Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək

2020/02/23423-1582784744.jpg
Oxunub: 512     10:07     27 Fevral 2020    
Bu il martın 2-də II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək.

Ordu.az bu barədə “Azərpoçt”a istinadən xəbər verir.

Məlumata görə, tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək.

“Kibertəhlükəsizlik konfransı" sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdiriləcəyi “Cyber Village” sərgisi də baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bakı   Kibertəhlükəsizlik  

Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək

2020/02/23423-1582784744.jpg
Oxunub: 513     10:07     27 Fevral 2020    