ikinci yarısında Çinin mərkəz hissəsində yerləşən Sian şəhərindəki 365-ci Elmi-Tədqiqat İnstitutu Çin dronlarının aparıcı inkişaf etdirici və istehsalçısı oldu.

ASN-105 və ASN-206 PUA-ları 365-ci Elmi-Tədqiqat İnstitutunun hazır məhsullar emalatxanasında

Uğurlu PUA xətti yaradan çinli dizaynerlərin nailiyyətləri sıfırdan yaranmayıb. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş yaxın Çin-İsrail əməkdaşlığı və İsrail dronlarında quraşdırılan idarəetmə, videoqeydiyyat və məlumatların ötürülmə sistemlərinin Çində kopyalarının hazırlanması qabiliyyəti ilə əlaqədardır. Bildiyiniz kimi, 1980-ci illərdə İsrail PUA-ların yaradılmasında əhəmiyyətli uğurlara imza atdı, hətta ABŞ belə ondan geri qaldı.

Çin rəhbərliyinin İsrail texnologiyasına girişi 1980-ci illərin əvvəllərində, Çin rəhbərliyinin sərt anti-Sovet açıqlamalarından və əfqan mücahidlərinə əhəmiyyətli hərbi və maliyyə dəstəyidən sonra mümkün oldu. Çin artıq Qərb ölkələri tərəfindən SSRİ ilə hərbi qarşıdurma vəziyyətində mümkün müttəfiq kimi qəbul edilməyə başlandı. 1950-1960-cı illərdə inkişaf etmiş sovet tipli avadanlıq və silahlarla təchiz edilən Çin ordusunun modernləşdirilməsi üçün ABŞ-ın xeyir-duası ilə bir sıra Avropa və Qərb şirkətləri ÇXR ilə hərbi-texniki də sahədə əməkdaşlığa başladı. Nəticədə, Çin şirkətləri o dövrün müasir avionika, turboreaktiv mühərriklər, rabitə və idarəetmə vasitələri kimi vacib hərbi texnologiyalara giriş imkanı əldə etdi.

Fərdi komponentlər və birləşmələr almaqla yanaşı, Çin idarəolunan aviasiya raketləri, radarlar, təyyarələr və helikopterlərin istehsalı üçün lisenziyalara sahib oldu. Tiananmen meydanındakı hadisələrlə əlaqədar 1989-cu ildə ÇXR-in Qərb ölkələri ilə hərbi-texniki əməkdaşlığı başa çatsa da, əvvəlki illərdəki əməkdaşlıq Çin müdafiə sənayesinin texnoloji səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltdi və müasir modellərlə ordunun modernləşdirilməsinə şərait yaratdı.

ASN-206, ASN-207 və ASN-209 pilotsuz uçuş aparatları

Çin-İsrail əməkdaşlığının ən parlaq nümunələrindən biri, 365-ci Elmi-Tədqiqat İnstitutu (Sian Şimal-qərb Politexnik Universitetinin pilotsuz uçuş aparatları ilə məşğul olan bölməsi) və yerüstü idarəetmə sistemlərinin yaradılmasında kömək edən İsrailin “Tadiran” şirkəti tərəfindən birgə hazırlanan ASN-206 PUA-sı oldu. ASN-206 rəqəmsal idarəetmə sistemi, vahid radiostansiya və inkişaf etmiş digər uçuşa nəzarət avadanlıqları əldə etdi.

ASN-206-nın inkişafı 1987-ci ildən 1994-cü ilə qədər davam etdi. 1996-cı ildə onu Zhuhai beynəlxalq aviasiya sərgisində xarici mütəxəssislər üçün sürpriz olaraq təqdim etdilər. Buna qədər Çinin bu sinif PUA-nı müstəqil şəkildə hazırlaya biləcəyinə inanılmırdı.

ASN-206 PUA-sı

Maksimum 225 kq uçuş kütləsinə malik PUA-nın qanad açılımı 6 m, uzunluğu 3.8 m, maksimal uçuş sürəti 210 km/saat, uçuş yüksəkliyi 6000 m, yerüstü nəzarət stansiyasından maksimum məsafəsi 150 km-dir. Havada 6 saata qədər qala bilən aparat 50 kq faydalı yük daşıya bilir. Layihəyə görə, ASN-206 PUA-sı, 51 at gücündə HS-700 porşenli mühərrikə malikdir. Füzelyajın aşağı ön hissəsində quraşdırılan optik elektron müşahidə cihazlarının görünüş sektoru kifayət qədər genişdir.

PUA-nın buraxılması bərk yanacaq sürətləndiricisindən istifadə etməklə yük maşınının şassisindəki atıcı qurğudan həyata keçirilir. Enmə üçün paraşütdən istifadə edilir. ASN-206 eskadrilyasının tərkibinə 6-10 ədəd dron, 1-2 atıcı qurğu, idarəetmə maşını, informasiya qəbulu və emalı maşını, mobil enerji təchizatı maşını, yanacaqdoldurma maşını, kran, texniki yardım vasitələri, PUA və personalın daşınması üçün nəqliyyat vasitələri daxildir. Avadanlıqları, mikroavtobusda quraşdırılan idarəetmə stansiyası istisna olmaqla, bütün digər sadalanan komponentləri yüksək keçicilik qabiliyyətinə malik yük maşının şassisində hazırlanır.

Təyinatından asılı olaraq ASN-206 PUA-larının müxtəlif versiyaları yüksək qətnaməli monoxrom və rəngli kameralarla təchiz oluna bilər. Pilotsuz təyyarədə üç ədəd gündüz kamerası üçün yer mövcuddur, bunların hər birini infraqırmızı kamera ilə əvəz etmək mümkündür. Sonrakı versiyalarda, 354 mm diametrli, dairəvi fırlanma və + 15°/-105° şaquli müşahidə bucaqlarına malik bir ədəd optik-elektron kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemi quraşdırıldı.

Alınan məlumatlar yerüstü stansiyaya real vaxt rejimində ötürülə bilər. Alternativ olaraq, pilotsuz təyyarə 20 ilə 500 MHz arası diapazonda çalışan JN-1102 maneə yaratma stansiyası ilə təchiz oluna bilər. JN-1102 avadanlığı avtomatik olaraq havanı “darayır” və düşmən radiostansiyalarına müdaxilə edir və maneələr yaradır.

ASN-206 PUA-sı üçün daha bir inkişaf variantı, 1999-cu ildə silahlanmaya qəbul edilən ASN-207 (WZ-6 kimi də tanınır) oldu. Uçuş kütləsi 480 kq olan aparatın uzunluğu 4.5 m, qanad açılımı isə 9 m təşkil edir. Maksimal sürət 190 km/saat olan PUA, 6000 m yüksəklikdə 100 kq faydalı yük daşıya bilir. Uçuş müddəti 16 saat, uçuş məsafəsi isə 600 km-dir.

ASN-207 PUA-sı əvvəlki model kimi, fırlanan sabit platformaya quraşdırılan gündüz/gecə optik-elektron avadanlıq və lazer məsafəölçəni və hədəf göstərən qurğu daşıyır. Yüksək tezlikli rəqəmsal siqnal birbaşa görmə xətti boyunca yayıldığından, pilotsuz vasitəni maksimum məsafədə idarə etmək üçün TKJ-226 pilotsuz siqnal təkrarlayıcısından istifadə olunur.

TK 226 aparatı ASN-207 PUA-sına əsaslanır və onunla eyni pilotsuz eskadrilya tərkibində istifadə olunur. Xarici görünüşünə görə bu modifikasiya kəşfiyyat versiyasından şaquli antenlərinin mövcudluğu ilə fərqlənir.

XXI əsrin ilk ilində də, Çin mediasında optik elektron müşahidə sistemi ilə birlikdə istifadə olunan göbələkşəkilli radar antenaya malik ASN-207 modifikasiyasının görüntüləri yayımlandı. Bəzi mənbələr dronun bu modelinin BZK-006 təyinatı aldığını iddia edirlər. Radarın xüsusiyyətləri və məqsədi məlum deyil, lakin çox güman ki, zəif hava şəraitində kəşfiyyat aparmaq üçün nəzərdə tutulub. İriqabaritli radarın quraşdırılması zamanı frontal müqavimət artdığından, BZK-006 PUA-sının uçuş müddəti 12 saat oldu.

BZK-006-nın uçuşu mobil avadanlıq otağında yerləşən iki operator tərəfindən davamlı olaraq izlənilir. Onlardan biri pilotsuz vasitənin hava məkanında yerləşməsinə cavabdehdir, digəri isə kəşfiyyat məlumatlarını toplayır.

Radiomaneə yaradan RKT-164 PUA-sının buraxılması

RKT164 PUA-sı düşmənin ultra-qısa dalğa diapazonunda çalışan düşmənin radio şəbəkələrini basdırmaq üçün nəzərdə tutulub. Bu pilotsuz vasitədə, göbələkşəkilli antenin yerində şaquli anten quraşdırılır.

2010-cu ildə Zhuhaidə keçirilən aviaşouda onun DCK-006 kimi tanınan zərbə tipli modifikasiyası nümayiş etdirildi. Pilotsuz vasitənin qanadları altında 4 ədəd lazerlə idarə olunan, raket yerləşdirilən asqılar mövcuddur.

Çin Xalq Azadlıq Ordusunun artilleriya kəşfiyyat bölmələri, hazırda artilleriya atəşini nizamlamaq üçün xüsusi olaraq hazırlanan JWP01 və JWP02 PUA-ları ilə kütləvi şəkildə təchiz edilir.

Kütlə və ölçüsünə görə ASN-206 və ASN-207 PUA-ları arasında aralıq mövqe tutan ASN-209 aparatları yerdəki döyüş bölgəsini müşahidə etmək, yerüstü hədəfləri axtarmaq və izləmək, artilleriya atəşini nizamlamaq və sərhəd patrullarını idarə etmək üçün nəzərdə tutulur.

ASN-209 PUA-sı

Uzunluğu 4273 mm, qanad açılımı 7500 mm, uçuş kütləsi 320 kq olan bu model əvvəldən ixrac üçün nəzərdə tutulub. Faydalı yükü 50 kq olan pilotsuz vasitə 5000 m yüksəklikdə, idarəetmə məntəqəsindən 200 km məsafədə 10 saatdan çox olmamaqla fəaliyyət göstərə bilir. Bu PUA bölməsi 3 ədəd ASN-209 tipli pilotsuz uçuş aparatından, 3 ədəd atıcı qurğusu olan nəqliyyat vasitəsindən, idarəetmə məntəqəsindən və dəstək qurğularından ibarətdir.

2011-ci ildə ASN-209 PUA-sı potensial alıcılara təklif olundu və artıq 2012-ci ildə Misirlə 18 ədəd aparatın tədarükü üçün müqavilə bağlandı. Çin məlumatlarına görə, ASN-209-un ixrac dəyəri İsrail və ABŞ-da hazırlanan oxşar sinif vasitələrə nisbətən təxminən 40% aşağıdır. Sövdələşmənin şərtlərindən biri də Çin texnologiyalarının transferi və Misir müəssisələrində onların istehsal prosesinin yaradılmasına kömək etməkdən ibarət idi.

Beləliklə, qısa bir müddət ərzində Çin texnologiya idxalçısından qlobal silah bazarında olduqca rəqabətədavamlı pilotsuz uçuş aparatlarının ixracatçısına çevrildi.

ASN-15 və ASN-217 yüngül PUA-ları

1990-cı illərin ortalarından başlayaraq 365-ci Elmi-Tədqiqat İnstitutu İsrail texnologiyası əsasında yaxın məsafəli gündüz vizual kəşfiyyatın aparılması üçün nəzərdə tutulan yüngül sinifə aid ASN-15 PUA-sını inkişaf etdirir. Pilotsuz vasitə 1997-ci ildə ÇXAO-nun quru qoşunlarının bölmələrinin silahlanmasına daxil olub. Onu ictimaiyyətə 2000-ci ildə təqdim ediblər.

ASN-15 PUA-sının buraxılışına hazırlıq

Təxminən 7 kq kütləyə malik PUA silahlanmaya qəbul edilməyən ASN-1 aparatı bazasında yaradıldı, əsas çatışmazlığı mükəmməl idarəetmə avadanlığı və ötürülən televiziya şəklinin aşağı keyfiyyətindən ibarət idi. Bundan fərqli olaraq, ASN-15 yeni nəsil miniatür televiziya kamerası və kifayət qədər güclü televiziya siqnal ötürücü ilə təchiz edildi. ASN-15 yerdən idarəetmə nöqtəsindən 10 km məsafədə, təxminən bir saat havada qala bilirdi. Miniatür ikitaktlı benzin mühərriki maksimum 80 km/saat sürəti təmin edirdi. Uçuş yüksəkliyi 3 km olan PUA-nın qanad açılımı 2.5 m, uzunluğu 1.7 m idi. Mühərrikin və pərin qanadın yuxarı hissəsində yerləşməsi səbəbindən, aparat füzelyaj üzərində yerə enə bilirdi.

Yüngül ASN-15 PUA-sının sonrakı inkişafı ASN-217 oldu. Bu aparat daha müasir müşahidə avadanlığı ilə təchiz olundu. Onun elektrik mühərriki isə batareyadan qidalanaraq hava pərlərini hərəkət etdirir.

ASN-217 PUA-sı

ASN-217 PUA-sının üçün kütləsi 5.5 kq, üfüqi uçuşda sürəti saatda 110 km, kreyser sürəti 45-60 km/saat, havada qalma müddəti 1.5 saata qədər, yerüstü stansiyasından fəaliyyət məsafəsi 20 km-dir. PUA 2010-cu ildə Zhuhaidə nümayiş etdirildi, lakin hazırkı vəziyyəti məlum deyil. Bir sıra mütəxəssislər onun bazasında partlayıcı yük daşıyan və yer hədəflərinə hücum üçün nəzərdə tutulan birdəfəlik pilotsuz vasitələrin yaradıla biləcəyinə inanırlar.

JWS01 və ASN-301 gəzən sursatlar

1995-ci ildə ÇXAO İsrailin “kamikadze dron” ailəsindən olan IAI “Harpy” PUA-sını əldə etdi. Bu ailənin “qatil dronları”nın ilk modelləri 1980-ci illərin sonlarında yaradıldı, gələcəkdə isə bir neçə yeni versiyaları meydana çıxdı. Onlar təcrübədə tətbiq olunan “gəzən döyüş sursatı”nın ilk layihələrindən biri oldu.

“Israel Aerospace Industries” şirkəti kəşfiyyat apara və hava hücumundan müdafiə sistemlərini vura bilən kompakt və nisbətən ucuz bir aparat yaratmağa müvəffəq oldu. Sonradan “Harpy” yalnız zərbə versiyada istehsal edildi, müşahidə tapşırıqları digər pilotsuz uçuş aparatlarına ötürüldü.

“Harpy” PUA-sı

“Harpy” PUA-sı silindrik füzelyaj və “uçan qanad” sxeminə əsasən tərtib edilib. Aparatın arxasına itələyici pərə malik 37 at gücündə daxili yanma mühərriki yerləşdirilib. “Harpy” 32 kq ağırlığında yüksək partlayıcı parçalanma döyüş başlığı daşıyır, avtopilot və passiv özütuşlanan radiolokasiya başlığı ilə təchiz edilir. Onun uzunluğu 2.7 m, qanad açılımı 2.1 m, uçuş kütləsi 125 kq, sürət saatda 185 km, uçuş məsafəsi isə 500 km-dir. Buraxılması, barıt yükündən istifadə edilərək konteyner tipli atıcı qurğudan həyata keçirilir.

Geri qaytarılması və təkrar istifadəsi təmin edilmir. Buraxıldıqdan sonra “Harpy” avtopilotun nəzarəti altında patrul rayonuna çıxır. Müəyyən edilən nöqtədə passiv özütuşlanan radiolokasiya başlığı fəaliyyətə başlayır və düşmənin yerüstü radarlarını axtarır. RLS siqnallarını aşkar etdikdə, PUA avtomatik olaraq mənbəyə yönəldilir və döyüş başlığının partladılması ilə hədəfi məhv edir.

RLS əleyhinə raketlərdən fərqli olaraq, “Harpy” bir neçə saat istədiyiniz ərazidə qalaraq siqnalın tapılmasını gözləyə bilir. PUA-nın kiçik EPR-ə malik olması səbəbindən onun RLS vasitələri ilə aşkarlanması çətindir.

2004-cü ildə Çin inkişaf edən “qatil dronların” yeni “Hapry-2” versiyasının tədarükü və artıq istifadə etdiyi PUA-ların modernləşdirilməsi üçün müqavilə bağlamaq niyyətində olduğunu bildirdi. Lakin ABŞ buna qarşı çıxdı və beynəlxalq bir qalmaqal baş verdi. Nəticədə, ÇXR-ə əvvəllər gətirilən yeni döyüş sursatlarının modernləşdirilməsindən və yenilərin satışından imtina edildi. Lakin artıq Çin sənayesi bu tip məhsulları özü yarada biləcək səviyyəyə çatıb.

“Harpy”nin Çin versiyası JWS01 olaraq təyin edildi. Ümumiyyətlə İsrail şirkətinin İAI məhsuluna bənzəyir, lakin bir sıra fərqlərə malikdir. Hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tutulan Çin döyüş sursatları üçün, müxtəlif tezlik diapazonlarında fəaliyyət göstərən iki növ bir-birini əvəz edən özütuşlanan başlıq mövcuddur ki, bu da potensial hədəflərin dairəsini xeyli genişləndirir. JWS01 buraxıldıqdan sonra tamamilə avtonom hərəkət edir və əvvəlcədən təyin edilən proqrama uyğun olaraq uçuşu həyata keçirir.

JWS01 PUA-sının atıcı qurğusu

“Beiben North Benz” ərazi yük maşını şassisi üzərində yerləşdirilən mobil atıcı qurğu 6 ədəd JWS01 PUA-sı daşıyır. Bölməyə 3 ədəd özüyeriyən atıcı qurğu, radiotexniki kəşfiyyat stansiyası və mobil komanda məntəqəsi daxildir. 2017-ci ilin fevral ayında Abu Dabidə keçirilən IDEX 2017 silah və hərbi texnika sərgisində təkmilləşdirilən ASN-301 modeli təqdim edildi. Təkmilləşdirilən “kamikadze dronu”nun füzelyajının aşağı və yuxarı hissəsində - mütəxəssislərin fikrincə - dronun hərəkətlərini uzaqdan tənzimləməyə imkan verən əlavə antenlər quraşdırılır.

Beləliklə, 1980-1990-cı illərdə Çində Xalq Qurtuluş Ordusunu yüngül və orta sinif pilotsuz uçuş aparatları ilə tam təchiz etməyə imkan verən elmi və texniki potensialın yaradıldığını söyləmək mümkündür. Üstəlik, Çin PUA istehsalçıları əvvəllər bu seqmentdə dominant mövqe tutan İsrail və ABŞ şirkətlərini beynəlxalq bazarda fəal şəkildə sıxışdırırlar.

(Ardı var...)
Yazı Sergey Linnikin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   İsrail   PUA  

PUA sahəsində Çin-İsrail əməkdaşlığı - ARAŞDIRMA (III YAZI)

2020/03/sotru-1583905087.jpg
Oxunub: 2453     11:32     19 Mart 2020    