“Çalışırıq ki, şəxsi heyətimiz fiziki cəhətdən çevik, dözümlü və qüvvətli olsun”

2020/02/f864c-3164730526.jpg
Oxunub: 858     16:03     24 Fevral 2020    
Hərbi hissənin ərazisinə daxil olanda ilk olaraq diqqətimizi idman şəhərciyi cəlb etdi. Burada şəxsi heyətin səhər və axşam fiziki hazırlıq məşğələsi ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Əsgərlərimiz komandirlərinin rəhbərliyi altında müxtəlif idman qurğularında məşq edərək, fiziki güclərini artırırlar. Gəlişimiz səhər fiziki hazırlığı məşqinə təsadüf etdi. Hərbi qulluqçular turnikdə dartınır, paralel qollarda və digər qurğularda çalışmaları yerinə yetirirdilər. Şəxsi heyəti məşqdən ayırmaq istəmədiyimiz üçün bir az gözləməli olduq. Kiçik çavuş Rövşən Əliyev əsgərlərimizə məşğələnin bitməsi haqqında məlumat verdi. Fürsətdən istifadə edib, əsgərlərə yaxınlaşırıq.

“Tabeliyimizdə xidmət edən əsgərlər həm fiziki hazırlıq məşğələlərində, həm də təlimlərdə fəal iştirak edirlər”, - deyə kiçik çavuş Rövşən Əliyev söhbətə başladı: “Onlar sadəcə günün nizam qaydası ilə təyin olunmuş vaxtlarda deyil, asudə vaxtlarında da idman şəhərciyinə gəlib məşq edirlər. Biz də çalışırıq ki, şəxsi heyətimiz fiziki cəhətdən çevik, dözümlü və qüvvətli olsun. Əsgərlərimiz də verilən əmr və tapşırıqların öhdəsindən bacarıqla gəlir, xidməti vəzifələrini layiqincə yerinə yetirirlər”.

Vətənə olan sevgisindən, hərbi xidmətə yaranan marağından danışan kiçik çavuş Rövşən Əliyev bildirdi ki, dünyanın ən gözəl və səfalı yerlərini gəzib geri qayıdanda insan xüsusi rahatlıq tapır: "Vətən sadəcə müəyyən sərhədi olan coğrafi məkan deyil. Vətən doğulub-böyüdüyün, uğrunda canını verməyə hazır olduğun, şəhidlərimizin bizə miras qoyduğu müqəddəs torpaqdır. Biz də bu mirası göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Necə ki, dayımın simasında qəhrəman oğullarımız bunu ediblər. Dayım Qarabağ uğrunda Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun yolunu şərəflə davam etdikməkdən qürurlanıram. Hər səhər yuxudan oyananda ümid edirəm ki, şəhid qardaş və bacılarımızın qisasını alacağımız gündür. İnanıram ki, o gün uzaqda deyil”.

“Uşaq vaxtlarımdan idman həyatımın bir parçasına çevrilib”, - əsgər Nicat Ağarəhimov dedi.

“İdmanın cüdo növü ilə məşğul oluram. Bu sahədə müəyyən nailiyyətlər əldə etmişəm. Ancaq qazandığım medallarla kifayətlənmirəm. Respublika daxilində birinciliklər artıq məni qane etmir. Arzumdur ki, ölkəmizi beynəlxalq arenada təmsil edim. Komandirlərimiz məqsədimi bilir, bunun üçün fiziki hazırlığımı artırmaq üçün əllərindən gələni əsirgəmirlər. Çalışacağam ki, üçrəngli bayrağımızı qatıldığım hər yarışda dalğalandırım, onların ümidlərini doğruldum. Burada əsgərlər üçün hər cür şərait yaradılıb. Günün nizam qaydasına uyğun olaraq nəzəri və praktiki biliklərimizi məşğələlərdə artırır, asudə vaxtlarımızda müxtəlif növ yarışlar keçiririk”, - deyə o qeyd etdi.

Atasının Qarabağ əlili olduğunu deyən əsgər Yasin Kərimov bildirdi ki, müasir Azərbaycan Ordusunun əsgəri olmağı ilə fəxr edir: "Müharibənin acı nəticələri ilə hələ uşaq yaşlarımdan qarşılaşdım. Atam Qarabağ müharibəsi iştirakçısıdır. O, həmişə ermənilərin törətdikləri insanlığa sığmayan vəhşiliklərdən danışanda qəhərlənirdi. Tez böyüyüb, əsgər olmaq istəyirdim. Çağırış vərəqi gələndə atamın sevincli baxışları heç vaxt yaddaşımdan silinməyəcək. Hərbi formanı əynimə geyindiyim an özümə söz verdim ki, Vətənimizin son qarış torpağı azad olunmayınca bu müqəddəs formanı çıxarmayacam. Bunun üçün mütəmadi olaraq bilik və bacarıqlarımızı artırırıq. Çalışıram ki, komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyim. Fiziki hazırlıq məşqlərində müxtəlif çalışmalar yerinə yetiririk. Komandirlərimiz həm fiziki cəhətdən güclü olmağımıza, həm də sağlamlığımızın möhkəmlənməsinə xüsusi diqqət yetirirlər. Mahir döyüşçü olmaq üçün hərb sənətinin incəliklərini bilməli, yerləşdiyin və azad edəcəyimiz ərazinin relyefinə bələd olmalısan. Komandirlərimiz yalnız nəzəri deyil, həm də praktiki biliklərimizi artırırlar. Keçirilən təlimlər Azərbaycan əsgərinin gücünün və qələbəyə olan inamının nə qədər böyük olduğunu göstərir. Qalib ordunun əsgəri olaraq gələcək döyüşlərdə düşməni törətdiklərinə görə peşman edəcəyik”.

Əsgərlər Kənan Əzimzadə, Fərid Nəcəfli, Elşən Əhmədov, Elmir Rzazadə və digərləri dedilər ki, məşğələlərin hər dəqiqəsi səmərəli keçir. Dərslərdə fəal iştirak edən Vətənin müdafiəçiləri fiziki hazırlıqları yüksək olanda özlərini təlimlərdə daha inamlı hiss etdiklərini bildirdilər.

Şəxsi heyətin cəld və çevik hərəkətləri, komandirlərinə olan rəğbəti, onların hər zaman döyüşə hazır olduqlarından xəbər verirdi. Düşünürəm ki, hazırda hərbi hissələrdə yaradılan bu cür sosial-məişət şəraitinin əsgərlərimizin peşəkarlığında müstəsna rolu vardır. İnanırıq ki, müasir standartlara cavab verən idman şəhərciyində təcrübəsini artıran Azərbaycan əsgəri sabah Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbə qazanacaq.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Çalışırıq ki, şəxsi heyətimiz fiziki cəhətdən çevik, dözümlü və qüvvətli olsun”

2020/02/f864c-3164730526.jpg
Oxunub: 859     16:03     24 Fevral 2020    