Hər şeyə qərar verən Azərbaycan “Zərbəsi”

2020/03/Zerbe-1583911048.jpg
Oxunub: 3681     15:06     30 Mart 2020    
Müasir lokal və uzunmüddətli münaqişələrdə, uzaq məsafələrdən maksimum effekt əldə etmək üçün kəşfiyyat və prioritet hədəflərin məhv edilməsi məsələlərinə tamamilə fərqli yanaşılmalıdır. Bu strategiya sayəsində birbaşa döyüşə daxil olmadan onun nəticəsini həll etməklə bərabər şəxsi heyəti cavab atəşindən də qoruya bilərsiniz.

Perventiv nöqtə zərbələri “obyekt”in özünə yaxın məsafədə böyük dağıntılara və kütləvi insan itkisinə səbəb olmadan hədəfi və ya hədəf qrupunu aradan qaldırmağa imkan verir.

Geniş müsahibələrdə Azərbaycan Ordusu üçün uzaq mənzilli silahların gələcəkdə alınması ilə bağlı sualları cavablandıran Müdafiə naziri Zakir Həsənov Azərbaycan Prezidentinin hər bir əsgəri qoruması barədə əmrini dəfələrlə qeyd edib.

2016-cı ilin aprelində anti-terror əməliyyatı zamanı zərbə PUA-larından səmərəli istifadə, bu istehsal sahəsinin yerli sektorda inkişafı üçün bir növ katalizator oldu. Qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki “AZAD Systems Co” konserninin mühəndis qrupu “Orbiter 2B” kəşfiyyat PUA-sı bazasında özünün “Zərbə” tipli gəzən sursatını 1K indeksi ilə yaratdı.

İrəliyə gedərək qeyd edim ki, zərbə PUA-sı artıq Azərbaycan Silahlı Qüvvələrinin arsenalına qəbul edilib, digər ölkələrin potensial alıcıları da onunla maraqlanır.

2017-ci ildə erməni mediasının İsrailin “Aeronautics Defense Systems” heyətinin yeni zərbə PUA-larını erməni mövqelərində “sınaqdan keçirməsi” təklifi barədə sübutsuz iddialarına baxmayaraq, “Zərbə” real sınaqların tam dövrünü hələ keçməyib və onlar təmas xəttinə göndərilə bilməz. Çünki atəşkəs dövründə qazandığınız uğurları düşmənə nümayiş etdirmək və Ermənistanın hərbi sənayesinin təqlid prototipinə belə milyonlarla işıq ili məsafədə olan yüksək texnoloji məhsulun parçalarını onun nəzarət etdiyi ərazidə qoymaq tamamilə məntiqsizdir.

Düşmənin təbliğat maşını döyüş bölgəsindəki məğlubiyyəti Azərbaycan silahlı qüvvələrinin texniki üstünlüyü ilə əsaslandırmağa çalışsa da, hərbi-sənaye kompleksimizin bu istiqamətdəki beynəlxalq əməkdaşlığını dayandıra bilmədi.

İlk zərbə PUA-sının geniş miqyaslı sınaqlarının necə baş verdiyini qısaca izah etməyin vaxtı gəldi. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xüsusi təlim poliqonunda sınaqların ilk günündə, 100% Azərbaycan silah mühəndisləri tərəfindən hazırlanan döyüş başlıqlarının yerüstü məsafədən idarəolunan partladılması həyata keçirildi. Müxtəlif qalınlıqda faner və metal hədəflərin döyüş başlığı ilə məhv edilməsinin nəticəsi və 4000 ədəd məhvetmə elementinin trayektoriyası mütəxəssisləri tamamilə qane etdi.

Növbəti mərhələdə, döyüş başlığı PUA-nın ön tərəfində yer aldı və müxtəlif hava şəraitində, fərqli yüksəkliklərdə və həddindən artıq yükləmə rejimində uçuş sınaqları keçirildi. İlkin hesablamalar praktikada özünü doğrultdu, texniki problemlər aşkarlanmadı, REM qurğularının təsiri nəticəsində siqnal itkisi və komanda idarəetmə mərkəzi ilə hərəkətlər arasındakı problem qeydə alınmadı.

Potensial düşmənin yük maşınları və piyadalarını təqlid edən bir qrup hədəfə real “Zərbə” 1K zərbələri endirildikdə ilkin sınaqlar məntiqi sonluğuna çatdı. Birinci PUA zərbə nöqtəsinə qədər olan orta məsafədə partladıldı, ikincisi hədəflərin yaxınlığında, üçüncüsü isə “hədəf təsdiqlənmədi” əmrini aldıqdan sonra təlim əməliyyatı yerindən 30 km məsafədə yerləşən bazaya qaytarıldı və nəzarət mərkəzinə uğurla endi.

Bəli, qeyd etməyi tamamilə unutdum; “Orbiter 1K Zərbə” çoxməqsədlidir və düşmən müdafiəsinin taktiki dərinliyində kəşfiyyat üçün də istifadə edilə bilər.

“Orbiter 1K Zərbə” PUA-sının Taktiki-Texniki Xüsusiyyətləri

Təyinatı: kəşfiyyat, düşmənin aşkarlanması və məhv edilməsi
Hədəfi: canlı qüvvə, yüngül zirehli maşınlar, avtomobillər, artilleriya heyətləri (YARS, ZRK və s.), radarlar, bazalarda təyyarələr
Kütləsi (döyüş başlığı ilə) - 10 kq
Döyüş başlığı: 2 kq partlayıcı, 4000 ədəd məhvetmə elementi
Uçuş müddəti - 2 saat
Uçuş sürəti (IAS): 65-100 km/saat
Şığıma sürəti: 200 km/saat
Buraxılış sistemi: sabit katapult
Enmə sistemi: paraşüt
Uçuş yüksəkliyi: 4572 m
Mühərrik: səssiz, elektrik
Buraxılması: avtomatik
Fəaliyyət radiusu
• bazaya qayıtması daxil olmaqla: 50 km
• hədəfi təsdiq edildikdə: 80-100 km

“Zərbə” GPS siqnal alqoritminin dəyişdirilməsindən istifadə edən düşmənin elektron qurğularının təsir zonasında fəaliyyət göstərə bilir və xarici siqnal qəbuletmə sistemi söndürüldükdə belə bazaya avtomatik olaraq dönmə funksiyasına malikdir.

Hans Kloss ©, xüsusi olaraq Ordu.az üçün
Kolaj və foto: “Polygon Azerbaijan”
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Zərbə   PUA  

Hər şeyə qərar verən Azərbaycan “Zərbəsi”

2020/03/Zerbe-1583911048.jpg
Oxunub: 3682     15:06     30 Mart 2020    