“Ciddi məsələlər Ermənistanın hazırkı hakimiyyətini maraqlandırmır” – Aşotyan narahatdır

2020/02/66552-1582618631.jpg
Oxunub: 993     17:12     25 Fevral 2020    
“Ötən həftə xəbər yayıldı ki, Azərbaycan Xarici İşlər naziri ilə görüş zamanı Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin hazırlanmasını intensivləşdirməyi və keçirilməsi 2020-ci ilin iyununda planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində onu imzalamağı təklif edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, mənbələrinin Brüsseldən verdiyi məlumata görə, Azərbaycanla birlikdə hazırlanan sənəddə Qarabağ münaqişəsi ilə əlaqəli olan məqalələr yumşaq dildə desək, nəinki Ermənistan-Aİ razılaşması ilə eyni deyil, həmçinin müqayisəolunan deyil.

“Aylardır davamlı şəkildə bu məsələni qaldırıram, lakin bu iki il ərzində göstərdiyi kimi, ciddi məsələlər Ermənistanın hazırkı hakimiyyətini maraqlandırmır. Ermənistan Xarici İşlər Nazirliyi və parlament xalqa hesabat verməyə və bu istiqamətdə hansı işin aparıldığını, nəticələrin necə olduğunu açıqlamağa sadəcə borcludur”, - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   Azərbaycan   Qarabağ  

“Ciddi məsələlər Ermənistanın hazırkı hakimiyyətini maraqlandırmır” – Aşotyan narahatdır

2020/02/66552-1582618631.jpg
Oxunub: 994     17:12     25 Fevral 2020    