Horadizdə Xocalı faciəsinin qurbanları anılıb – FOTOLAR

2020/02/87362-1582718494.jpg
Oxunub: 1576     15:57     26 Fevral 2020    
Füzuli rayonunun Horadiz şəhərində Xocalı faciəsinin qurbanlarının xatirəsinə anım mərasimi keçirilib.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Ordusunun birləşmə komandiri general-mayor Mayis Bərxudarov, digər yüksək rütbəli zabitlər, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd dəstəsinin əsgər və zabitləri, Rayon İcra Hakimiyyətinin, həmçinin yerli güc strukturlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edib.

Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra onların ruhlarına dualar oxuyublar.

Daha sonra Füzuli Dram Teatrında Akif Həsənoğlunun əsəri əsasında hazırlanmış “Yaddaş” tamaşası nümayiş etdirilib.

Tamaşa Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərdən və Azərbaycan hərbiçilərinin dinc sakinlərin xilas edilməsində göstərdiyi şücaətdən bəhs edir.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Horadiz   Xocalı-soyqırımı  

Horadizdə Xocalı faciəsinin qurbanları anılıb – FOTOLAR

2020/02/87362-1582718494.jpg
Oxunub: 1577     15:57     26 Fevral 2020    