BMT-nin Baş katibi Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

2020/02/10768-1582607456.jpg
Oxunub: 280     10:06     25 Fevral 2020    
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Cenevrədə BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, görüşdə Suriyadakı vəziyyət, həmçinin Rusiya ilə BMT arasında dialoqun gücləndirilməsi müzakirə edilib.

“Görüş zamanı beynəlxalq gündəmdəki ən aktual mövzulara toxunulub, Suriyadakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb, Rusiyanın BMT ilə qarşılıqlı əlaqəsi məsələlərinə baxılıb. Həmçinin İkinci Dünya Müharibəsinin sona çatmasının və təşkilatının yaradılmasının 75 illiyinə xüsusi diqqət yetirilib”, - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, tərəflər BMT-nin dünya məsələlərində rolunu gücləndirmək üçün qarşılıqlı səylərə sadiqliklərini bir daha nümayiş etdiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   BMT  

BMT-nin Baş katibi Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

2020/02/10768-1582607456.jpg
Oxunub: 281     10:06     25 Fevral 2020    