Qarabağda yaradılan ilk istintaq əməliyyat qrupunun apardığı işlər – MÜSAHİBƏ (EKSKLÜZİV)

2020/02/00009-9496323558.jpg
Oxunub: 1767     16:12     26 Fevral 2020    
Dağlıq Qarabağ hadisələrinin başlanmasına ermənilərin uzun illər öncədən hazırlaşması artıq heç kimə sirr deyildi. Hələ 1988-ci ilin əvvəllərində Xankəndində baş verən mitinqlər zamanı onların əsas şüarlarından biri dağıdıcılıq, düşmənçilik siyasətini davam etdirmək idi. Acınacaqlı hal odur ki, ermənilərin əsas terror əməllərini törədənlər Azərbaycan hüquq mügafizə orqanları tərəfindən həbs edilsə də sonradan onlar azadlığa buraxılıb.

Ordu.az olaraq bu dəfə Qarabağda yaradılan ilk istintaq əməliyyat qrupunun apardığı işləri qələmə aldıq.

Müsahibimiz istintaq əməliyyat qrupunun üzvü Maqsud Hilal oğlu Şükürovdur.

Maqsud Hilal oğlu Şükürov 3 iyul 1958-ci ildə Bərdə rayonu Hacıbəyli kəndində anadan olub. O, həqiqi hərbi xidmətini 1976-78-ci illərdə Murmansk Vilayətinin Polyarny şəhərindəki Sovet ordusunun hərbi hissələrindən birində keçib. 1980-1982-ci illərdə milis nəfəri kimi çalışıb. 1982-1985-ci illərdə Vilnüs Orta Milis məktəbinin kursantı olub. 1985-1990-cı illərdə Şuşa şəhərindəki türmədə əməliyyatçı, 1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin nəzdində yaradılan cinayət axtarış qrupunun üzvü olub. Ermənilərin Qarabağda törətdikləri cinayət faktlarının iştirakçılarının saxlanılmasında yaxından iştirak edib. 1990-1996-cı illərdə Bərdə rayon polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

- Maqsud müəllim, Qarabağda yaradılan ilk istintaq əməliyyat qrupunun yaranmasıyla bağlı məlumat verməyinizi xahiş edirəm.

- Dağlıq Qarabağda nümayişlər başlayandan sonra erməniləri əl altından daha böyük mitinqlərə hazırlaşdıqları xəbərləri gəlməkdə idi. Onların ilk olaraq Ağdamdan olan Əli və Bəxtiyarı öldürdükdən sonra cəzasız qalmaları deyərdim ki, bir az da ermənilərdə arxayınçılıq yaratmışdı. Buna görə də onlar öz cinayətkar əməllərini bir az da artırmışdılar. Həmin vaxtlarda artıq azərbaycanlılara qarşı təkcə söz atmacalarıyla deyil, onların əmlaklarını oğurlama, talama, avtomobillərinə ciddi ziyanlar vurma halları tez-tez baş verirdi. Ümumi bəla burasında idi ki, bütün bu hadisələr o vaxt Qarbağda olan və guya vəziyyətə nəzarət edən rus ordusu komandanlığının gözü qarşısında baş verirdi. Ağdamdan Şuyaya gedən avtobusların daşlanması üçün ermənilər öncədən hazırlıq görürdülər, onlar iri daş parçalarını yolun kənarlarına yığır, yoldan ötən azərbaycanlıların avtomobillərini daşlayırdılar. Təbii ki, bu cür hallarda da insan tələfatı və xəsarətlər qeydə alınırdı. Sonradan Azərbaycan rəhbərliyi tərəfindən o zamankı rus hakimiyyətinə baş verən olaylarla bağlı məruzələr edilirdi. Artıq bu işlər demək olar ki, adi hal alırdı. Həmin ərəfələrdə Qarabağda baş verən hadisələrə hüquqi qiymətin verilməsi üçün istintaq əməliyyat qrupunun yaradılması məsələsi gündəmə gəldi. İlk yaradılan qrupun üzvülərindən biri də mən idim.

- Ermənilərin azərbaycanlılara qarşı aqressivliyinin getdikcə artıdığı dediniz. Belə bir məqamda orda fəaliyyət göstəmək çətin deyildi? Axı ermənilərin sizə də fiziki zor tətbiq etmələri qaçılmaz idı?

- Bəli, orası elədir. Amma, onu deyim ki, Sovet hakimiyyətində müəyyən boşluqlar yarandıqca ermənilər açıqdan-açığa bundan istifadə edirdilər. Amma biz hələ də Sovet hakimiyyətinin müəyyən məqamda ədalətli qərar verəcəyi ümidində idik. Bu səbəbdən də biz hələ də bu hakimiyyətə inanır və qanuna müvafiq addımlar atırdıq. Amma zaman keçdikcə bunun tam əksini görürdük. Çünki müəyyən hadisələri törədən ermənilərin həbsindən sonra dindirilmə zamanı onların özlərinin dediyi bəzi fikirləri bizdə inandığımız hakimiyyətə müəyyən inamsızlıq yaratdı. Sonralar artıq qəbul etdik ki, ermənilərin ümumiyyətlə baş verən proselərin hansı nəticələrə aparıb çıxaracağı barədə bütün detallardan məlumatları olub.

- Xahiş edirəm, bu fikirlərinizə bir az aydınlıq gətirək. Yəni hansı hallarda nələrin baş verməsini nəzərdə tutursunuz?

- Mən sizə bir məsələni deyim. O terrorçuların tutulub məsuliyyətə cəlb olunması haqqında güclü işlər apardıq. O vaxtı çox işlər görüldü, bu Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən, prokurorluq tərəfindən, sonra Milli Təhlükəsizlik xətti ilə, doğrudan da biz o terrorçuların tutulıub məsuliyyətə cəlb edilməsi haqqında çox işlər gördük. Təəssüflər olsun ki, bəzi hallarda aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərin havadarları daha da güclü olurdu. Ermənilər bu məsələlərdə o qədər çoxşaxəli çalışırdılar ki, bu, bir-iki ilin işi deyildi. Belə çıxırdı ki, istintaq qrupunun gördüyü işlər, çəkdiyi bütün əziyyətlər, qrup üzvülərinin gecə-gündüz dincəlmədən Azərbaycan naminə öz həyatlarını risqə ataraq atdıqları bütün addımlar, gördükləri bütün işlər elə bil ki gözə görünməyən qüvvə tərəfindən çətinliklərə yuvarladılırdı. Burada əməliyyatlar aparılır, istintaq işləri gedir, yekun nəticə yuxarı dairələrə göndəriləndə əngəllə qarşılaşırdı. Yenə də rus hakimiyyətinin təzyiqi, yenə də eyni ssenari, sonradan biz bildik ki, müəyyən cinayətlərin birbaşa iştirakçısı olan ermənilər, yəni bizim tərəfimizdən saxlanılanların çoxları buraxıldı. Mənə elə gəlir ki, bəlkə də hamısı buraxıldı. Çünki onların birbaşa məsuliyyətə cəlb edilmələrinin əsas təsdiqini ovaxtkı rus hakimiyyət orqanları təsdiq etməli idilər.

- Vaxtı ilə həbs etdiyiniz terrorçulardan kiminləsə sonradan rastlaşmışdınız? Yoxsa niyə onların buraxılması barədə bu qənaətə gəldiniz?

- Sonralar müharibənin aktiv getdiyi vaxtlarda girov götürülən ermənilərin dindirilməsi zamanı adı çəkilən bir çox ermənilər vardı ki, onlar bu hadisələrin əvvəlindən Qarabağda törədilən terror aksiyalarının bir başa təşkilatçısı və iştirakçılarından olublar. Özü də sizə deyim ki, hadisələri təşkil edən rəhbər şəxslərin saxlanılması üçün həyata keçirilən əməliyyat bizim üçün ən çətin əməliyyatlardan olurdu. Çünki onların əhatəsi geniş olurdu. Həm İrəvanda, həm də Rusiyada daha böyük havadarları olurdu. Buna görə də onlar saxlanıldıqdan sonra belə müəyyən təzyiqlər olurdu.

- Konkret yadınızda kimlərin adı qalıb?

- Cahanqaran Yura deyilən bir erməni vardı. Bu Əsgərandan idi. Onun saxlanılması, deyərdim ki, ən çətin əməliyyatımızdan biri olub. Çox güclü əlaqələri olan erməni idi, həm də imkanlı idi. Onun üzə çıxarılması üçün bir çox dindirilmələrimiz olmuşdu. Dindirilmə zamanı çoxluq onun adını çəkməyə belə ehtiyat edirdi. Bizə də maraqlı idi ki, saxlanılanlar onun adını çəksə də, nə işlə məşğul olduğunu demirdilər. Çünki onun əsas işi ermənilərin özünə belə məxfi saxlanılırdı. Onun Əsgəran ərazisində bir kooperativi vardı. Bizə də maraqlıydı ki, adi bir kooperativi olan erməni niyə bu qədər önəmlidir ki, onun əsas işi belə gizlədilirdi. Biz onun həbs edilməsi üçün əməliyyat hazırlayanda bütün detalları dəqiq işləməli idik. Çünki belə birinin həbs edilməsi həm kütləni ciddi qarşıdurmaya gətirərdi, həm də onun bəzi faktları gizləməklə yanaşı yuxarı dairələrdə olan havadarlarının məlumatlanmasına səbəb olardı ki, bu da əməliyyatı pozardı. Biz əməliyyatı hazırladıq, onu həbs etdik. Həbsdən sonra məlum oldu ki, həmin kooperativdə müəyyən silahlar hazırlanır. Özü də bu illərdir ki, bu fəaliyyətini davam etdirirdi. Kooperativə silah-sursat hazırlayan dəzgahların gətirilməsi və burada bu cür işlərin görülməsi həmin şəxsin arxasının kimlərəsə bağlı olduğundan xəbər verirdi. Amma bunlara baxmayaraq biz əməliyyatı uğurla keçirdik və onu həbs etdik.

- Dindirilmə zamanı onlar törətdikləri cinayət əməllərin etiraf edirdilərmi? Çünki az öncə onların içəridə olduqları halda proseslərin gedişindən xəbərdar olmalarını vurğuladınız?

- Etiraf edirdilər, əlbəttə ki, etiraf etməyə bilməzdilər. Hələ istintaq dövrü dindirilmələrdə o da üzə çıxdı ki, silah-sursatları, o partlayıcıları hazırlayan ermənilər, terrorçular xüsusi təlim alıblar. Onların şəbəkəsinin əsəs qolları Krasnodara, Almaverə dayanırdı. Demək olar ki, biz erməni terroristlərinin düşünən beyni ilə mübarizə aparırdıq. Onlar, o terroru həyata keçirən ermənilər elə-belə ermənilər deyildi. Amma bütün bu gərgin işlərə baxmayaraq, dindirilmələr zamanı saxlanılan ermənilərin özlərinə arxayın bir şəkildə onların həbsinin müvəqqəti olduğunu deyirdilər. Nə qədər çökmə üzrə olsa da, Sovet hökumətinin bəzi rəhbərliyinin onlara arxa olacağına ümidli olduqlarını deyirdilər.

Maqsud Şükürov deyir ki, ovaxtkı vəhşilikləri dünyaya çatdırmaq üçün bu gün xaricdə yaşayan həvətənlərimizlə sıx əlaqədə olur. Onların yaşadıqları bölgələrin mətbu orqanlarında Qarabağ həqiqətlərilə bağlı məqalələr dərc etdirir, tədbirlər təşkil edirlər.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Terror   Erməni-işğalı   Xocalı-Soyqırımı  

Qarabağda yaradılan ilk istintaq əməliyyat qrupunun apardığı işlər – MÜSAHİBƏ (EKSKLÜZİV)

2020/02/00009-9496323558.jpg
Oxunub: 1768     16:12     26 Fevral 2020    