Disput: “Ötən əsrin 26 fevral sazağı”

2020/02/056f9-1582698798.jpg
Oxunub: 811     11:00     26 Fevral 2020    
Qışdı...

Dünən qışın sazağı hiss olunmurdu, güman ki, sabah da hiss olunmayacaq, o biri gün də. 26-sında sazaq olacaq; 28 ildi 26 fevral şaxtalı keçir, Xocalı işğaldan azad edilənə kimi fevralın 26-sı belə yaşanılacaq...

Göylüyü düz-əməlli seçilməyən göy üzünü tül qalınlığında boz bulud topaları bürüyüb...

Ön xəttə çatmaqdayıq. Bir azdan döyüş əzmini, qələbə ruhunu düşüncələrimizin yol göstərəni bildiyimiz əsgərlərin əhatəsində olacağıq, əlimiz əllərdə isinəcək, əlimiz əllər isidəcək. "Bəşərin günahlarına görə niyə dünya qınanır, suçlanır? Rus imperiyasının 366-cı alayının fəal iştirakıyla 1992-ci ilin 25 fevral gecəsi Xocalıda törədilmiş soyqırımına görə də dünyamı qınanmalıdı? Yox, faciəyə - soyqırımına fitva verənlər də mənəviyyat qanunlarıyla cəzalandırılmalıdı", - "N" hərbi hissəsində "Ötən əsrin 26 fevral sazağı" mövzusunda disputa dan yeri söküləndən bəri düşüncələrimin haləsinə dönmüş bu fikirlərin araçılığıyla başlamağa niyyətliyəm.

Disputdan əvvəl polkovnik Babək Səmidli demişdi: "Bu mövzuda disput əsgərlərin mənəvi-psixoloji hazırlığında, əlbəttə ki, səmərəli olacaq. Xocalı faciəsinin yaraları torpaqlarımız işğaldan azad ediləndə qaysaqlayacaq, ondan sonra da unudulmayacaq..."...

Disput başlayır.

Deyirəm ki, tarix üçün böyük rəqəm olmasa da, 28 ildi 25 fevral gecəsinin kəsilməyən, yumşalmayan sazağının dilmancı olan ürəyimizin sızıltıları, ruhumuzun sıxılcımları tarixdən cavab istəyir. Cavab istəyir ki, həm bu səbəblərə görə, həm də bəşəriliyə sədaqətə görə bu sıxıntıların baiskarları mənşər ayağına çəkilsinlər.

Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin tarixi hadisələrə tarixi münasibəti də tarixdi. Bu tarix həm də Azərbaycan dövlətçiliyi naminə həqiqətin tarixidi. Ulu Öndər deyirdi: "...Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Zabit Ruslan Novruzov əsgərlərin Xocalı soyqırımıyla bağlı bilgilərini disputun gedişinə yönəltmək niyyətiylə deyir:

- Xocalı 1991-ci ilin noyabrından mühasirədəydi. Xocalı ağır, çətin günlər yaşayırdı, Xankəndi və Əsgəran istiqamətlərindən artilleriya atəşinə tutulurdu. Şəhərə çevrilən Xocalının güzəranı daha da çətinləşirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər rus ordusunun dislokasiya yeri Xankəndi olan 366-cı alayı ilə Xocalıya hücuma keçdi. Şaxtaydı. Sazağıydı...

Əsgərlərin baxışlarında qəzəb görünür, nifrət görünür, hiddət görünür; qəzəb soyqırıma görədi, nifrət soyqırımı törədənlərədi, hiddət qisas harayıdı, döyüş əzmidi, qələbə ruhudu. Əsgərlərin hamısı nəsə demək istəyir...

Əsgərlərin baxışlarında bayaq sezdiyim döyüş əzmi, qələbə ruhu bir qədər coşmaqdadı - kükrəməkdədi; ruhən ruhların qayibanə harayını eşidirəm: Xocalım, ay Xocalım!..

- Xocalını müdafiə edən yeniyetmələrin yerişindən, baxışından, duruşundan duyduğum qətiyyətin, sədaqətin, qələbə ruhunun, Vətən sevgisinin sizin timsalınızda necə əsgərləşdiyini görürəm, yəni, siz onların azərbaycançılığını davam etdirirsiniz, sizin də azərbaycançılığınızı davam etdirəcəklər, - deyirəm.

- Qələbə ruhunun əsgərləşməsi həm gözəl, həm də düşündürən səslənişdi. Xocalı faciəsi bu əsgərlərdən 10 yaş böyükdü. Onlar faciə haqqında valideynlərindən, sonra müəllimlərindən eşidiblər, kitablardan, qəzetlərdən oxuyublar. Hərbi xidmətə başlayanda onlara bu haqda zabitlər də danışıblar. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz Xocalı faciəsinin niyə törədildiyini, necə törədildiyini təfərrüatı ilə bilir, - zabit Ruslan Novruzov fikrimi yaddaqalacaq məntiqlə tamamlayır. 25 fevral gecəsinin, sökülən dan yerinin, fevralın 26-sının dəhşətlərini xatırladır. Zabitin bu inamını biz də, əsgərlər də məmləkətin inamı bilirik:

- Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüylə "Xocalıya ədalət" kampaniyası 28 il çəkən biganəliyi silkələyəcək, dünya bu soyqırımı törədənlərin, icraçılarının beynəlxalq qanunlar əsasında cəzalandırılmasını tələb edəcək, - deyir.

- Televiziyada Xocalı faciəsindən göstərilən kadrlara əvvəllər başa düşmədiyimə görə baxa bilmirdim, sonralar başa düşdüyümə görə baxa bilmirəm. Nəfəssiz nəvəsini qucağına almış çarəsiz babanın yeri-göyü yandıran naləsinə, fəryadına necə baxasan, necə? - əsgər Əli Həsənovun bəşəriyyətə ünvanlanan bu sorğusu Azərbaycan Ordusunun Böyük Qələbəsiylə cavablandırılacaq...

Öldürülənlər zülmlə öldürülmüşdü...

1992-ci ilin martında "İzvestiya" qəzetində mayor Leonid Kravetsə istinadən məqaləni xatırladıram: "Mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca gördüm".

Mənim xatırlatmamı əsgərlər davam etdirir:

- Xocalıda 613 nəfər xocalılı öldürülüb (əsgər Səbuhi Məmmədov).

- 25 uşaq hər iki valideynini itirib (əsgər Nicat Əsgərov).

- Ermənilərin yaxınlaşdığını görəndə cavan qız özüylə götürdüyü xəncəri ürəyinə sancıb (əsgər Səddam Xəlilzadə).

- Erməniləri görən ata əvvəlcə qızını, sonra özünü güllələyib (əsgər Samir Hümmətov).

Baş leytenant Pərviz Abbasov xarici mətbuatda dərc olunmuş informasiyaları xatırladır:

- Londonda nəşr olunan "Sandi Tayms" qəzeti yazıb: "Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər". Moskvada nəşr olunan "İzvestiya" qəzeti yazıb: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi". Londonda nəşr olunan "Tayms" qəzeti yazıb: "Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdı".

Əsgər Cəbrayıl Babayev öz mətbuatımızda oxuduğu və az qala cümlə-cümlə yaddaşına yazdığı məqalənin bir hissəsini xatırladır:

- ... 28 il əvvəlin 26 fevral gecəsinin ilik donduran şaxtası ruhumuzu didişdirir. 28 ildi həmin gecə yeri-göyü qarğıyanların fəryadını, göz yaşları ürəyinə axanların naləsini, taqəti tükənən qocaların təəssüfə bükülü qəhərini eşidirik: "Siz gedin, məni özünüzə yük eləməyin". Halsız qocaların qollarından yapışan qollar görürük. Baba ömrünü nəfəsi duyulan ölümün əlindən aldıqdan sonra həmin gecə donmayan nəvələr indi babadı, nəvələrinə o gecə ölümdən necə can qurtardıqlarını danışırlar...".

Əsgər Əli Həsənov başqa bir məqaləni xatırladır:

- ...Həmin gecə Ağdama üz tutan 6 gənc ana körpələriylə birlikdə bir mağaraya sığınıb.

Analardan biri ağlayan südəmər körpəsinin ağzını əliylə qapayıb ki, ermənilər səsə gəlməsinlər. Körpənin ağlantısı 6 ananın, 7 uşağın ölümünə səbəb olardı. Körpə keçinib. Ana, hıçqırtı içində "Balamı çölün düzündə qoymaram!" - deyib, ciyərparasını belinə şələləyib, Ağdamacan gətirib. Orada bilib ki, körpənin nəfəsi özündədi - sağdı...".

Əsgər Əli Həsənovun xatırladığı, acılarla xatırlatdığı məqaləni mən də acılar içində xatırlayıram. Əsgərin fikrinin davamının cəfasını mənim yaddaşım çəkir:

- O körpə sağdımı? O gecə nəfəsini itirən, dan üzü yenidən doğulan o körpə özünü Xocalı faciəsinin yaşıdı bilir. Haqlıdı. Bu illər ərzində həmin gecə ağzını qapayan əldən öpəndə anasının göz yaşları ürəyinə axıb, şübhəsiz. Deyə bilməyib, deməyib ki, bu əl səni öldürmüşdü, qızım, öldürmüşdü...

Əsgərlərin qaşları çatılıb...

Əsgər Səbuhi Məmmədov maraqlı və gərəkli bir mətləbə toxunur:

- İkinci Dünya müharibəsində faşistlər Belarusun Xatın kəndinin əhalisini bir tikiliyə doldurub yandırmışdı. Bu faciəni SSRİ dağılana kimi dövlətin siyasi manifesti edən imperiya özünün törətdiyi faciəni - soyqırımı ört-basdır etmək istəyir. "Xocalıya ədalət" kampaniyası bu ləyaqətsiz istəyi alt-üst edəcəkdir.

Səbuhinin fikrini Cəbrayıl tamamlayır:

- Miqyasına və öldürülənlərin sayına görə Xocalı faciəsi Xatın faciəsindən daha dəhşətli faciədir...
Hər iki əsgərin dünyaduyumundan, azərbaycançılığından duyğulanırıq...

- İllər keçəcək, rəqəm də dəyişəcək, nəsillər də. Vətənsevərlik yaşayacaq, Vətənə sədaqət yaşayacaq. 28 il əvvəl 26 fevral günü erməniliyin vəhşiliyindən, qaniçənliyindən can qurtaranların, 28 ildi son nəfəsini Xocalıya yetirmək arzusuyla yaşayanlara nə deyərdiniz? - əsgərlərdən soruşuram. "Hamısının mənəvi qardaşıyıq", - deyirlər. "Onları Xocalıya, kəlbəcərliləri Kəlbəcərə, laçınlıları Laçına, ağdamlıları Ağdama, füzulililəri Füzuliyə, cəbrayıllıları Cəbrayıla, qubadlıları Qubadlıya, zəngilanlıları Zəngilana qovuşdurmaq amalıyla xidmət edirik", - kəlmələr and kimi səslənir...

Disput bu ovqatla tamamlanır...

Şaxtada-sazaqda, insafsız soyuqda düşmənin atdığı güllələr dabanlarını qarsılayanların qəhər gecəsidi 25 fevral gecəsi. O gecənin ağrılarını ağrımız, sıxılcımlarını sıxılcımımız, qəhərini qəhərimiz bilmişik. Bu fikir "Ötən əsrin 26 fevral sazağı" mövzusunda disputda əsgərlərin heysiyyətli fikirləriylə də təsdiqləndi...

Rəşid Hüseynov, əməkdar jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı-soyqırımı   Ordu  

Disput: “Ötən əsrin 26 fevral sazağı”

2020/02/056f9-1582698798.jpg
Oxunub: 812     11:00     26 Fevral 2020    