Vətən sevgisi ilə döyünür ürəyimiz!

2020/02/4beec-1582725437.jpg
Oxunub: 705     15:57     28 Fevral 2020    
Qışın sazağında, yayın istisində Vətənimizin keşiyində duran əsgərlərlə söhbətləşəndə onlardan eşitdiklərimiz müasir ordu quruculuğu sahəsində aparılan islahatların nəticələrini tamamlayır. Azərbaycan Ordusunun gücünün artması, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi, sosial-rifahının yaxşılaşdırılması ilə bağlı fikirlər həm ordu quruculuğunun dönməzliyinin təsdiqi kimi dinlənilir, həm də əsgərlərin dünyagörüşünün genişliyi kimi. Bunlar vətənpərvər gənclərin bu peşəyə olan marağına öz müsbət təsirini göstərir.

Ön xətdə baş leytenant Kərim Qədirovla birgə xidmət etdiyimiz ötən günləri xatırladıq. İndi baş leytenant olan Kərim Qədirov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur.

Zabit “Necə oldu ki, hərbçi olmaq fikrinə düşdünüz?” - sualına cavab olaraq dedi:

- Bu peşəni seçməyimə özüm qərar verdim. Ailəm verdiyim qərara hörmətlə yanaşdı və onların xeyir-duasını aldıqdan sonra sənədlərimi aidiyyəti üzrə təqdim etdim. İmtahan, məktəbə daxil olmağım, kursantlıq dövrüm xatirimdə əbədi həkk olunan hadisələrdir. Lakin leytenant hərbi rütbəsini aldığım gün mənim üçün xüsusi əhəmiyyətə malikdir və həyatımın dönüş nöqtəsi olan təqvim kimi ömür səhifəmdə özünəməxsus yer tutur.

Gənc zabit ordumuza göstərilən diqqət və qayğıdan da söz açdı.

- Dünyanın ən güclü orduları sırasında Azərbaycan Ordusunun adının da olması qürurvericidir. Ordumuz bu gün çiçəklənən dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Aparılan islahatlar, müasir standartlara cavab verən hərbi hissələr, silahlanmaya daxil olan müasir texnikalar, şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ordunun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığına yüksək təsir göstərir. Hərbi qulluqçuların psixoloji, fiziki və praktiki-nəzəri hazırlığı da əsasdır. Rəhbərliyin tez-tez (xüsusi ilə də bayram günlərində) ön xətdəki bölmələri ziyarət etməsi, qayğı və problemlərimizlə maraqlanması biz hərbçilərə əvəzsiz stimul verir.

"Azərbaycan əsgəri relyefindən, hava şəraitindən asılı olmayaraq qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək iqtidarındadır", - deyə zabit sözünə davam etdi. - Bölməmizin də şəxsi heyəti öz növbəsində vəzifəsinin müqəddəsliyini bilir, Vətəni qorumağın vacibliyini və bunun məsuliyyətini dərk edir. Hər bir komandir tabeliyindəki əsgərin bacarıqlı, operativ olmasını istəyir. Şəxsi heyət keçirilən dərslərdə, təşkil olunan təlimlərdə həvəslə iştirak edir, öz döyüş vərdişini daim artırır. Bölmənin komandir heyəti olaraq, əsgərlərin asudə vaxtının səmərəli təşkili və fiziki hazırlıq məşğələlərinə də ciddi önəm veririk.

Gənc zabit “Vətənpərvərlik hissini necə izah edə bilərsiniz?” - sualımıza cavab olaraq dedi:

- Vətən eşqi, Vətən sevgisi daxildən gələn bir hissdir. Vətənpərvər insan o kəsdir ki, hətta üçrəngli bayrağının dalğalanması, Dövlət himninin səsləndirilməsi belə onun ürək döyüntülərini artırır, ruhuna sığal çəkir. Atəşkəs dövründə yaşasaq da, düşmən öz məkrli niyyətindən əl çəkmir. Azərbaycan əsgəri düşməni cavab atəşi ilə hər zaman susdurur. Baş verə biləcək təxribatın qarşısını vaxtında və operativ alır. Bu gün qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının bir məqsədi var - torpaqlarımızı işğaldan azad etmək və üçrəngli bayrağımızı işğal altında olan ərazilərimizdə dalğalandırmaq. Xalqımız tam əmin olsun ki, Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusunun mərd oğulları bu tapşırığın öhdəsindən layiqincə gələcəklər. Həmin təqvim "Böyük Qələbə günü" kimi tarixləşəcək. Hər birimiz Vətənə layiq övlad olmağa borcluyuq.

Zabitə və bölmənin hərbi qulluqçularına uğurlar arzulayırıq. Komandiri təcrübəli, bilikli və ən əsası vətənpərvər olan əsgər də komandiri kimi olacaq.

Fuad Cəfərov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-sevgisi  

Vətən sevgisi ilə döyünür ürəyimiz!

2020/02/4beec-1582725437.jpg
Oxunub: 706     15:57     28 Fevral 2020    