Erməni siyasi xadim: “Paşinyan artıq rəhbərlik etdiyi hüquq-mühafizə orqanlarında xainlər tapıb”

2020/02/dsd45-1582797312.jpg
Oxunub: 625     16:59     27 Fevral 2020    
Fevralın 26-da Ermənistan Baş naziri Nikol Paşinyan özünəməxsus sensasion üslubda bildirdi ki, Ermənistanın hüquq-mühafizə sisteminin ən yuxarı halqalarında soyğunçulara qarşı mübarizə aparmağa və xalqa vəd etdiyi milyardları geri qaytarmağa mane olan xainlər var.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan öz “Facebook” səhifəsində qeyd yazaraq Paşinyanın bu bəyanatına toxunub.

Onun sözlərinə görə, hesab etmək olardı ki, bu, onun təxəyyülünün növbəti doğuşudur.

“Bundan əvvəl də o bildirmişdi ki, Qarabağın (qondarma qurum – red.) “ali rəhbərliyi”ndə müharibəni təhrik etməyə çalışan və bütün günahı onun üzərinə atan sui-qəsdçilər var.

Şükür Allaha, nə müharibə baş verdi, nə də sui-qəsdçilər tapıldı, cənab Paşinyanın təxəyyülünün bütün iflası göstərildi. Paşinyan sui-qəsdlər nəzəriyyəsinə qayıdıb və artıq rəhbərlik etdiyi hüquq-mühafizə orqanlarında xainlər tapıb”, - deyə Çalabyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Xainlər  

Erməni siyasi xadim: “Paşinyan artıq rəhbərlik etdiyi hüquq-mühafizə orqanlarında xainlər tapıb”

2020/02/dsd45-1582797312.jpg
Oxunub: 626     16:59     27 Fevral 2020    