““Taliban”la barışıq sazişi ABŞ-ın Çinə diqqətinin yönəltmək məqsədinin bir hissəsidir” - Esper

2020/03/45645-1583135085.jpg
Oxunub: 563     11:57     02 Mart 2020    
Şənbə günü Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” qiyamçıları arasında birincinin Əfqanıstandan təxminən 13,000 hərbi qulluqçunun çıxarılması üçün təqvim planını nəzərdə tutan sülh sazişi imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Müdafiə naziri Mark Esper Əfqanıstanın paytaxtı Kabul şəhərində saziş barədə danışıb.

O bildirib ki, saziş gələcəkdə Çin ilə gələcək potensial qarşıdurmaya daha çox diqqət ayırması üçün şans ola bilər.

“Prezident Trampın Amerika qoşunlarının Əfqanıstandan çıxarılması üçün qapı açan “Taliban”la barışıq sazişi Birləşmiş Ştatların hərbi qaynaqlarını Çin ilə gələcək bir müharibəyə hazırlaşmağa yönəltmək üçün daha geniş hədəfin bir hissəsidir”, - deyə Esper qeyd edib.

Esper ABŞ-ın Çin və Rusiyadan döyüş sahəsində, o cümlədən kosmosda, hipersəs raketlər və müasir nüvə silahları kimi strateji silahlarda bir addım öndə olmasının lazım olduğunu dilə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   Esper  

““Taliban”la barışıq sazişi ABŞ-ın Çinə diqqətinin yönəltmək məqsədinin bir hissəsidir” - Esper

2020/03/45645-1583135085.jpg
Oxunub: 564     11:57     02 Mart 2020    