Kiyevdə Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

2020/02/40ef6-1582717963.jpg
Oxunub: 654     15:10     26 Fevral 2020    
Ukraynanın paytaxtı Kiyev şəhərində “Silahlı münaqişələrdə dinc əhalinin qorunması” mövzusunda olan və Xocalı faciəsinin ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib.

Ordu.az xəbər verir ki, tədbir Ukrayna Ombudsman ofisinin təşkilatçılığı və Avrasiya Beynəlxalq İnkişaf Assosisiyasının (ABİA) dəstəyi ilə Avropa Şurası Parlament Assambleyasının Ukrayna Ali Radasından (parlament) olan deputatları, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə Ukrayna Ali Radasının İnsan Haqları üzrə komissiyasının sədri, Ombudsman Lyudmila Denisova, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun sədri Valeri Kolyux iştirak ediblər. Tədbirdə Xocalı faciəsinin qurbanlarının xatirəsi ehtiramla yad edilib, Xocalıda baş verənlərin insanlığa qarşı törədilmiş cinayət olduğu vurğulanıb və bu səbəbdən Xocalı üçün ədalətin tələb edilməsinin, sadəcə, Azərbaycan xalqının deyil, bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsi olduğu qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov müasir dünyada mövcud regional münaqişələr zamanı mülki əhalinin qorunmasına dair beynəlxalq və Avropa müstəvisində qəbul edilmiş normalar haqqında ətraflı məlumat verərək bu prinsiplərin işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsi zamanı kobud şəkildə pozduğunu, Xocalı soyqırımının isə bu cinayətlərin ən son həddi olduğunu vurğulayıb. Onun sözlərinə görə, istər dünya ictimaiyyəti, istərsə də Avropa təsisatları uzun illər ərzində özlərinin elan etdikləri ali prinsiplərin Xocalı soyqırımı zamanı kobud şəkildə tapdalanmasına göz yumaraq ikili standartlar nümayiş etdiriblər. “Yalnız 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət” kampanıyası nəticəsində beynəlxalq ictimaiyyət bu faciəni tanıyıb.

Daha sonra keçirilmiş panel müzakirələrdə çıxış edən Ukrayna parlamentinin Sosial Siyasət Komitəsinin sədr müavini Natalya Korolevska, BMT İnsan Haqları Monitorinq Missiyasının sədr müavini Benjamin Moro, Avrasiya Beynəlxalq İnkişaf Assosisiyası İdarə Heyətini sədri Elçin Əsgərov, Avropa Parlamentinin Ukraynadakı nümayəndəsi Hanna Xristova, Ukrayna Helsinki İnsan Haqları İttifaqının icraçı direktoru Oleksandr Pavliçenko və digərləri Xocalı faciəsinin son bir əsrdə mülki əhaliyə qarşı cinayət aktları ilə müqayisəli təhlilini apararaq bütün insani faciələrin dünya ictimaiyyəti tərəfindən tanıtımı, onlara siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi məsələsini vurğulayıblar.

Tədbirdəki çıxışları yekunlaşdıran konfransın moderatoru Ukraynanın nüfuzlu “Leviy Bereq” İnstitutunun nümayəndəsi Aleksandr Demçenko Xocalı faciəsinə Avropa təsisatları tərəfindən lazımı qiymət verilmədiyini bir daha vurğulayaraq, bu istiqamətdə Avropa Şurası Parlament Assambleyasını ikili standartlara son qoyaraq həqiqət və ədalətin tərəfində olmağa çağırıb.

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış XX əsrdə insanlığa qarşı törədilmiş cinayətlər kontekstində Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran sənədli film də nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı   Kiyev  

Kiyevdə Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

2020/02/40ef6-1582717963.jpg
Oxunub: 655     15:10     26 Fevral 2020    