“Gremlins”lər havadadır: X-61A PUA-larının sınaqları başlayıb

2020/03/DARPA-4749398064.jpg
Oxunub: 1615     15:37     02 Mart 2020    
Yaxın günlərdə ABŞ-ın “Dynetics” şirkəti X-61A “Gremlins Air Vehicle” perspektiv pilotsuz uçuş aparatının ilk uçuş sınaqlarının keçirildiyini elan etdi. Bu layihənin əsas məqsədi bir neçə PUA-nı müstəqil və ya operator komandası ilə “sürü” halında birləşdirməkdən ibarət idi. İlk sınaq uçuşu qəza ilə başa çatdı, lakin gələcəkdə bütün çatışmazlıqları düzəltmək planlaşdırılır.

Perspektivli “Gremlin”

X-61A aparatları PUA istifadəsinin yeni yollarını araşdıran DARPA agentliyi proqramının nəticəsidir. 2014-cü ildə agentlik yeni bir proqram hazırladı, məqsədi “sürülər”də işləmək üçün yeni PUA yaratmaqdan ibarət idi. Proqrama bir neçə şirkət və təşkilat qatıldı. 2018-ci ildə “Dynetics” şirkətinin başçılıq etdiyi qrup, dron inkişaf müsabiqəsinin qalibi oldu.

“Dynetics” aparıcı şirkətdir. Onun layihəsində başqa bir neçə şirkət də yer alır. “Kratos UAS” korpus (planer) üçün məsuliyyət daşıyır, “Williams Int.” güc qurğusunu təmin edir və s. Bir neçə subpodratçı isə elektronikanın və idarəetmə metodlarının inkişafında iştirak edir. Dizayn işinin nəticəsi həm konsepsiyanın özünü, həm də onun həyata keçirilmə vasitələrini sınamaq üçün hazırlanan X-61A PUA-sı oldu. Təcrübə cihazlarının köməyi ilə uçuşun bütün mərhələlərində və bütün iş rejimlərində avadanlıqların fəaliyyətini öyrənmək planlaşdırılır.

Yeni PUA-ya “Gremlins” adı verilib. Bu ingilis ordu folklorunun personajlarıdır, daha sonra isə R.Dalın eyni adlı romanında xatırlanır. Kitabın finalında, istənilən texnikaya mənfi münasbət bəsləyən bu canlılar, ingilis pilotlarına düşmənlə mübarizədə kömək etməyə başlayır. Yeni pilotsuz “Gremlins”lər də təxminən eyni fəaliyyəti yerinə yetirəcəklər.

Layihə xüsusiyyətləri

X-61A aparatı turboreaktiv mühərriki olan normal aerodinamik dizaynlı orta ölçülü bir uçuş vasitəsidir. Daşıyıcı təyyarənin köməyi ilə havaya qalxan PUA müstəqil uçuş həyata keçirməli və sonra daşıyıcıya qayıtmalıdır. Gələcəkdə “Gremlins” dronları böyük qruplar tərkibində fəaliyyət göstərməli və geniş vəzifələri birgə icra etməli olacaqlar.

X-61A daşıyıcının qanadı altında

Eksperimental PUA təqribən 70 kq yük daşımalı, 0.8 Max sürətini inkişaf etdirməli və 3 saata qədər havada qalmalıdır. Dizayn tam profili üzrə 20 uçuş üçün hazırlanıb.

PUA xüsusi avadanlıqlara malik deyil, yalnız uçuş çihazları, daşıyıcı və ya digər dronlarla qarşılıqlı əlaqə üçün zəruri olan avadanlıqla təchiz edilir. Proqramın hazırkı mərhələsinin məqsədi hər şəraitdə və bütün rejimlərdə qarşılıqlı fəaliyyətin ümumi məsələlərini hazırlamaqdır. Gələcəkdə avadanlıqlar müxtəlif sınaqlar üçün müxtəlif qurğularla təchiz oluna bilər.

Mövcud sınaqlarda, daşıyıcı qismində əlavə qurğularla təchiz olunan C-130 hərbi nəqliyyat təyyarəsindən istifadə edilib. Qanadının altında PUA-ların daşınması üçün pilon, kabində isə lazımi elektron avadanlıqlar yerləşdirilib. Daşıyıcı pilotsuz vasitələri təyyarəyə qəbul etmək üçün əlavə avadanlıqlar əldə edib. Gələcəkdə “Gremlins”lər üçün digər təyyarə və ya ağır PUA-lar da daşıyıcı ola bilər.

Hərbi nəqliyyat təyyarələri bazasında daşıyıcılar üçün, PUA-ları tutmaq üçün yedəkləmə qurğusuna malik və trosu buraxa bilən xüsusi hərəkətli avadanlıq təklif olunur. PUA hərəkətli qarmağından istifadə edərək, təyyarənin avadanlığından tutmalıdır, bundan sonra daşıyıcı onu trosla çəkərək yük bölməsinə daxil edə bilər. Gələcəkdə oxşar avadanlıqların digər daşıyıcılar üçün də hazırlanması planlaşdırılır.

Pilotsuz vəzifələr

X-61A tipli PUA və onlara əsasında yaradılan gələcək texnologiya hər qrupda bir neçə aparat olmaqla fəaliyyət göstərməli olacaq. Onların bir-biri ilə əlaqə qura biləcəyi, məlumatları və tapşırıqları yenidən bölüşdürməsi, həmçinin yerüstü komanda məntəqəsi və ya havadakı təyyarələrlə qarşılıqlı əlaqədə olacağı güman edilir.

Müstəqil uçuşun ilk saniyələri

PUA “sürüləri”nin fərqli vəziyyətlərdə müxtəlif vəzifələri yerinə yetirmək üçün istifadə edilməsi təklif olunur. Onlarla PUA böyük ərazilərin kəşfiyyatını və ya silahlar üçün hədəf təyinatını həyata keçirə biləcək. Onlar həm silah-sursatla təchiz ediləcək, həm də idarəetmə təyyarəsindən verilən əmr əsasında onlardan istifadə edə biləcək. Bütün hallarda PUA, daşıyıcı və insanlar üçün risklərin azaldılması ilə əlaqəli “ənənəvi” metodlardan daha çox sayda üstünlüklərlə təmin olunacaq.

X-61A “Gremlins” PUA-sı başqa bir vacib keyfiyyətə də malikdir. Onu geri qaytarıla bilən hava vasitəsi olaraq hazırlayıblar. Xüsusi bir daşıyıcı təyyarə onların müəyyən bir əraziyə çatdırılmasını və sonrakı fəaliyyətini təmin edə bilər, sonra isə təyyarəyə toplayıb bazaya qaytara bilər. Bütün bunlar texnologiyanın yerləşdirilməsini, o cümlədən PUA-ların bazadan uzaq məsafələrdə fəaliyyətini xeyli asanlaşdırır. Bu vasitələrin döyüş qabiliyyəti, fərdi PUA-ların uçuş məsafəsi ilə məhdudlaşmır, əslində bu daha çox daşıyıcıdan asılı olur.

Burada əsasən pilotlu və pilotsuz nəqliyyat vasitələrinin qarşılıqlı əlaqəsinin inkişaf etdirilməsindən bəhs olunur. Prototiplər uçuşları həyata keçirməli, məlumat mübadiləsi etməli və birlikdə taktika qurmalıdırlar. Həqiqi kəşfiyyat aparılması və ya zərbə endirilməsi hələlik nəzərdə tutulmayıb.

İlk sınaq

Şirkətdən verilən məlumata görə, X-61A PUA-sının ilk uçuş sınaqları ötən ilin noyabr ayında baş tutub. Sınaqlar “Dagway” (Utah ştatı) təlim poliqonunda GDS-01 kod adlı prototipdən istifadə edilərək keçirilib. Tədbirdə xüsusi avadanlıq və yerüstü komanda məntəqəsi olan C-130 təyyarəsi də iştirak edib.

GDS-01 prototipi daşıyıcının qanadı altında uçuşa başladı və müəyyən bir ərazidə daşıyıcıdan ayrıldı. Müstəqil uçuş ardıcıl olaraq həm avtonom rejimdə, həm də hava və yerüstü idarəetmə məntəqəsindən idarəetmə ilə həyata keçirildi.

PUA 101 dəqiqə havada oldu. Onun daşıyıcıya qaytarılması sistemi hələ tam hazır deyil, buna görə də onun enməsi paraşütdən istifadə etməklə həyata keçirilməli idi. Lakin paraşüt sistemi işə düşmədi və prototip qəzaya uğradı. Buna baxmayaraq, uçuş proqramı tamamlandı və onu müvəffəqiyyətli olaraq qəbul etdilər.

Rəssamın nəzərində “sürülər”in istifadəsi. Ön planda olan daşıyıcı təyyarə “Gremlins” PUA-larını qəbul etməyə hazırdır

Layihə iştirakçıları artıq daha dörd yeni PUA inşa edib və onların sınaqlarına hazırlaşırlar. Qısa müddətdə uçuşlar başlayacaq. Təcrübəli yeni “Gremlins”lər “sürü” prinsipinə uyğun olaraq eyni vaxtda buraxılacaq və birgə uçuş imkanını göstərməli olacaqlar. Bundan əlavə, sonrakı sınaqlar zamanı PUA-nın daşıyıcıya qayıtma sistemi yoxlanılacaq.

Gələcəyin astanasında

Mövcud “DARPA/Dynetics” X-61A GAV layihəsi eksperimental hesab olunur və PUA sürüləri sahəsində əsas texniki məslələr və yeniliklərin sınanması üçün hazırlanıb. Bu isə eksperimental vasitənin özünəməxsus görünüşünü və onun üçün daşıyıcı seçimini müəyyənləşdirib. Gələcəkdə toplanan təcrübəyə əsaslanaraq, əvvəlcə Hərbi Hava Qüvvələrində istifadə üçün uyğun olan yeni, lakin oxşar bir kompleks inkişaf etdirilə bilər.

Belə bir kompleksin inkişafı hələ başlamayıb, lakin artıq konsepsiyanın ortaq anlaşılan bazası mövcuddur. Buraya lazımi avadanlıqları və çox sayda PUA-nı daşımaq qabiliyyəti olan həm daşıyıcı təyyarə, həm də ağır PUA daxil edilməlidir. Bu vasitələr kifayət qədər yüksək texniki uçuş xüsusiyyətlərinə, müxtəlif tapşırıqları yerinə yetirmək bacarığına və münasib qiymətə malik olmalıdır.

“Dynetics” şirkətinin fikrincə, taktiki baxımından yeni texnologiya qanadlı raketlər və təyyarələr arasında aralıq mövqe tutmalıdır. Birincisi hədəflərə müstəqil hücum edə bilir, lakin olduqca bahalıdır. Hava zərbəsi daha ucuz ola bilər, lakin təyyarə düşmənin hava hücumundan müdafiə zonasına girməlidir. X-61A tipli PUA-ların istifadəsi lazımi səmərəliliyi ilə kəşfiyyat və döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verir, lakin pilotlu daşıyıcı təyyarələr üçün müəyyən risklər də yaradır.

Müxtəlif hesablamalara görə, “sürü”də fəaliyyət üçün uyğun olan tam hazır döyüş hazırlıqlı “Gremlins” PUA-sının meydana çıxması və verilən bütün tapşırıqların effektiv həlli Hərbi Hava Qüvvələrinə tamamilə yeni imkanlar verəcək və döyüş effektivliyini kəskin artıracaq. Lakin bu tip döyüş komplekslərinin tam inkişafı hələ də uzaq gələcəyin məsələsidir.

Hələlik bir sıra ABŞ şirkətlərinin mütəxəssisləri X-61A “Gremlins” pilot layihəsi üzrə işləri başa çatdırmalıdır. Bu layihənin nəticələri daha sonra məlum olacaq. Yeni prototiplərin ilk uçuşları yaxın gələcəkdə reallaşacaq, daha sonra isə yeni təcrübələr başlayacaq.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gremlins   ABŞ   PUA  

“Gremlins”lər havadadır: X-61A PUA-larının sınaqları başlayıb

2020/03/DARPA-4749398064.jpg
Oxunub: 1616     15:37     02 Mart 2020    