Bu gün ABŞ və “Taliban”la sülh sazişi imzalayacaq

2020/02/usata-1582953185.jpg
Oxunub: 718     10:25     29 Fevral 2020    
ABŞ və “Taliban” qiyamçıları ilə Qətərin paytaxtı Dohada Əfqanıstandan qoşunların çıxarılması və ölkədə sülh prosesi haqqında saziş imzalayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, razılaşma ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad və taliblərin 2018-ci ilin oktyabrından Dohada apardıqları danışıqların nəticəsi olacaq.

ABŞ-ın dövlət katibi Maykl Pompeo mərasimdə iştirakını təsdiq edib. “Talib”lər tərəfindən sənədə "Taliban" liderinin müavini, hərəkatın Qətər siyasi ofisinin rəhbəri molla Abdulla Qəni Baradarın imza atacağı gözlənilir.

Sazişin imzalanmasına əməl edilməsini 30 ölkədən müşahidəçilər izləyəcəklər. Pakistan nümayəndə heyətinə ölkənin xarici işlər naziri Şah Mehmud Kureşi başçılıq edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan  

Bu gün ABŞ və “Taliban”la sülh sazişi imzalayacaq

2020/02/usata-1582953185.jpg
Oxunub: 719     10:25     29 Fevral 2020    