2С31 “Vena”: Qarabağ hərbi əməliyyatlar teatrı üçün yüksək texnoloji ÖAMQ

2020/03/VENA_-1583904261.jpg
Oxunub: 3214     13:13     17 Mart 2020    
Açıq mənbələrdəki rəsmi məlumatlara görə, Azərbaycan Rusiyanın unikal 120 mm-lik özüyeriyən artilleriya və minaatan qurğusu (ÖAMQ) 2S31 “Vena”nın yeganə xarici operatorudur. Bu fakt istehsalçının qurğuya aid elan etdiyi texniki parametrləri və ya istismar xüsusiyyətləri ilə qətiyyən əlaqəli deyil. Sadəcə “Vena” ən inkişaf etmiş rəqəmsal tuşlama və atəş sistemləri ilə təchiz olunur, bu isə Permin Motovilixinski zavodunun məhsulunu çox bahalaşdırıb.

İlk dəfə BƏƏ-də keçirilən IDEX-97 beynəlxalq sərgisində təqdim edilən və bir sıra dərin modernizasiya prosesləri keçirən “Vena” canlı qüvvəni, artilleriya və minaatan batareyalarını, raket qurğularını, yüngül zirehli və zirehli hədəfləri, atəş vasitələrini və idarəetmə məntəqələrini 13 km-ə qədər məsafədə basdırmaq üçün nəzərdə tutulur. Eyni zamanda mərmi partlayışlarının nəticələrinə görə avtomatik olaraq öz atəşini tənzimləyir və 25 km məsafədə gecə-gündüz rejimində müstəqil olaraq hədəflərin kəşfiyyatını apara bilir. Sistem atəş mövqeyini əvvəlcədən hazırlamadan qapalı mövqelərdən və ya birbaşa tuşlama ilə hədəflərə atəş aça bilir.

Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə ətraf mühit məlumatlarını əldə etmək üçün qurğunun bütün fəaliyyətinə GPS/GLONASS yerləşdirmə sistemlərinə birləşdirilən bort kompüter və altimeter ilə nəzarət olunur. Bu isə “Vena” qurğusunu Qarabağ teatrında istifadə üçün əvəzedilməz edir.

“Vena” ekipajı məlumatları aldıqdan cəmi 20 saniyə sonra hədəfə zərbə endirməyə hazır olur. Yürüşdə səfər vəziyyətindən döyüş vəziyyətinə keçmək üçün ona yalnız 1 dəqiqə vaxt lazımdır.

Bu qurğunun yarımavtomat yivli top - haubitsa-minaatanı, istehsalçı ölkədən asılı olmayaraq, bütün 120 mm-lik mərmilərlə 7000 metrə qədər, xarici yivli AWSM-lərdən istifadə etməklə 17500 m-ə qədər, xüsusi yivli mərmilərlə 10000 m-ə qədər, “Kitolov-2” yarımaktiv tuşlama başlıqlı idarəolunan sursatla isə 2000-12000 m məsafədə atəş aça bilir.

“Vena” qurğusunun daşıdığı döyüş sursat dəsti 70 ədəddir, atəş tezliyi isə dəqiqədə 8-10 ədədir. Bu o deməkdir ki, belə bir “Vena” batareyası bir neçə dəqiqə ərzində düşmənin müdafiə mövqelərinin altını üstünə çevirib, sonra isə layiqli sürətlə gözdən itə bilər.

“Vena” ÖAMQ-nin digər bir fərqləndirici xüsusiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının silahlanmasında mövcud olan BMP-3 bazasında olmasıdır. Məhz bu funksiya maşının təmirə yararlılığına imkan yaradır. Gələcək ekipajların bu piyada döyüş maşınlarının stimulyatorlarında təlim keçməsi, yanacağa, resurslara və sursata qənaət edilməsinə şərait yaradır.

• baza: BMP-3
• kütlə: 19.08 t
• heyət: 4
• zireh: güllə keçirməyən
• aktiv müdafiə: TŞU-2 “Ştora-1”
• əsas silahı: 2A80 yivli top-qaubitsa-minaatan (120 mm)
• çapı: 120 mm
• sursat dəsti: 70 mərmi
• şaquli tuşlama bucaqları: −4 ... + 80 °
• üfüqi tuşlama bucaqları: 360 °
• minalarla atəş zonası: 7000-17500 m
• mərmilərlə atəş məsafəsi: 10000 m
• idarəolunan mərmilərlə atəş məsafəsi: 2000-12000 m
• əlavə silahlar: PKTM (7.62 mm)
• mühərrik: UTD-29 (450 at gücündə)
• xüsusi güc, a.g / t: 26
• magistralda sürəti: saatda 70 km
• suda sürəti: 10 km / saat
• ehtiyat məsafəsi: 600 km
• asqı: fərdi torsion
• aşılan yüksəklik bucağı 35 °
• aşılan divar: 0.8 m
• aşılan xəndək: 2.5 m
• su maneəsinin aşılması: üzərək

Hans Kloss ©, xüsusi olaraq Ordu.az üçün
Foto: "Polygon Azerbaijan"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ÖAMQ   Vena  

2С31 “Vena”: Qarabağ hərbi əməliyyatlar teatrı üçün yüksək texnoloji ÖAMQ

2020/03/VENA_-1583904261.jpg
Oxunub: 3215     13:13     17 Mart 2020    