Döyülmüş erməni polkovnikin işi üzrə istintaq əməliyyatları həyata keçirilmir

2020/02/image-1581932737.jpg
Oxunub: 719     17:47     25 Fevral 2020    
Təxminən üç ay yarım öncə Ermənistanın Yeğeqnadzor şəhərində amansızcasına döyülmüş polkovnik-leytenant Ara Mxitaryanın işi üzrə istintaq əməliyyatları hazırda həyata keçirilmir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni polkovnik-leytenantın qardaşı Karen Mxitaryan məlumat verib.

O qeyd edib ki, səbəbi konkret olaraq nə olduğunu bilmir, lakin hazırda istintaq əməliyyatları həyata keçirilmir.

“İlkin istintaqdan heç bir yenilik yoxdur, ilkin istintaq hələ də davam etdirilməlidir”, - deyə Mxitaryan bildirib.

Mxitaryan qeyd edib ki, bu qədər müddət keçməsinə baxmayaraq, qardaşının sağlamlıq vəziyyətində heç bir dəyişiklik yoxdur.

“Huşu hələ özündə deyil, yalnız gözlərini açır. Həkim deyib ki, dəyişiklik 6 ay sonra ola bilər. Hələ gözləyirik”, - deyə döyülmüş erməni polkovnik-leytenantın qardaşı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Döyülmüş erməni polkovnikin işi üzrə istintaq əməliyyatları həyata keçirilmir

2020/02/image-1581932737.jpg
Oxunub: 720     17:47     25 Fevral 2020    