Qələbəyə təminat - yüksək döyüş hazırlığı

2020/02/225f3-3164724158.jpg
Oxunub: 979     14:00     22 Fevral 2020    
Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığı kifayət qədər mühüm bir anlayışdır və geniş tədbirlər kompleksini əhatə edir. Döyüş hazırlığı dedikdə hərbi əməliyyatlar zamanı heyət və bölmələrin düşmənə üstün gəlməsi üçün lazım olan bilik və vərdişlərin aşılanması nəzərdə tutulur. Beləliklə, şəxsi heyətin yüksək döyüş hazırlığı qələbəyə təminatdır.

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsinin şəxsi heyəti də döyüş hazırlığı planına uyğun olaraq, taktiki hazırlıq dərslərinə başlayıb. Komandirdən yeni tapşırıqlarını alan motoatıcı bölmənin şəxsi heyəti təlim yerinə doğru addımlayırdı. Bölüyün çöl təlimlərinin keçirilməsi ezamiyyətdə olduğumuz müddətə təsadüf etdi. Biz də təlimi izləmək şansı qazandıq.

Təlimin rəhbəri leytenant Fərid Süleymanlı bildirdi ki, şəxsi heyət hüquq hazırlığını, ictimai-siyasi hazırlığı sinif dərsi kimi keçir.

"Həftədə beş gün isə şəxsi heyətə çöl dərsləri keçirilir. Gördüyünüz kimi, şəxsi heyət hərbi hissənin yaxınlığındakı meşəlik ərazidədir. Taktiki hazırlığımızın bugünkü mövzusu "Motoatıcı bölük hücumda" adlanır. Məşğələ zamanı şəxsi heyətə düşmənlə bilavasitə təmas vəziyyətində hücuma hazırlıq və onun aparılması qaydaları aşılanacaq. Hücum taktiki fəaliyyətin əsas növlərindəndir. Düşməni darmadağın etmək, təyin olunmuş hədləri, rayonları və əraziləri ələ keçirməklə sonrakı fəaliyyət üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır. Bütün bunlar haqqında ayrı-ayrılıqda əsgərlərimizə nəzəri bilikləri öyrədirik. Şəxsi heyət nəzəriyyədə öyrətdiklərimizi təcrübədə tətbiq etməklə döyüş vərdişlərinə yiyələnir. Ayrı-ayrı bölmələr döyüş hazırlığı planına əsasən və dərslərin mövzusuna uyğun olaraq müxtəlif ixtisasların sirlərinə dərindən yiyələnirlər. Motoatıcı bölmənin şəxsi heyəti də hərbi vərdişləri, bilikləri kifayət qədər mənimsəyiblər. Verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkmirlər", - deyə o qeyd etdi.

Hərbi hissənin zabiti Rail Ağayev bölmə haqqında məlumat verərək bildirdi ki, bu bölmə hərbi hissədə yüksək nizam-intizamı və hazırlığı ilə seçilən bölmələrimizdən biridir.

"Çöl dərsləri və məşğələlər təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq keçirilir. Məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışılır. Şəxsi heyət dərslərdə, təlimlərdə fəal iştirak edir. Ona görə də düşmən təxribata cəhd göstərdikdə cəsur, qorxmaz əsgərlərimiz tərəfindən dəqiq atəş zərbələri ilə susdurulur. Əsgərlərimiz komandirlərinin verdiyi əmr və tapşırıqları hər an uğurla yerinə yetirməyə hazırdırlar. Erməni işğalçıları anlamalıdırlar ki, Azərbaycan əsgəri öz mövqeyində möhkəm dayanıb, həmişə ayıq-sayıqdır. Heç nədən qorxmadan, çəkinmədən doğma torpağını, el-obasını qoruyur", - deyə zabit qeyd etdi.

Nəticələr göstərdi ki, motoatıcı bölmənin şəxsi heyəti nəzəri cəhətdən mənimsədiyi bugünkü çöl dərsinin mövzusunu təcrübədə uğurla sınaqdan çıxarmağı bacardı. İnanırıq ki, bugünkü sınağın nəticəsi sabah qələbə ilə tamamlanacaq.

Meşə massivində, təbiətin qoynunda keçirilən təlim-məşqlər hələ bir neçə gün davam edəcəkdi.

Qələbəmizin təminatçısı olan əsgərlərimizi isə qarşıda böyük sınaqlar və uğurlar gözləyir.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Döyüş-hazırlığı  

Qələbəyə təminat - yüksək döyüş hazırlığı

2020/02/225f3-3164724158.jpg
Oxunub: 980     14:00     22 Fevral 2020    