Ermənistan Hərbi Polisinin keçmiş rəisi və müavini arasında nə baş verib?

2020/02/64564-1582621265.jpg
Oxunub: 623     10:43     27 Fevral 2020    
Məlum olduğu kimi, Ermənistan ordusunda mövcud olan vəziyyətlə bağlı Müdafiə Nazirliyinin müvafiq idarələrinin vəzifəli şəxsləri vəzifəsindən azad olunublar.

Xüsusilə də, Hərbi Polis rəisi Artur Bağdasaryan vəzifəsindən azad olunub və Hərbi Polisin əməliyyat üzrə rəis müavini Aleksandr Ağacanyan Hərbi Polis rəisi vəzifəsinə müvəqqəti təyin olunub.

Məlumata görə, müvəqqəti olaraq yeni təyin olunmuş Hərbi Polis rəisi Ağacanyan və keçmiş Hərbi Polis rəisi Bağdasaryanın suları bir arxla axmayıb. Bu, hətta rəhbər orqanları narahat edib və onlar təmkinlilik nümayiş etdirməyi məsləhət görüblər.

Məsələ burasındadır ki, Hərbi Polisdə yayılmış şayiələrə görə, keçmiş Hərbi Polis rəisi Bağdasaryanın bütün işçiləri ilə normal iş münasibətləri olmayıb, bunlardan biri də Ağacanyan olub.

Ağacanyanın Hərbi Polisdə olması Ermənistan Müdafiə naziri Davit Tonoyanın sayəsində olub və bu, Bağdasaryanın ürəyincə olmayıb.

Jurnalistlər məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyandan dəqiqləşdirməyə çalışıb.

“Belə bir məlumatım yoxdur və bu məsələni şərh edə bilmərəm”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-polis  

Ermənistan Hərbi Polisinin keçmiş rəisi və müavini arasında nə baş verib?

2020/02/64564-1582621265.jpg
Oxunub: 624     10:43     27 Fevral 2020    