Rusiya və Çin son müharibə oyunlarında ABŞ-ı üstələyir

2020/02/F-22_-1582353668.jpg
Oxunub: 1259     14:17     22 Fevral 2020    
Amerikalı müxbir, eyni zamanda hərbi analitik olan Sidney Fridberq bildirib ki, ABŞ ordusu son müharibə oyunlarında üstələnməsinə hələ də imkan verir və onun ən pis problemləri aradan qaldırması üçün illik 24 milyard dollar tələb oluna bilər.

Başqa bir analitik, Kaliforniya mərkəzli beyin mərkəzi RAND üçün çalışan Deyvid Oçmanek isə Amerika bazalarının və açıq dənizdə üzən böyük döyüş gəmilərinin uzaq mənzilli raketlərə qarşı zəif olduğuna vurğu edib. Onun fikrincə, yüksək səviyyəli baza infrastrukturuna arxalanan dəmiryolları, yanacaq çənləri kimi şeylər potensial müharibədə çətin anlar yaşayacaq.

Oçmanek bildirir ki, ABŞ qüvvələri, təyyarələr, gəmilər böyük və həssas obyektlərə, bazalara həddən ziyadə arxalanır ki, bu da hər zaman müsbət nəticələr doğurmaya bilər: “Hər bir halda mən bilirəm ki, F-35 yalnız havada olarkən səmanın şahıdır, lakin yerdə olarkən asanlıqla məhv edilə bilər”.

ABŞ Qüvvələrinin raket hücumlarına qarşı artan kövrəkliyi ABŞ donanmasının aviadaşıyıcılarından birini niyə planlaşdırılandan 10 il əvvəl silahlanmadan çıxarmağı təklif etməsini çox yaxşı izah edə bilər. Əlbəttə donanmanın “USS Harry S. Truman”ı arsenaldan çıxarma təklifi Konqresdən əlavə maliyyə əldə etmək üçün atdığı bir addımdır. Lakin hələ də amerikalı hərbi planlaşdırıcılar gücün layihələndirilməsi ilə bağlı ənənəvi amerika metodlarını yanlış nəzərdən keçirir. Oçmanek təxmin edir ki, ABŞ-ı Rusiya və Çinlə ola biləcək yüksək texnoloji müharibəyə hazırlamaq üçün qarşıdakı beş ildə illik 24 milyard dollar xərcləməli olacaq.

“Niyə 24 milyard? Başlayaq raketlərdən. Çoxlu və lap çoxlu raketlər. ABŞ və onun müttəfiqləri odlu müharibədə neçə ədəd ağıllı silaha ehtiyac duyacaqları ilə bağlı rəqəmləri olmalı olduğundan daha az ciddiyə alır. Onlar bu zaman serblər, liviyalılar kimi zəif düşmənləri nəzərə alırlar. Rusiya və Çin isə təkcə onun texnologiyası ilə deyil, silahlarının sayı ilə də rəqabət apara bilər. Eyni zamanda düşmənin kütləvi hücumlarına qarşı çox sayda raketdən müdafiə sistemləri də lazım olacaq. Lakin bu da son deyil. Daha uzaq perspektivdə tələb olunacaq şeylərə lazerlər, toplar, yüksək enerjili mikrodalğalar da tələb olunur”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Çin   ABŞ  

Rusiya və Çin son müharibə oyunlarında ABŞ-ı üstələyir

2020/02/F-22_-1582353668.jpg
Oxunub: 1260     14:17     22 Fevral 2020    