Erməni general-leytenant: “Komandirlərdən tutmuş Müdafiə nazirinə qədər hamı cavab verməlidir”

2020/02/image-1582523945.jpg
Oxunub: 896     16:27     24 Fevral 2020    
“Bu, anormal vəziyyətdir, bu, fövqəladə vəziyyətdir. Bu qədər ölüm necə mümkün ola bilər? Nədir, onlar mübarizə aparıblar, hansısa bir şey üçün ölüblər?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni general-leytenant Norat Ter-Qriqoryants deyib.

O, Ermənistan ordusunda baş vermiş ölüm hadisələrini silahlı qüvvələrdə fövqəladə vəziyyət hesab edir.

“Zabitlərdən, komandirlərdən, çavuşlardan tutmuş Müdafiə nazirinə qədər hamı buna görə cavab verməlidir. Bu biabırçılığa görə hər kəs məsuliyyətə cəlb olunmalıdır. Bu, rüsvayçılıqdır. Bu, yolverilməz və fövqəladə vəziyyətdir. İnternetdə nə baş verdiyini görümüsünüz? Bütün türk KİV-ləri yazır və sevinir ki, Ermənistan ordusu parçalanır”, - deyə Ter-Qriqoryants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Dedovşina   İntihar  

Erməni general-leytenant: “Komandirlərdən tutmuş Müdafiə nazirinə qədər hamı cavab verməlidir”

2020/02/image-1582523945.jpg
Oxunub: 897     16:27     24 Fevral 2020    