Erməni ekspert: “Azərbaycan təbliğatı çevikdir, o, sürətlə inkişaf edir və dəyişir, biz buna hazırıq?”

2020/02/456-1-1582894781.jpg
Oxunub: 672     16:02     28 Fevral 2020    
“Azərbaycan təbliğat hücumlarına qarşı çıxmaq üçün 24 saatlıq iş lazımdır, bütün dövlət strukturları buna cəlb olunmalıdır, ümumi tezislər hazırlanmalıdır, fəaliyyətlər razılaşdırılmış şəkildə olmalıdır, özbaşına fəaliyyət istisna edilməlidir, əks təqdirdə bütün bunlar bizə qarşı istifadə olunacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ekspert Anjela Elibeqova deyib.

O qeyd edib ki, Azərbaycan təbliğatı çevikdir, o, sürətlə inkişaf edir və dəyişir, biz buna hazırıq?

“Dövlət saytlarında Qarabağ barədə yalnız bir neçə dildə informasiya qoymaq kifayət deyil. Biz hücuma hazır olmalıyıq, rəqibin informasiya hücumlarının qarşısını almağımız üçün hansı istiqamətdə aktiv şəkildə işləyəcəyimizi başa düşməliyik”, - deyə Elibeqova bildirib.

Ekspertin sözlərinə görə, Münhendə baş tutan Əliyev-Paşinyan debatı ilə məlum olub ki, Azərbaycan və Ermənistan cəmiyyətləri Qarabağ məsələsinin həlli ətrafında köklü şəkildə müxtəlif təsəvvürlərə sahibdir.

“Əliyev nizama salınmanın mərhələli variantını dəstəklədi, bu, həmçinin “Lavrov planı” da adlanır. Təəssüf ki, Paşinyan buna qarşı çıxmadı. Bu günə qədər Ermənistanın mərhələli varianta qarşı olması, paket varianta tərəfdar olmasına dair əminliyimiz yoxdur. Biz danışıqlar prosesinə hələlik anlaşılmaz olan yeni terminologiya daxil edirik. Məmmədyarov bir müddət bundan öncə dedi ki, onlar ATƏT-in Minsk qrupu həmsdərlərinin vasitəsilə erməni tərəfinin təhlükəsizliyin hansı təminatlarına ehtiyacı olduğunu müəyyən edə bilərlər. Biz bu tələyə düşməməliyik. Biz beynəlxalq ictimaiyyətin müəyyən təminatları halında ərazilərin bir hissəsindən imtina etməyə hazırıq?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təbliğat  

Erməni ekspert: “Azərbaycan təbliğatı çevikdir, o, sürətlə inkişaf edir və dəyişir, biz buna hazırıq?”

2020/02/456-1-1582894781.jpg
Oxunub: 673     16:02     28 Fevral 2020    