Paşinyanın Almaniyadakı ekspert dairələri ilə görüşü zamanı etdiyi manipulyasiyalar və yalanlar – I YAZI

2020/02/r7t89-1582798166.jpg
Oxunub: 2210     15:24     27 Fevral 2020    
Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Almaniya Federativ Respublikasına işgüzar səfər edib, burada Fridrix Ebert Fondunda alman alimləri və ekspertləri ilə görüşüb. Görüş zamanı Paşinyan nitq söyləyib, eyni zamanda iştirakçıların suallarını cavablandırıb.

Çıxışında Paşinyan zorakı olmayan, “məxməri xalq inqilabı”na, onun məzmunu olan demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarının qorunmasına və bundan sonra gedən proseslərə toxunub.

Paşinyan Almaniyada da daxili-siyasi mövzuları, o cümlədən Konstitusiya Məhkəməsi ətrafında yaranan manipulyasiyalarını alman ekspert cəmiyyətinə təqdim etməkdən də çəkinmədi. Maraqlıdır ki, görüş zamanı alman mütəxəssisləri Konstitusiyanın zəruriliyini və qanunlara uyğunluğunu vurğulayır və islahat prosesində köməklərini təklif edirdilər.

Görüş iştirakçılarından olan Viz çıxışında “Oktyabr ayında Konstitusiya Məhkəməsinin işğala məruz qaldığı bir problemin” olduğunu qeyd etdi və Venesiya Komissiyası sədrinin ifadəsindən sitat gətirdi.

“Etiraf etmək istəyirəm ki, Ermənistanda Konstitusiya Məhkəməsinin işğalı həqiqətən baş verib, ancaq oktyabr ayında deyil, bu, 2018-ci ilin martında baş verib”, - deyə Paşinyan bildirib.

Paşinyan daha sonra 2015-ci il konstitusiya dəyişiklikləri və digər prosedurları, istintaqda iştirak edən şəxslərin işinin araşdırılmasına dair təqsirsizlik prezumpsiyasını pozaraq, öz fikrincə, qanun pozuntularını və qanunsuzluqların detalları barədə məlumat verib.

Ermənistan parlamentinin aparat rəhbərinin keçmiş müavini Arsen Babayan çıxışında Paşinyanın yalnış mühakimələrindən bəhs edən açıqlamalarına toxunub.

“Baş nazir Paşinyan bu dəfə Almaniyada mənə qarşı qaldırılmış cinayət işindən açıq şəkildə yalan məlumat təqdim edərək təqsirsizlik prezumpsiyamı pozub.

Beləliklə, almanlarla sual-cavabında Paşinyan təsdiqlənmiş fakt olaraq açıq-aşkar yalan məlumat təqdim edir:

# Yalan 1: Paşinyan bildirir ki, guya istefa ərizəsini Qaqik Harutyunyan martın 5-də yazıb. Lakin cinayət işinin materialları onun istefa ərizəsini martın 1-də imzaladığını təsdiqləyir.

# Yalan 2: Guya Harutyunyanın istefasının daha əvvəl martın 2-də olduğu bildirildi. İddiaya görə, çünki martın 5-də qeydiyyata alınsaydı, 18 il vəzifə tutacaq Konstitusiya Məhkəməsinin sədrini seçmək mümkün olmazdı.

Cinayət işinin materialları parlamentdəki prosesin mövcud Konstitusiyaya və qanunvericiliyə uyğun həyata keçirildiyini təsdiqləsə də, bütün proseslər guya mövcud qanunvericiliyin pozulduğu şəkildə təşkil edilib.

Buna görə davamlı olaraq gündəmdə saxlanılan “2 Mart - 5 Mart” nəzəriyyəsi nəinki həqiqətə uyğun deyil, həm də məntiqsizdir.

# Yalan 3: Konstitusiya Məhkəməsinin işğalı ilə demək istədiyim məhz budur.

Lakin, iki gün əvvəl Baş Prokurorluq cinayət işini müstəntiqə geri qaytarması heç bir işğalın (hakimiyyətin ələ keçirilməsi) baş tutmadığını bir daha təsdiqlədi.

# Yalan 4: Guya, Harutyunyan, hansısa bir sxemdə rol oynadığına görə istefa etdiyini iddia edir.

Ancaq cinayət işində sübut olunur ki, Harutyunyan yalnız bir səbəblə, elə həmin dövrdə formalaşdırılan Ali Məhkəmə Şurasının sədri vəzifəsinə iddia etməsi üçün istefa verib.

Beləliklə, icra hakimiyyətinin başçısı Paşinyan tərəfindən artıq Almaniyaya da çatdırılan # YALANLAR dözülməz hala gəlir. Bunları Paşinyanın özü təkzib etməlidir, bununla əlaqədar hüquqi bir prosesə başlamağı planlaşdırıram”, - deyə Babayan qeyd edib.

Xatırladaq ki, Ermənistan Prokurorluğu keçmiş parlament spikeri Ara Babloyan və parlamentin aparat rəhbərinin keçmiş müavini Arsen Babayanın ittiham aktını təsdiq etmədikdən sonra bu ilin fevral ayında ikinci dəfə ittiham aktını təsdiqləməyib.

“Məhkəmə baxışı aparan prokurorun işin əlavə araşdırma üçün müstəntiqə qaytarılması barədə qərarı ilə təqsirləndirilən şəxslərə qarşı ittiham aktını cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada dəyişdirmək və onlara qarşı yeni ittihamlar irəli sürmək lazımdır”, - deyə açıqlamada bildirilib.

Görüş zamanı Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub.

“Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır” adlı tezisini təkrarlayaraq, Ermənistanda olduqca geniş tənqidə məruz qaldığını qeyd etdi.

Paşinyana verilən sualların dairəsi kifayət qədər geniş idi. Miqrasiya, Amulsar mədəni, Dağlıq Qarabağ münaqişəsi, Qaregin Njdeh, xarici siyasət və sairə sahələri əhadə edən suallar vardı.

Paşinyan 2018-ci ildən etibarən Aİ ölkələrində status almaq istəyən Ermənistan vətəndaşlarının sayının iki dəfədən çox (təxminən 60%) azaldığını və xüsusən də 2019-cu ildə Ermənistan vətəndaşlarının müsbət mənada giriş və çıxış dinamikasının olduğunu bildirdi. Keçən il ərzində daxil olan şəxslərin sayı Ermənistan ərazisini tərk edənlərdən 10,000 daha çoxdur.

“Demək istəmirəm ki, Ermənistandan gedən yoxdur, amma Ermənistandan mühacirət dayandırılır. Rəqəmlər bunu göstərir”, - deyə o bildirib.

Qeyd edək ki, “Hetq” saytının araşdırmasına görə, 2019-cu ildə miqrasiya balansı mənfi 16000 səviyyəsindədir, bu son altı ildə ən aşağı nisbətdir. Ancaq bu 2012-ci ilə nisbətən daha yüksəkdir, mənfi 9.400 qeydə alınıb, bu Ermənistanın müstəqilliyindən etibarən son 28 ildə miqrasiya balansının ən aşağı həddidir.

Onu da qeyd edək ki, 2018-ci ildə ABŞ Viza lotereyasına və ya “Yaşıl Kart” lotereyası üçün 110 725 vətəndaş müraciət edib ki, bu da 2017-ci illə müqayisədə 14,336, və 2016-cı il üzrə müraciətlərdən isə 38.871 nəfər çoxdur.

Amulsar Qızıl Mədən Sənayesinin istismarına icazə vermə ilə bağlı detallara toxunan Paşinyan bildirir ki, Ermənistana bərpaolunmaz ekoloji ziyan vurmayacağı təqdirdə mədənin istismarında maraqlıdır, mədənin Ermənistanda ekoloji fəlakətə səbəb olacağı təqdirdə isə istifadə edilməsi marağında deyil

“Nəinki marağında deyiləm, hətta belə şəraitdə o mədənin istismarına icazə verə bilmərəm. Təəssüf ki, müəyyən vəziyyət, o cümlədən bəzi ictimai etimadsızlıq səbəbindən bu suallara lazımi səviyyədə cavab ala bilməməyimiz, başqa bir məsələdir”, - deyə Paşinyan qeyd edib.

Maraqlıdır ki, 2019-cu ilin sentyabrında Paşinyan canlı “Facebook” yayımlarının birində Cermuk sakinlərinə müraciət edərək, Amulsara aparan yolları bağlamamağa çağırıb. O qeyd edib ki, mədənin fəaliyyətinə qadağa qoyulması üçün heç bir hüquqi əsas yoxdur. Paşinyan ölkənin iqtisadi təhlükəsizliyi məsələsini də vurğulayıb.

“Amulsar mədəninin istismarına icazə vermədiyimizi söyləsək də, çox sadə bir sual yaranır. Niyə, ekoloji narahatlıqlar baxımından, bəli, əlbəttə ki, ekoloji narahatlıqlar baxımından deyilir. Burada növbəti sual ortaya çıxır. Əgər belədirsə, məsələn, Zəngəzur mis və molibden mədəninin, Teğut mədəninin istismarına nə üçün icazə verirsiniz?”, - deyə Paşinyan bildirib.

Amulsar Qızıl yataqlı mədəni ilə əlaqəli ekoloji məlumatların məmurlar tərəfindən qəsdən gizlədilməsi ilə əlaqədar olaraq, Ətraf, Geoloji, Hidroloji, Geofiziki, Kimya, Mühəndislik, İnkişaf (ELARD) “Advanced Resources Development” şirkətinin Ekspertlər Qrupuna həvalə edilən kompleks ekspertiza təyin edilib. Ekspertizanın rəyləri avqustun əvvəlində müvafiq orqanlara göndərildi. Ekspertlər müsbət nəticəyə gəlib.

Oliqarxlar və onların təsiri barədə suala cavabında Paşinyan bildirib ki, hakim fraksiyanın tərkibində heç bir varlı adam yoxdur.

Qeyd edək ki, Paşinyanın açıqlaması həqiqətəuyğun deyil. Bir nümunəyə baxaq, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputat Tiqran Karapetyan 2019-cu ildə vəzifəni qəbul etməsi ilə bağlı verdiyi bəyannaməsində 2.263.000 dram dəyərində səhmlərinin olduğunu açıqlayıb. Karapetyan vəsait olaraq 103 milyon dram və 230 min dollar pulunun olduğunu qeyd edib. Belə olan halda Karapetyanı zəngin adlandırmaq üçün hansı əlavə məqamlara zərurət olduğunu bilmək maraqlıdır.

Yeri gəlmişkən qeyd edə bilərik ki, Ermənistan hökumətində də zəngin insanlar var. Məsələn, Paşinyanın müavini Tiqran Avinyanın ailəsi suvarma sistemlərinin quraşdırılması və landşaft dizaynı ilə məşğul olan “İriqeyt” MMC-yə sahibdir.

Digər bir nazir, Arsen Torosyanın həyat yoldaşı, maqnit rezonans görüntüləmə xidmətləri göstərən özəl bir klinika olan “MIBS”ə rəhbərlik edir. Nazir olmamışdan əvvəl şirkətə Arsen Torosyan rəhbərlik edirdi.

Bir daha qeyd edə bilərik ki, Paşinyan, açıq-aşkar cavablardan və əvvəllər özü tərəfindən verilən açıqlamalardan yayınmaqla, manipulyativ, çox vaxt yalan və çaşdırıcı açıqlamalar verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Almaniya   Yalanlar  

Paşinyanın Almaniyadakı ekspert dairələri ilə görüşü zamanı etdiyi manipulyasiyalar və yalanlar – I YAZI

2020/02/r7t89-1582798166.jpg
Oxunub: 2211     15:24     27 Fevral 2020    