Pentaqon Süni Zəkanın imkanlarının artırılması üçün 5 əsas etik prinsip qəbul edib

2020/02/23423-1582804085.jpg
Oxunub: 529     15:47     27 Fevral 2020    
ABŞ Müdafiə Nazirliyi Süni Zəkanın imkanlarının artırılması üçün 5 əsas etik prinsip qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Baş Mütəxəssisi Dena Deyzi məlumat verib.

Onun sözlərinə görə, yeni prinsiplər Süni Zəkanın etik dizaynı, inkişafı, yerləşdirilməsi və istifadəsinin əsasını qoyur.

Prinsipilərin hazırlanması üçün ölkənin aparıcı Süni Zəka mütəxəssisləri, habelə indiki və keçmiş Pentaqon rəsmiləri ilə 15 ay məsləhətləşmələr aparılıb.

Pentaqonun Baş Mütəxəssisi qeyd edib ki, bu prinsiplər həm döyüş, həm də qeyri-döyüş vəziyyətlərində Süni Zəkanın tətbiq olunmasına aiddir.

Qeyd olunan beş Süni Zəka etik prinsipi bunlardır:

1. Məsuliyyətlilik: Pentaqon əməkdaşları Süni Zəka imkanlarının inkişafı, yerləşdirilməsi və istifadəsi üçün məsuliyyət daşımalıdır.

2. Ədalətlilik: Pentaqon Süni Zəkanın imkanlarından istifadə edən zaman tərəfsiz və ədalətli olmalıdır.

3. İzləniləbilən: Pentaqonun Süni Zəka imkanları ilə bağlı tətbiq olunan texnologiya və əməliyyat metodları şəffaf və yoxlanıla bilən metodologiyalar vasitəsilə aparılmalıdır.

4. Etibarlılıq: Pentaqonun Süni Zəka texnologiyalarının təhlükəsizliyi tam olmalıdır.

5. İdarə edilə bilən: Pentaqon Süni Zəka texnologiyalarının tətbiqi zamanı planlaşdırılmamış nəticələrin aşkarlanması və qarşısını almaq, düşünülməmiş davranış nümayiş etdirən sistemləri sıradan çıxartmaq və ya ləğv etmək qabiliyyətinə sahib olmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Süni-Zəka   Pentaqon  

Pentaqon Süni Zəkanın imkanlarının artırılması üçün 5 əsas etik prinsip qəbul edib

2020/02/23423-1582804085.jpg
Oxunub: 530     15:47     27 Fevral 2020    