Qazaxda diversiya cəhdinin qarşısının alınmasında bir sərhədçimiz şəhid olub - Düşmənin 1 itkisi, 1 yaralısı var

2019/04/DSC_0-1556634071.jpg
Oxunub: 8601     11:20     24 Fevral 2020    
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqamətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Şəhid  

Qazaxda diversiya cəhdinin qarşısının alınmasında bir sərhədçimiz şəhid olub - Düşmənin 1 itkisi, 1 yaralısı var

2019/04/DSC_0-1556634071.jpg
Oxunub: 8602     11:20     24 Fevral 2020    