"İdlibdə silahlılarla barışmaq terrorçulara təslim olmaqdır" - Lavrov

2020/02/photo-1580888913.jpg
Oxunub: 449     15:16     25 Fevral 2020    
"Suriyanın İdlib bölgəsində silahlılarla barışmağın mümkünlüyünü vəd etmək insan haqlarının qayğısına qalmaq demək deyil, terrorçulara təslim olmaqdır”.

Ordu.az xarici Kİv-lərə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Cenevrədə keçirilən İnsan Haqları üzrə Şurasında çıxışında bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və İnsan Haqları Şurası başını qaldıran ekstremistlərin yolunu bağlamağa borcludur.

"Hələlik, bəzi həmkarlarımızın mövqeyində könüllü və ya ixtiyari olaraq radikal və terrorçu qrupların vəhşiliklərinə haqq qazandırmaq istəyi üstünlük təşkil edir. Əks təqdirdə, İdlibdəki vəziyyəti müzakirə edərkən olduğu kimi, quldurlarla saziş bağlamağın mümkünlüyü ilə bağlı nəsihətləri izah etmək çətindir", - deyə Lavrov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İdlib   Suriya   Lavrov  

"İdlibdə silahlılarla barışmaq terrorçulara təslim olmaqdır" - Lavrov

2020/02/photo-1580888913.jpg
Oxunub: 450     15:16     25 Fevral 2020    