Amerikalı hərbi liderlər Çin təhlükəsinin artmasından danışıb

2020/02/78978-1582789076.jpg
Oxunub: 655     11:54     27 Fevral 2020    
“Çin hökuməti diplomatik, iqtisadi və hərbi gücünü dünyanın güc mənzərəsini öz xeyrinə dəyişdirməyə və əksər hallarda başqalarının hesabına dəyişdirməyə cəhd etdiyi üçün Müdafiə Nazirliyinin ən yüksək prioriteti olaraq qalır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Mark Esper deyib.

Esper Çinin kosmik, kiber sahə, elektron müharibə, yeraltı müharibə, qırıcı təyyarələr, bombardmançılar, uzun mənzilli raketlər və digər sahələrdə hərbi modernləşmə və genişləndirmə üçün böyük sərmayə qoymağa davam etdiyini vurğulayıb.

“Ən çox narahatlıq doğuran məqam Çinin bu hədəfləri zəruri olan hər hansı bir vasitə ilə, o cümlədən, intellektual mülkiyyət oğurluğu, kibercinayətkarlıq və kommersiya alışları ilə həyata keçirməsidir. Pekin bu texnologiyaları əldə etdikdən və inkişaf etdirdikdən sonra kiçik dövlətləri qorxutmaq və ya məcbur etmək üçün istifadə edir”, - deyə Pentaqon rəhbəri qeyd edib.

ABŞ-ın Birləşmiş Baş Qərargahları rəhbəri Mark Milli də Esperin dedikləri ilə razılaşıb və Çinin qlobal nizamı “beynəlxalq normalara, standartlara və qanunlara məhəl qoymadan” dünyanın hər yerində məhv etdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin  

Amerikalı hərbi liderlər Çin təhlükəsinin artmasından danışıb

2020/02/78978-1582789076.jpg
Oxunub: 656     11:54     27 Fevral 2020    