“Vətəni qorumaq vətəndaşlıq borcumuzdur”

2020/02/446a1-1582366133.jpg
Oxunub: 704     15:20     25 Fevral 2020    
Azərbaycan Respublikası Qafqazın geosiyasi və geostrateji əhəmiyyət kəsb edən elə bir bölgəsində yerləşir ki, dövlətin təhlükəsizlik problemi regionda olan maraqların kəsişmə bucağından bilavasitə asılıdır. XXI əsrin əvvəlində milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdəndir.

Bu gün ölkəmizin təhlükəsizlik məsələsi söz mövzusu olduğundan, digər sahələrdə olduğu kimi, ordumuzun döyüş imkanlarının gücləndirilməsi istiqamətində də qarşıya qoyulan bütün vəzifələr həyata keçirilməkdədir. Güclü ordu dövlətin və xalqın təhlükəsizliyinin əsas təməl prinsiplərindən biri olduğu kimi, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daim artırılması torpaqlarımızın işğal altında olduğu bir vaxtda mühüm əhəmiyyət kəsb edir. Artıq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu regionda qüdrətli hərbi gücə çevrilib.

Ön xətdə yerləşən "N" hərbi hissəsində gördüklərimiz də deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyası Azərbaycan Ordusunun müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Hərbi hissənin zabiti kapitan Xalid Abışov bildirdi ki, bu gün Azərbaycan Ordusu xalqın, dövlətin, azərbaycançılığın polad ifadəsidir, birliyimizin əsas simvollarından biridir: "Ordumuz Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün tələb olunan bütün imkanlara malikdir. Aprel və Günnüt zəfərləri ilə tarixi qələbə ənənəsini yaşadan Azərbaycan Ordusu həmişə üzərinə düşən missiyanı layiqincə daşımağa çalışır. Biz inanırıq ki, ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə güclü innovativ inkişaf, müasir tələblərə cavab verən silah və sursat, eyni zamanda, kadr potensialının sayəsində qarşısında duran bütün hədəflərə çatacaq".

Zabitin fikrini döyüş hazırlığı məşğələsi ilə məşğul olan top heyətinin komandiri çavuş Mədət Bənnayev də təsdiqlədi: "Ölkəmizdə aparılan hərbi islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzində dayanır. Azərbaycan əsgərinin formalaşdırılması, onun bir döyüşçü kimi yetişdirilməsinin ağırlıq mərkəzi məhz döyüş hazırlığının üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində Azərbaycan Ordusunun hazırlıqlı kadr heyəti əsas vasitələrdən biri olaraq həlledici rol oynayır. Təcrübələr onu göstərir ki, döyüş səhnəsində hazırlıqlı hərbi qulluqçu daha çox əhəmiyyət daşıyır. Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında gördüyünüz döyüş hazırlığı dərsləri xüsusi rol oynayır".

Heyət nəfəri əsgər Əfrayıl Quliyev qeyd etdi ki, döyüşün növündən asılı olmayaraq düşmənə atəşlə zərərvurmanın əsas atəş tapşırıqları raket və artilleriya qoşunlarının üzərinə düşür. Düşmənin döyüş potensialının zəiflədilməsi məqsədilə müxtəlif növ artilleriya silahlarından onun qoşunlarına və obyektlərinə uzlaşmış şəkildə və təyin olunmuş qaydada atəş edilir. Burada əsas məqsəd döyüşün gedişində üstünlüyə nail olmaq və piyadaların hücumuna şərait yaratmaqdır. Aprel döyüşləri də sübut etdi ki, artilleriyanın döyüşdə əhəmiyyəti əvəzedilməzdir.

Əsgər Rəsul Allahverdizadə isə vurğuladı ki, ordu quruculuğunun mərkəzində silah və texnika ilə yanaşı, şəxsi heyət amili və onun mənəvi-psixoloji durumu dayanır: “Bu gün bir əsgər kimi deyə bilərəm ki, Azərbaycan Ordusu Vətənini sevən, komandirlərinin sayəsində fiziki cəhətdən güclü, sağlam, mənən zəngin, döyüşkən bir şəxsi heyətə malikdir”.

"Həmin şəxsi heyət isə Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov, Raquf Orucov kimi qəhrəmanlarımızdan mənəvi güc alaraq torpaqlarımızın keşiyində dayanır", - deyə əsgər Fərid Əzizov əsgər yoldaşının fikrinin davamı olaraq bildirdi.

Onlar Azərbaycan əsgərinin mərdlik, cəsarət, qorxmazlıq, igidlik simvoluna çevriliblər. Bunun səbəblərindən biri Vətən sevgisidirsə, digər mühüm amil onların ortaya qoyduğu vətənpərvərlik örnəyidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin hünəri bizlərə örnəkdir. Hər birimiz onların keçdiyi döyüş yolundan çox şeyləri öyrənirik. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

"Bəli, Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir", - deyə əsgər Əkbər Məmmədov dostunun sözünü təsdiqlədi : “Vətən sevgisi, ana sevgisi qədər müqəddəsdir. İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Əsl əsgər odur ki, öz Vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. Müdrik bir kəlamda deyilir: "Vətəndə ölməyən iki dəfə ölür"”.

Əsgərlər Məhəmməd Nəsibov və Arif Zeynalov bildirdilər ki, bu gün üstündə gəzdikləri torpağı ona görə qoruyurlar ki, sabah bu torpağın altında rahat uyuya bilsinlər, eyni zamanda, gələcəkdə bu torpağın üstündə yadellilər at oynatmasınlar. Sabah onu gələcək nəsillərə müqəddəs əmanət kimi ötürə bilsinlər: "Tarixin ayrı-ayrı dönəmlərində ölkəmiz həmişə yadellilərin hücumlarına məruz qalıb. Lakin torpaqlarının müdafiəsini hər şeydən üstün bilən atalarımız Vətənlərini canları bahasına qoruyub bizə əmanət ediblər. Verilən vədə əməl etmək lazımdır, bu bizim dinimiz, inancımız, insanlığımız üzərinə yüklədiyimiz ən ali və müqəddəs vəzifə olmalıdır. Çünki min illərdir üzərində yaşadığımız bu torpaqları gələcəyə aparmaq lazımdır, onu başqa xalqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməyəcəyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldıracağıq, ölkəmizin adının ən yaxşıların sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmayacağıq. Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki biz hərbi qulluqçular, hər bir Azərbaycan vətəndaşı vətənpərvər olmalıdı. Vətəni qorumaq vətəndaşlıq borcumuzdur".

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətəni-qorumaq   Vətəndaşlıq-borcu  

“Vətəni qorumaq vətəndaşlıq borcumuzdur”

2020/02/446a1-1582366133.jpg
Oxunub: 705     15:20     25 Fevral 2020    