Keçmiş erməni döyüşçü: “Aprel hadisələrinin konkret günahkarlarından biri indiki Baş nazirin hərbi məsləhətçisidir”

2020/02/Arsha-3165592580.jpg
Oxunub: 935     16:55     27 Fevral 2020    
“Ordunun Qarabağ sektoru üçün eyni şəkildə cavabdehlik daşıyan Ermənistan Müdafiə naziri və Baş Qərargah rəisinin istefasını tələb edirik, çünki onlar artıq silahlı qüvvələrdə vəziyyətə nəzarət edə bilmirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Ermənistan ordusunda qeyri-döyüş itkilərinin qarşısını almaq məqsədilə tələb və təkliflər” mövzusunda təşkil olunmuş müzakirədə Qarabağ müharibəsi iştirakçısı, keçmiş erməni döyüşçü Muşeğ Danielyan deyib.

Danielyanın sözlərinə görə, son zamanlar baş verən hadisələr, yəni qısa müddət ərzində 13 ölüm hadisəsi olduqca narahatlıq doğurur və iki vəzifəli şəxsin vəzifədən azad olunması ilə problem həll olunmayacaq.

Digər keçmiş erməni döyüşçü, “Zabitlər Birliyi” və “Kəşfiyyatçı Veteranlar Birliyi” üzvü Artur Buniatyan bildirib ki, son döyüş itkiləri çox şübhəlidir.

“Aprel döyüşlərinin konkret günahkarlarından biri bugünkü Baş nazir stulunu tutan şəxsin hərbi məsləhətçisidir”, - deyə Buniatyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri  

Keçmiş erməni döyüşçü: “Aprel hadisələrinin konkret günahkarlarından biri indiki Baş nazirin hərbi məsləhətçisidir”

2020/02/Arsha-3165592580.jpg
Oxunub: 936     16:55     27 Fevral 2020    