Almaniya XİN İranı nüvə ilə bağlı planı tam icra etməyə çağırıb

2020/02/heiko-1582780477.jpg
Oxunub: 471     11:11     27 Fevral 2020    
"Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verən ən yaxşı mexanizm olaraq qalır, Tehran dərhal onun icrasına qayıtmalıdır".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

H.Maas bildirib ki, İrandan öz öhdəliklərini tam yerinə yetirməsini gözləyir.

"Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahı əldə etməyinin qarşısını alan ən yaxşı və yeganə potensial vasitə olaraq qalır", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Avropa BHFP-nin saxlanılmasında öz rolunu oynayır: "Lakin İran da eyni şeyi etməlidir və dərhal öhdəliklərin tam icrasına qayıtmalıdır".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   İran   Nüvə  

Almaniya XİN İranı nüvə ilə bağlı planı tam icra etməyə çağırıb

2020/02/heiko-1582780477.jpg
Oxunub: 472     11:11     27 Fevral 2020    